Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə82/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   78   79   80   81   82   83   84   85   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarovul otağının avadanlığı  
1. Qarovul otağı aşağıdakılardan ibarətdir: 
qarovul heyəti üçün ümumi otaq;
qarovul rəisinin və onun köməkçisinin qarovul heyəti üçün ümumi otaqla şüşələnmiş qapı 
ilə birləşdirilmiş otağı;
istirahət edən növbənin qarovul heyəti üçün ümumi otaqla qapı ilə birləşdirilmiş otağı.
Bunlardan başqa, qarovul otağında xörəyi qızdırmaq üçün avadanlığı olan yemək otağı, əl-
üz yuma, papirosçəkmə, silah və ayaqqabı təmizləmə, paltar qurutma yerləri, ayaqyolu, yanacaq 
saxlamaq üçün anbar da olmalıdır. 
Azsaylı heyəti olan qarovullarda qarovul otağında yemək otağı olmaya bilər. Belə halda 
qab-
qacaq saxlamaq və xörək qızdırmaq üçün yer olmalıdır. 
2. Qarovulun şəxsi heyəti üçün ümumi otaqda aşağıdakılar olmalıdır: 
portretlər;
hərbi andın mətni olan plakat;
postlar tabeli;
nizamnamələr;
qəzet və jurnallar;
qarovul xidmətini əyani əks etdirən plakat, yaxud şəkillər, eləcə də saatdarlar, dəyişdiricilər 
və qarovul rəislərinin qarovul xidməti vaxtı göstərdikləri qəhrəmanlıqları əks etdirən şəkillər;
radioverilişlərə qulaq asmaq üçün qulaqlıqlar (onların sayını hərbi komendant, yaxud hərbi 
hissə komandiri müəyyən edir);
şahmat və dama;
saat;
dəyişdiricilərin sayı qədər fənər;
içəri və bayır termometrləri;
dərman qutusu və fərdi paketlər;
qarovul heyətinin şəxsi və tualet əşyalarını saxlamaq üçün şkaf;
silah üçün piramida;
oyaq növbə nəfərləri üçün stol və stullar (kətillər);
qarovulun bütün heyətinin üst paltarlarını və post paltarlarının ikinci dəstini asmaq üçün 
paltarasılan;


zibilqabı və tüpürcəkqabı.
Qarovul binasının yerləşməsindən asılı olaraq şkaf və paltarasılanı başqa otaqda (dəhlizdə) 
qoymağa icazə verilir. 
3
. Qarovul rəisinin otağında aşağıdakılar olmalıdır: 
qarovul rəisinin qəbul etdiyi sənədlərin siyahısı;
qarovul otağında olan avadanlıq, inventar və əmlakın siyahısı;
postların yerləşmə sxemi, postlar tabeli;
qarovul rəisi üçün təlimat;
buraxılış vərəqəsini imzalamağa hüququ olan şəxslərin sayı qədər onların imzası olan 
buraxılış vərəqələrinin nümunələri;
qarovulu yoxlamaq hüququ haqqında birdəfəlik vəsiqənin nümunəsi;
dəyişdiricilərin sayı qədər xüsusi qutulara yığılmış möhürlərin üzlərinin (plombların izlərinin) 
nümunələri;
saxlancları (anbarları, parkları) açmağa hüququ olan, yaxud dayanacaqdakı maşınları 
(təyyarələri, topları ya da başqa texnikanı) qarovuldan qəbul etməyə icazə verilə bilən şəxslərin 
siyahısı (adətən siyahıda şəxslərin hərbi rütbələri və vəzifələri, şəxsi vəsiqələrinin 
(pasportlarının) nömrəsi, hansı obyekti açmağa (bağlamağa) icazə verildiyi, obyektin hansı 
möhürlə möhürləndiyi, obyekti açma (bağlama) vaxtı göstərilir);
həbs edilənlərin kameralarının açarları;
nizamnamələr;
tele
fon, qarovullar (hərbi hissə) növbətçisi və postlarla əlaqə saxlamaq üçün siqnalizasiya 
vasitələri;
dəmir, yaxud dəmir üzlüklü yeşiklərdə saxlanan döyüş sursatı ehtiyatı və onların qıfıl və 
açarları;
yazı ləvazimatı dəsti;
su qrafini və stəkanlar;
bağlanan yeşikləri olan stol və iki stul;
paltarasılan;
tüpürcəkqabı;
akkumlyator fənəri;
yarıyumşaq taxt.
4. Postlar tabeli, postların yerləşmə sxemi, buraxılış vərəqələri və birdəfəlik vəsiqə 
nümunələri, eləcə də portret, plakat və şəkillər çərçivədə olmalıdır. 


5. Qarovulun istirahət edən növbəsi üçün otaqda qarovul nəfərlərinin bir növbəsinin 
qarovulun qalan heyəti ilə birlikdə dincəlməsi üçün baş tərəfi örtüklü yarıyumşaq taxtlar olmalıdır. 
6. Yemək otağında aşağıdakılar olmalıdır: 
stollar və qarovul heyətinin üçdə ikisinin sayı qədər stul (kətil);
qab-
qacaq və ərzaq üçün şkaf;
xörəyi gətirmək və yemək üçün qarovulun bütün heyəti sayında qab-qacaq və çəngəl-
bıçaq;
ağzı qıfılla bağlı və fəvvarəciyi olan altlıq üstünə qoyulmuş su qabı, ya da su kəmərində 
düzəldilmiş fəvvarəcik;
xörək qızdırmaq üçün qaz, yaxud elektrik plitəsi;
su qaynatmaq üçün çaydan, yaxud qaynadıcı;
qabları yumaq üçün tas.
7. Papirosçəkmə, silah və ayaqqabı təmizləmə yerlərində silah təmizləmək üçün stol
əsgilər üçün dəmir qutu, skamya, su tökülmüş tüpürcək qabı, ayaqqabı təmizləmək üçün 
ləvazimat olmalıdır. 
8. Hər bir otaqda orada olan əmlak və inventarın siyahısı asılır. 
9. Qarovul otağı otaqların sayı qədər elektrik (ağ neft) çıraqları, eləcə də yanğınsöndürmə 
vasitələri: yanğınsöndürən, qum yeşiyi, su çəlləyi, vedrələr və inventarla (bel, balta, ling və 
dəstəli qırmaqla) təmin edilməlidir. 
Qarovul otağı hərbi şəhərcikdən kənarda yerləşəndə onun pəncərələri içəridən bağlanan 
taxta pəncərə qapıları ilə təchiz olunmalıdır. 
10. Ay
aqqabıları palçıqdan təmizləmək üçün qarovul otağının girəcəyində metaldan, yaxud 
taxtadan qurğu — metal çərçivə, yaxud dəmir qövs düzəldilir; qarovul otağının yanında zibil 
qutusu qoyulur. 
11. Qarovul otağının anbarında yanacaq, lampa, ağ neft ehtiyatı, eləcə də şotka, süpürgə, 
balta, bel, əsgi, giriş və pilləkənlərə səpmək üçün ağac kəpəyi və qum saxlanılır. 
12. Qarovul otağının önündə qarovulu düzmək üçün meydança, silahları doldurmaq və 
boşaltmaq üçün güllətutanı olan və gecə vaxtı yaxşı işıqlandırılan yer hazırlanır. 


12 saylı əlavə 
Saxlancları açmaq üçün buraxılış vərəqəsinin Forması 
Hərbi hissənin 
(müəssisənin) 
ştampı 
Birdəfəlik 
___________№-li buraxılış vərəqəsi 
_____________№-li qarovul rəisinə 
____________________________________________________________________________ 
(hərbi rütbəsi, adı, atasının adı, soyadı) 
_________________________saat_______dan________saat________kimi 
(filan tarixdə) 
____________________________________________________________________________ 
(mühafizə olunan obyektin adı) 
açmağa 
___________________buraxılsın 
bağlamağa 
Qarnizon hərbi komendantı 
(hərbi hissə qərargahı rəisi) 
_________________________________ 
(hərbi rütbəsi, imzası) 
Hərbi hissənin 
(müəssisənin) 
gerbli möhürü 
Qeyd: 
Əgər buraxılış vərəqəsi daimidirsə, onda «Birdəfəlik» yerinə «Daimi» 
yazılır və onun etibarlılıq müddəti göstərilir. Tarix yerində isə saxlancın 
(anbarın, parkın) açılmasına icazə verilən həftənin günləri (yaxud hər 
gün) göstərilir. 


13 saylı əlavə 

Yüklə

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin