bilavasitə tabeliyində olan bölmənin şəxsi heyətinin işgüzarlıq və mənəvi
keyfiyyətlərini bilmək;
alay (briqada) bölmələrində və anbarlarında olan mühəndis silahları
vasitələrindən düzgün istifadə edilməsinə və saxlanmasına diqqət yetirmək, üç ayda
bir dəfədən az
olmayaraq, onların sayına və vəziyyətinə şəxsən baxış keçirmək;
alayda (briqadada) mühəndis silahları vasitələrinin təmirini təşkil etmək, onun
vaxtında və keyfiyyətlə aparılmasına
nəzarət etmək; təmiri mümkün olmayan vasitələri
vaxtlı-vaxtında təmir emalatxanalarına
göndərmək;
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;
alaya (briqadaya) gətirilən və oradan aparılan mühəndis silahları vasitələrini
nəzərdən keçirmək; onların uçotunu, qorunub saxlanmasını və bölmələrə verilməsini
təşkil etmək;
mühəndis silahları vasitələrini almağa vaxtında
sifarişlər vermək;
mühəndis-istehkam bölmələrində və alay (briqada) anbarında mühəndis silahları
vasitələrinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə
nəzarət etmək;
döyüş sursatı, partlayıcı maddələr və partlayış vasitələri ilə işləyərkən, həmçinin
atışlar, təlimlər, məşğələlər zamanı texnika və silahlardan istifadə edərkən, tabeliyində
olanları təhlükəsizlik tədbirləri ilə vaxtında tanış etmək və onların yerinə yetirilməsini
ciddi tələb etmək.
Dostları ilə paylaş: