hazırlığına; tabeliyində olan xidmətin şəxsi heyətinin döyüş və ictimai-siyasi
hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə cavabdehdir. O, alay
(briqada) komandirinin arxa xidmət üzrə müavininə tabedir, yanacaq və sürtgü
materialları xidməti şəxsi heyətinin birbaşa rəisidir.
103. Alay (briqada) yanacaq və sürtgü materialları xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək və öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil
etmək;
alay (briqada) zabitləri, gizirləri və maşın sürücüləri ilə öz ixtisası üzrə, həmçinin
tabeliyində olanlarla döyüş və ictimai-siyasi hazırlıq üzrə məşğələlər aparmaq;
öz xidmətinin şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
müəyyən edilmiş normalarla yanacağı, sürtgü materiallarını, xüsusi mayeləri və
texniki vasitələri, xidmət üzrə texnikanın istismarına və təmirinə lazım olan ehtiyat
hissələrini, məsrəf materiallarını vaxtında tələb edib almaq və onlarla alay (briqada)
bölmələrini təmin etmək;
xidmətin texniki vasitələrinin düzgün istismarını təşkil etmək və alay (briqada)
bölmələrinə yanacağın, sürtgü materiallarının, xüsusi mayelərin və texniki vasitələrin
qəbul edilməsini, qorunub saxlanmasını və verilməsini, həmçinin benzindoldurma
məntəqələrinin işini təşkil etmək;
xidmətin texniki vasitələrinin vaxtında təmirini həyata keçirmək;
işlənmiş yağların yığılıb təhvil verilməsini təşkil etmək;
yanacağın və sürtgü materiallarının sərf edilməsinə nəzarət etmək və alay
(briqada) bölmələrində onların qənaətlə işlədilməsi üçün tədbirlər görmək;
ayda bir dəfədən az olmayaraq, alayda (briqadada) yanacağın sürtgü
materiallarının, xüsusi mayelərin olmasını, miqdarını, keyfiyyətini və xidmətin texniki
vasitələrinin vəziyyətini yoxlamaq;
yanacağın, sürtgü materiallarının, xüsusi mayelərin qəbulu, saxlanılması və
buraxılması zamanı yanğına qarşı tədbirlərin görülməsini və onlarla işləmə
qaydalarına riayət edilməsini təmin etmək;
yanacaq, sürtgü materialları, xüsusi mayelər və xidmətin texniki vasitələri üzrə
uçot və hesabat işlərini aparmaq.
Dostları ilə paylaş: