Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


İnspeksiya (yoxlama) vaxtı təqdim edilmə qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   4   5   6   7   8   9   10   11   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
İnspeksiya (yoxlama) vaxtı təqdim edilmə qaydaları 
 
34.  Hərbi  hissəyə  inspeksiya  (yoxlama)  üçün  gəlmiş  hərbi  qulluqçunun  rütbəsi 
hərbi  hissə  komandirinin  rütbəsinə  bərabər  və  ya  ondan  böyükdürsə,  hərbi  hissə 
komandiri  özünü  ona  təqdim  etməli,  əgər  rütbəsi  ondan  kiçikdirsə,  gəlmiş  hərbi 
qulluqçu özünü hərbi hissə komandirinə təqdim etməlidir. 
İnspeksiya  (yoxlama)  başlanmazdan  qabaq  hərbi  hissə  komandiri  inspeksiya 
(yoxlama) aparılacaq bölmələrin komandirlərini inspeksiya (yoxlama) aparana təqdim 
etməlidir. 
35.  İnspeksiya  (yoxlama)  aparan  şəxs  bölmələrə  gəldikdə,  bu  bölmələrin 
komandirləri onu qarşılayıb raport verməlidirlər. 
Əgər inspeksiya (yoxlama) aparan şəxs bölməyə hərbi hissə komandiri ilə birlikdə 
gələrsə,  onda  inspeksiya  (yoxlama)  aparana  raport  o,  hərbi  hissə  komandiri  ilə  eyni 
rütbədə və ya ondan böyük rütbədə olduqda verilməlidir. 
Əgər inspeksiya (yoxlama) aparılan vaxt bölməyə böyük komandir (rəis) gələrsə, 
onda bu rəisə raportu hərbi hissə (bölmə) komandiri verməlidir, inspeksiya (yoxlama) 
aparan isə özünü təqdim etməlidir. 
36.  Hərbi  hissə  (bölmə)  komandiri  böyük  komandirlərin  (rəislərin)  ayrı-ayrı 
tapşırıqlarını yerinə yetirmək üçün hərbi hissəyə (bölməyə) gəlmiş hərbi qulluqçuların 
yalnız rütbəcə ondan böyük olanına özünü təqdim etməlidir. Qalan hallarda gələnlər 
hərbi hissə (bölmə) komandirlərinə özlərini təqdim edib, hərbi hissəyə (bölməyə) hansı 
məqsədlə gəldiklərini bildirməlidirlər. 
37.  İnspeksiya  (yoxlama)  aparanların  və  ya  böyük  komandirlərin  (rəislərin)  hər 
hansı tapşırığını yerinə yetirən hərbi qulluqçuların bütün göstərişləri yalnız hərbi hissə 
komandiri vasitəsilə verilməlidir. 


Adları çəkilən şəxslər inspeksiyanın (yoxlamanın) və ya onlara verilmiş tapşırığın 
yerinə yetirilməsinin nəticələrini hərbi hissə komandirinə bildirməlidirlər. 
İnspeksiya  (yoxlama)  aparanlar  hərbi  hissənin  (bölmənin)  hərbi  qulluqçuları  ilə 
sorğu aparan zaman bu Nizamnamənin 62-ci maddəsini rəhbər tutmalıdırlar. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin