96. Alayın (briqadanın) rabitə rəisi sülh və müharibə dövründə: alayda
(briqadada) rabitənin vaxtında təşkilinə və işinə; alayın (briqadanın) rabitə vasitələri ilə
təmin edilməsinə, onlardan düzgün istifadə olunmasına, həmçinin bütün texniki rabitə
vasitələri ilə danışıq qayda və qanunlarına riayət edilməsinə; alay (briqada) şəxsi
heyətinin öz ixtisası üzrə hazırlığına; alayın (briqadanın) rabitə bölməsinin döyüşə və
səfərbərliyə hazırlığına, bölmənin şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına,
tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə cavabdehdir. O, alayın
(briqadanın) qərargah rəisinə tabedir, alayın (briqadanın) rabitə bölməsi şəxsi heyətinin
birbaşa rəisidir.
97. Alayın (briqadanın) rabitə rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının, rabitə
üzrə məsələlərinin işlənib hazırlanmasında iştirak etmək və onların öz ixtisası üzrə
yerinə yetirilməsini təşkil etmək;
alayın (briqadanın) zabitləri və gizirləri, həmçinin rabitə bölmələri ilə öz ixtisası
üzrə məşğələlər keçirmək;
alayın (briqadanın) rabitə bölməsi şəxsi heyətinin döyüş və ictimai-siyasi
hazırlığına, həmçinin taborların rabitə bölmələrinin öz ixtisası üzrə hazırlığına
rəhbərlik etmək;
alayın (briqadanın) rabitə bölməsi şəxsi heyətinin işgüzarlıq və mənəvi
keyfiyyətlərini bilmək;
alayda (briqadada) etibarlı və arasıkəsilməz rabitənin təşkilini təmin etmək;
rabitə üzrə sənədləri işləyib hazırlamaq, alayın (briqadanın) rabitə bölmələrinin
şəxsi heyəti tərəfindən qoşunları gizli idarəetmə və rabitə vasitələrində işin
təhlükəsizliyinin təmin edilməsi tələblərinin ciddi yerinə yetirilməsinə
nəzarət etmək;
alaydan (briqadadan) göndərilən və alaya (briqadaya) gətirilən poçt
göndərişlərini təşkil etmək;
alayda (briqadada) olan rabitə vasitələrinin sayını və texniki vəziyyətini bilmək,
onlardan düzgün istifadə olunmasını, onlara vaxtında qulluq edilməsini, onların
qorunub saxlanmasını, təmir edilməsini təşkil etmək; üç ayda bir dəfədən az
olmayaraq, bu vasitələrin alayın (briqadanın) bölmələrində və anbarlarında sayını və
vəziyyətini yoxlamaq;
öz ixtisası üzrə maddi-tədris bazasının hazırlanmasına rəhbərlik etmək;
alayın (briqadanın) bölmələrini rabitə vasitələri ilə vaxtında təmin etmək və
onların uçotunu aparmaq;
alayın (briqadanın) rabitə vasitələrinin vaxtında və keyfiyyətli təmir edilməsini
təşkil etmək və ona nəzarət etmək;
alaya (briqadaya) gətirilən və alaydan (briqadadan) aparılan rabitə vasitələrini
yoxlamaq.
Dostları ilə paylaş: