Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Əmrlərin verilməsi və yerinə yetirilməsi qaydaları 14. Əmrləri bir qayda olaraq tabelik üzrə verirlər.
Böyük rəis zəruri hallarda tabe olana, onun bilavasitə rəisinə bildirmədən əmr
verə bilər.
15. Hərbi qulluqçuya əmr verildikdə o, «Oldu» cavabını verərək, əmri yerinə
yetirməlidir.
Zəruri hallarda tabelikdə olanın verilən əmri düzgün başa düşdüyünə əmin
olmaq məqsədilə rəis verilən əmrin qısa şəkildə təkrar olunmasını ondan tələb edir.
Əmr yernə yetirildikdən sonra hərbi qulluqçu bu barədə əmri vermiş rəisə və
bilavasitə öz rəisinə məlumat verməlidir.
16. Əgər əmri yerinə yetirən hərbi qulluqçu vəzifəcə daha böyük olan rəisdən
yeni əmr alarsa və bu əmrin yerinə yetirilməsi birinci əmrin icrasına mane olarsa, hərbi
qulluqçu bu barədə ikinci əmri verən rəisə məlumat verməlidir və o, təsdiq etdikdən
sonra sonuncu əmri yerinə yetirməlidir.
İkinci əmri verən rəis bu barədə birinci əmri verən rəisə məlumat verməlidir.