Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə80/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   76   77   78   79   80   81   82   83   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

xüsusiyyətləri 
 
Ümumi müddəalar 
 
309.  Qoşunların  təlim  mərkəzlərinə  (düşərgələrinə)  çıxarılması  qaydası  döyüş 
hazırlığı  planına  uyğun  və  ya  böyük  komandirlərin  (rəislərin)  göstərişinə  əsasən 
müəyyən olunur. 
310.  Qoşunlar  təlim  mərkəzlərində  binalarda,  yaxud  düşərgə  qaydasında 
(çadırlarda) yerləşirlər. 
Qərargahlar,  tibb  məntəqələri,  emalatxanalar,  anbarlar  və  təsərrüfat  idarələri 
əksər  hallarda  otaqlarda  yerləşdirilir.  Silahlar,  döyüş  texnikası  və  digər  texnika 
parklarda  yerləşdirilir,  onlar  binalarda  yerləşdirilmədikdə  isə  üstlərini  çexolla  və  ya 
brezentlə örtürlər. 
311.  Hərbi  hissələr  (bölmələr)  təlim  mərkəzlərində  (düşərgələrində)  olduqda, 
daxili  xidmət  bu  Nizamnamənin  4-8  və  10-cu  fəsillərinin,  həmçinin  bu  fəslin 
müddəalarına uyğun təşkil edilir. 
312.  Təlim  mərkəzində  müxtəlif  hərbi  birləşmələrə  (hissələrə),  aid  olan  hərbi 
hissələrin  (bölmələrin)  toplanışı  keçirildikdə,  düşərgə  toplanışının  rəisi  böyük 
komandir  (rəis)  tərəfindən  təyin  olunur.  O,  döyüş  hazırlığının  təşkilinə  və  gedişinə; 
şəxsi  heyətin  tərbiyəsinə,  əsgəri  intizamın  vəziyyətinə,  həmçinin  toplanışdakı 
hissələrdə (bölmələrdə) daxili qayda-qanuna cavabdehdir. 
Düşərgə  toplanışının  rəisi  toplanışdakı  bütün  hərbi  hissələrin  (bölmələrin) 
birbaşa  rəisidir.  O,  öz  vəzifəsini  bu  fəsildə  alay  (briqada)  komandiri  üçün  müəyyən 
edilən vəzifələrə uyğun yerinə yetirir. 
313.  Düşərgə  toplanışı  rəisinin  əmri  ilə  sutkalıq  naryada  düşərgə  toplanış 
növbətçisi təyin edilir və o, öz vəzifəsini alay (briqada) növbətçisi üçün müəyyən edilən 
vəzifələrə (238-244-cü maddələr) uyğun yerinə yetirir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin