tabeliyində olan bölmələrin və xidmətlərin döyüş və ictimai-siyasi hazırlığına
rəhbərlik etmək, arxa xidməti təminatının təşkili üçün alayın (briqadanın) zabitləri və
gizirləri ilə, qoşun təsərrüfatının aparılması üzrə isə bölmələrin baş çavuşları ilə
məşğələlər aparmaq;
tabeliyində olan xidmətlər vasitəsilə alay (briqada) bölmələrinin maddi vasitələrlə
və şəxsi heyətin keyfiyyətli qida ilə təmin olunmasını vaxtında təşkil etmək; maddi
vasitələrin hər bir hərbi qulluqçuya düşən normasının ona çatdırılmasına nəzarət
etmək;
bilavasitə tabeliyində olan bölmələrin və xidmətlərin zabit, gizir və çavuşlarının
işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
alayın (briqadanın) bölmələrinə maddi vasitələrin bütün növlərinin gətirilməsini,
həmçinin su təchizatını təşkil etmək; avtomobil nəqliyyatının daşıma işlərini
planlaşdırmaq, ondan düzgün və səmərəli istifadə olunmasına nəzarət etmək;
üç ayda bir dəfədən az olmayaraq alayın (briqadanın) bölmələrində və
anbarlarında maddi vasitələrin miqdarını və vəziyyətini yoxlamaq; bütün əmlakın v
əvə texnikanın xidmətlər üzrə illik inventarlaşdırılmasını təşkil etmək;
yanacağın, sürtkü yağlarının və xüsusi mayelərin keyfiyyətinə və düzgün tətbiq
edilməsinə, onlarla işlədikdə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarəti
həyata
keçirmək;
alayın (briqadanın) şəxsi heyətinin zahiri görkəminə həmişə qayğı göstərmək;
geyimlərin vaxtında verilməsini, onların şəxsi heyətin əyninə uyğunlaşdırılmasını və
təmirini təşkil etmək;
tabeliyində olan bölmələrdə və xidmətlərdə texnikanın sayını və onun vəziyyətini
bilmək, ondan düzgün istifadə olunmasını, vaxtında təmir və təxliyəsini təmin etmək;
alayın (briqadanın) yerləşdirilməsi üçün ayrılmış ərazinin təmiz saxlanmasını, bu
ərazidə olan yaşayış və qeyri-yaşayış binalarının, qurğuların, kazarma inventarının və
mebelin düzgün istismarını və vaxtında təmir olunmasını, həmçinin bütün binaların,
qurğuların, anbarların, digər obyektlərin yanğından mühafizəsini təşkil etmək və
yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsini yoxlamaq (5 saylı əlavə).
iqtisadi işlər üzrə tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsini
təşkil etmək;
alay (briqada) bölmələrinin hamam-camaşırxana
xidmətini təşkil etmək;
alayın (briqadanın) köməkçi təsərrüfatına rəhbərlik etmək;
tabeliyindəki xidmətlərlə təmir-tikinti və təsərrüfat işləri görülərkən və
texnikanın istismarı zamanı təhlükəsizliyi təmin edən tədbirlər işləyib hazırlamaq və
onları həyata keçirmək.
Dostları ilə paylaş: