68. Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavini sülh və müharibə
dövründə; alayda (briqadada) tərbiyə işinin təşkilinə və vəziyyətinə; hərbi
qulluqçuların əsgəri tərbiyəsinə, mənəvi-psixoloji vəziyyətinin və hərbi intizamının
möhkəmləndirilməsinə; alayda (briqadada) döyüş və ictimai-siyasi hazırlıq
məsələlərinin həllində və döyüşə daimi hazırlığın saxlanılmasında, eləcə də döyüş
tapşırıqlarının həllində tərbiyə işinin təsirli olmasına cavabdehdir. O, alay (briqada)
komandirinə tabedir və alayın (briqadanın) bütün şəxsi heyətinin birbaşa rəisidir.
69. Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək;
tərbiyə işini döyüş və ictimai-siyasi hazırlığın müvəffəqiyyətlə yerinə
yetirilməsinə, alayda (briqadada) döyüşə daimi hazırlığın saxlanmasına, döyüş
tapşırıqlarının yerinə yetirilməsinə, təkbaşçılığın, şəxsi heyətin hərbi intizamının və
mənəvi-psixoloji vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək;
alayın (briqadanın) şəxsi heyətinin Vətənə hədsiz sədaqət, Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi
nizamnamələrin və əmrlərin tələblərini sözsüz yerinə yetirmək, komandirlərə (rəislərə)
şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; hərbi
kollektivlərin möhkəmlənməsi, şəxsi heyətin dostluq və əsgəri yoldaşlıq, döyüş
ənənələri, öz hərbi hissəsinə məhəbbət, hərbi hissənin əsgəri şücaət, şərəf və şan
simvolu olan döyüş bayrağına sədaqət ruhunda tərbiyə edilməsi üzrə tədbirlər
keçirmək; alayın (briqadanın) şəxsi heyətinin qəhrəmanlıq, igidlik nümunələrinin və
nəcib hərəkətlərinin geniş təbliğini təşkil etmək;
hərbi qulluqçularda Vətənimizin düşmənlərinə nifrət, hər hansı şəraitdə nəyin
bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə
daim hazır olmaq
hissini tərbiyə etmək;
şəxsi heyətdə öz hərbi borcunu hökmən yerinə yetirmək, dövlət sirrini möhkəm
saxlamaq
şüurunu tərbiyə etmək;
qarovul və daxili xidməti (növbətçi və vaxta xidmətini) yerinə yetirmək üzrə
ictimai-siyasi hazırlıq işini təşkil etmək;
hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsənmək,
daim döyüşə hazır saxlamaq, hərbi və xalq əmlakını qoruyub saxlamaq üçün şəxsi
məsuliyyət hissi tərbiyə etmək;
şəxsi heyətin hərbi vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının
milli tarixi ənənələri ruhunda tərbiyəsi məqsədi ilə alayda (briqadada) ictimai-siyasi
hazırlığı, habelə kütləvi təbliğat və təşviqat, mədəni-maarif və rəsmi məlumatlarının
vaxtında çatdırılması işlərini təşkil etmək və aparmaq; tərbiyə işlərində kino, televiziya,
radio, başqa texniki təbliğat vasitələrindən, həmçinin qəzet və jurnallardan, bədii
ədəbiyyatdan geniş istifadə olunmasını təmin etmək;
ictimai-siyasi hazırlıq üzrə qrup rəhbərlərinin, onların köməkçilərinin nəzəri və
metodik hazırlığını, bölmə fəallarının seçilməsini, yerləşdirilməsini, tərbiyəsini və
hazırlığını təşkil etmək;
zabitlərin, gizirlərin, miçmanların tərbiyə işlərinə rəhbərlik etmək; onlarda
işgüzarlıq və yüksək mənəvi keyfiyyətlər formalaşdırmaq; zabitlərlə şəxsən tərbiyə
işləri aparmaq və onların ictimai-siyasi hazırlığına rəhbərlik etmək; zabitlərin,
gizirlərin, miçmanların seçilməsində, yerləşdirilməsində, attestasiyasında, hərbi təhsil
müəssisələrinə namizədlərin seçilməsində iştirak etmək; zabitlərə, gizirlərə,
miçmanlara ictimai-siyasi və tərbiyə işləri aparmaq
təcrübəsini öyrətmək;
3
şəxsi heyətin sağlamlığının, qidalanmasının, maddi-məişət şəraitinin
yaxşılaşdırılmasına qayğı göstərmək; hərbi qulluqçuların, onların ailə üzvlərinin, fəhlə
və qulluqçuların sosial-hüquqi müdafiəsini, ehtiyac və tələblərinin ödənilməsinin təmin
olunmasını təşkil etmək;
şəxsi heyətin tərbiyə və sosial-hüquqi məsələlərinin həlli məqsədi ilə yerli
hakimiyyət orqanları, yaradıcılıq ittifaqları, xeyriyyə cəmiyyətləri və dini təşkilatlarla
əlaqə yaratmaq; əhali arasında, xüsusən gənclərlə hərbi vətənpərvərlik tərbiyəsi
işlərində yerli hakimiyyət və tədris orqanlarına yaxından kömək göstərmək;
alayın (briqadanın) klub və kitabxanasının fəaliyyətini təşkil etmək; onların
apardıqları tədbirlərin yüksək peşəkarlıq səviyyəsində keçirilməsini və bu tədbirlərə
şəxsi heyətin böyük əksəriyyətinin cəlb olunmasını təşkil etmək, texniki-təbliğat
vasitələrindən və digər mədəni-maarif əmlakından düzgün istifadə olunmasını, onların
vaxtlı-vaxtında alınıb gətirilməsini və təmir edilməsini təşkil etmək;
tərbiyə işinin təşkili, şəxsi heyətin mənəvi, psixoloji vəziyyəti, hərbi intizamı və
bu sahədə keçirilən tədbirlər haqqında alay (briqada) komandirinə və birləşmə
komandirinin tərbiyə işləri üzrə müavininə məlumat vermək.
Dostları ilə paylaş: