Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) artilleriya rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   14   15   16   17   18   19   20   21   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) artilleriya rəisi 
 
78.  Alayın  (briqadanın)  artilleriya  rəisi  sülh  və  müharibə  dövründə:  alayın 
(briqadanın)  bütün  artilleriya  bölmələrinin  düzgün  tətbiq  edilməsinə;  alayın 


(briqadanın) şəxsi heyətinin öz ixtisası üzrə hazırlığına; alayın (briqadanın) artilleriya 
bölmələrinin  döyüşə  və  səfərbərliyə  hazırlığına,  bölmələrin  şəxsi  heyətinin  döyüş  və 
ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi  intizamına  və  mənəvi  vəziyyətinə; 
bilavasitə tabeliyində olan bölmələrin artilleriya silahlarından, döyüş texnikasından və 
digər texnikadan düzgün istifadə olunmasına və onların təmir edilməsinə cavabdehdir. 
O,  alay  (briqada)  komandirinə  tabedir,  alay  (briqada)  artilleriya  bölmələri  şəxsi 
heyətinin birbaşa rəisidir. 
79. Alay (briqada) artilleriya rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında iştirak etmək, öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil etmək;  
alay  (briqada)  artilleriya  bölmələrinin  döyüş  və  ictimai-siyasi,  həmçinin  tabor 
artilleriya bölmələrinin öz ixtisası üzrə hazırlığına rəhbərlik etmək;  
alay  (briqada)  zabitlərinin  və  gizirlərinin  artilleriyanın  döyüş  tətbiqi  üzrə 
hazırlığını  aparmaq,  həmçinin  alay  (briqada)  artilleriya  bölmələri  ilə  öz  ixtisası  üzrə 
təlimlər və yoxlama məşğələləri keçirmək;  
alay  (briqada)  artilleriya  bölmələrinin  (heyət,  manqa,  top  komandirləri  də  daxil 
olmaqla) zabit, gizir və çavuşlarının işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;  
alayın  (briqadanın)  artilleriya  bölmələrində  silahların  və  döyüş  sursatlarının 
saxlanması  və  onlara  qulluq  zamanı  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət 
edilməsinə nəzarəti təmin etmək;  
üç  ayda  bir  dəfədən  az  olmayaraq,  alayın  (briqadanın)  artilleriya  bölmələrində 
silahların  və  döyüş  sursatlarının  vəziyyətini,  komplektliliyini,  uçotunu  və  saxlanma 
qaydasını yoxlamaq;  
atışlar,  təlimlər,  məşğələlər  aparılarkən,  texnika,  cihazlar  və  döyüş  sursatları  ilə 
işləyərkən,  tabeliyində  olanları  təhlükəsizlik  tədbirləri  ilə  vaxtında  tanış  etmək  və 
onların yerinə yetirilməsini ciddi tələb etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin