Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alay (briqada) komandirinin silahlar (mühəndis-aviasiya xidməti) üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   12   13   14   15   16   17   18   19   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) komandirinin silahlar (mühəndis-aviasiya xidməti) üzrə müavini 
 
74.  Alay  (briqada)  komandirinin  silahlar  (mühəndis-aviasiya  xidməti)  üzrə 
müavini  sülh  və  müharibə  dövründə:  silahların,  döyüş  texnikasının  və  digər 
texnikanın, cihazların  texniki sazlığına və onların  hazır vəziyyətdə olmasına, düzgün 
istismarına, təmirinə və təxliyəsinə; alayın (briqadanın) şəxsi heyətinin öz ixtisası üzrə 
hazırlığına; alayın (briqadanın — aviasiya alayından başqa) silahlarla, döyüş texnikası 
və  digər  texnika  ilə,  cihazlarla  təchiz  edilməsinə  və  onların  uçotunun  aparılmasına, 
bilavasitə  tabeliyində  olan  bölmələrin  və  xidmətlərin  döyüşə  və  səfərbərliyə 
hazırlığına,  tərbiyəsinə,  hərbi  intizamına,  mənəvi  vəziyyətinə  cavabdehdir.  O,  alay 
(briqada) komandirinə tabedir, bütün şəxsi heyətin birbaşa rəisidir. 
75.  Alay  (briqada)  komandirinin  silahlar  (mühəndis-aviasiya  xidməti)  üzrə 
müavininin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək;  öz  ixtisası  (mühəndis-aviasiya  xidməti)  üzrə  onların 
yerinə yetirilməsini təşkil etmək;  
tabeliyində  olan  bölmələrin  döyüş  və  ictimai-siyasi  hazırlığına,  şəxsi  heyətin 
texniki  hazırlığına  rəhbərlik  etmək;  alayın  (briqadanın)  zabitləri  və  gizirləri  ilə 
silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  cihazların,  raketlərin,  döyüş 
sursatlarının  öyrənilməsi  və  onlardan  istifadə  edilməsi  qaydaları  üzrə  məşğələlər 
aparmaq;  
silahların,  döyüş  texnikasının  və  digər  texnikanın  istismarını  təşkil  etmək; 
silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  cihazların  reqlament  işlərinin  və 
onların  texniki  xidmətinin  planını  tərtib  etmək,  həmçinin  bu  planın  bölmələrdə, 
emalatxanalarda vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək;  


şəxsi  heyətin,  silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  cihazların 
istismarı,  təmiri,  xidmət  edilməsi  və  qorunması  qaydalarını  bilməsini  müntəzəm 
yoxlamaq;  
bilavasitə tabeliyində olan bölmələrin və xidmətlərin zabit, gizir və çavuşlarının 
işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  cihazların  işə  hazırlığı  və 
istismarı  zamanı  təhükəsizliyi  təmin  edən  tədbirlər  işləyib  hazırlamaq  və  həyata 
keçirmək;  silahların,  döyüş  texnikasının  və  digər  texnikanın,  cihazların  qəzaya 
uğraması  hallarının,  qırılmasının  və  nasazlığının  səbəblərini  aşkarlamaq  və  təhlil 
etmək,  bu  halların  qarşısının  vaxtında  alınması  və  aradan  qaldırılması  istiqamətində 
tədbirlər görmək; yanğına qarşı tədbirlər həyata keçirmək;  
alayda (briqadada) silahların, döyüş texnikasının və digər texnikanın, cihazların 
sayını  və  texniki  vəziyyətini  bilmək,  onların  istismara  düzgün  hazırlanmasını 
müntəzəm  yoxlamaq;  üç  ayda  bir  dəfədən  az  olmayaraq  bölmələrdə  və  anbarlarda 
silahların, döyüş texnikasının və digər texnikanın, cihazların vəziyyətini, saxlanmasını, 
qorunmasını və uçotunun düzgün aparılmasını yoxlamaq;  
alayın  (briqadanın)  öz  vasitələri  ilə  silahların,  döyüş  texnikasının  və  digər 
texnikanın,  cihazların  təmirini  təşkil  etmək,  təmir  işinin  vaxtında  və  keyfiyyətlə 
aparılmasına  nəzarət  etmək,  həmçinin  alayda  (briqadada)  təmir  edilə  bilinməyən 
silahları, döyüş texnikasını və digər texnikanı, cihazları təmir olunmaq üçün başqa yerə 
göndərmək;  
alayın  (briqadanın)  bölmələrini  silahlarla,  döyüş  texnikası  və  digər  texnika  ilə, 
cihazlarla  təmin  etmək;  çatışmayan  silahları,  ehtiyat  hissələrini,  avadanlığı,  nəzarət-
ölçü aparatlarını, xidmət, təmir və başqa maddi vasitələri vaxtında tələb etmək, onların 
alınmasını, istifadəsini, saxlanmasını və bölmələrə verilməsini təşkil etmək;  
müəyyən edilmiş uçotu və hesabatı təşkil etmək və onlara nəzarət etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin