Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) hava hücumundan müdafiə rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   15   16   17   18   19   20   21   22   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) hava hücumundan müdafiə rəisi 
 
80.  Alayın  (briqadanın)  hava  hücumundan  müdafiə  rəisi  sülh  və  müharibə 
dövründə: alayın (briqadanın) bütün hava hücumundan müdafiə bölmələrinin düzgün 
tətbiq  edilməsinə;  alay  (briqada)  şəxsi  heyətinin  öz  ixtisası  üzrə  hazırlığına;  alayın 
(briqadanın)  hava  hücumundan  müdafiə  bölmələri  şəxsi  heyətinin  döyüşə  və 
səfərbərliyə  hazırlığına,  döyüş  və  ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi 
intizamına və mənəvi vəziyyətinə; bilavasitə tabeliyində olan bölmələrdə silahlardan, 
döyüş  texnikasından  və  digər  texnikadan  düzgün  istifadə  edilməsinə  və  təmirinə 
cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir,  alayın  (briqadanın)  hava 
hücumundan müdafiə bölmələri şəxsi heyətinin birbaşa rəisidir. 
81. Alay (briqada) hava hücumundan müdafiə rəisinin vəzifəsidir: 


alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
alayın (briqadanın) zabitləri və gizirləri ilə hava hücumundan müdafiə hazırlığını 
və həmçinin başqa bölmələri ilə öz ixtisası üzrə məşğələlər aparmaq;  
alayın  (briqadanın)  hava  hücumundan  müdafiə  bölmələrinin  döyüş  və  ictimai-
siyasi, həmçinin digər bölmələrinin öz ixtisası üzrə hazırlığına rəhbərlik etmək;  
alayın (briqadanın) hava hücumundan müdafiə bölmələrinin (heyət, manqa, top 
komandirləri  də  daxil  olmaqla)  zabit,  gizir  və  çavuşlarının  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
atışlar,  təlimlər,  məşğələlər  aparılarkən,  texnika,  cihazlar  və  döyüş  sursatları  ilə 
işləyərkən,  tabeliyində  olanları  təhlükəsizlik  tədbirləri  ilə  vaxtında  tanış  etmək  və 
onların yerinə yetirilməsini ciddi tələb etmək.  
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;  
alayın (briqadanın) hava hücumundan müdafiə bölmələrində silahların və döyüş 
sursatlarının  saxlanması  və  onlara  qulluq  zamanı  yanğın  təhlükəsizliyi  qaydalarına 
riayət edilməsinə nəzarəti təmin etmək;  
üç  ayda  bir  dəfədən  az  olmayaraq  alayın  (briqadanın)  hava  hücumundan 
müdafiə  bölmələrində  silahların  və  döyüş  sursatlarının  vəziyyətini,  komplektliliyini, 
uçotunu və saxlanma qaydalarını yoxlamaq.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin