Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Obyektlərin hasarlanması və postların avadanlığı


səhifə81/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   77   78   79   80   81   82   83   84   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Obyektlərin hasarlanması və postların avadanlığı  
1. Mühafizə olunan obyektlərin yerləşdiyi ərazi daş, taxta, məftil və s. ilə hasarlanmalıdır. 
Mühüm əhəmiyyətli obyektlərin (partlayıcı maddə, sursat, silah və s. anbarlarının) daxili və 
xarici hasarları olmalıdır. Daxili və xarici hasarlar arasındakı məsafə yerli şəraitdən asılı olaraq 
10 m və daha çox ola bilər. Hasarın hündürlüyü 2 metrdən az, məftil hasarın məftillərinin arası 
15 sm-
dən çox olmamalıdır. 
Mühafizə olunan obyektin ətrafını yaxşı müşahidə etmək üçün hasarların arasında (xarici 
hasarın yanında) rabitə, siqnalizasiya vasitələri və projektoru olan müşahidə qülləsi tikilə bilər. 
Hasarı olmayan mühafizə olunan obyektlərin ətrafında gecə və gündüz yaxşı görünən və 
yazısı olan göstəricilər qoyulur, məsələn, 
«Keçmək qadağandır (keçid bağlıdır)». Gediş yolu 
oxla göstərilir. 
2. Hərbi hissədən kənarda yerləşən mühafizə olunan obyektin ətrafında, zərurət olduqda, 
yerli hakimiyyət orqanları ilə razılaşıb kənar adamlar üçün qadağan sahəsi müəyyənləşdirmək 
olar. Qadağan sahəsində hüdudları yaxşı görünən və «Qadağan sahəsi keçmək qadağandır 
(keçid bağlıdır)» yazılmış göstəricilərlə işarə edilməlidir. Qadağan sahəsi qoyulması haqqında 
qarnizon r
əisi (hərbi hissə komandiri, mühafizə olunan obyektin rəisi) ətraf yaşayış 
məntəqələrinin sakinlərini vaxtında xəbərdar etməlidir. Qadağan sahəsinin hüdudlarına ümumi 
işlək yollar, yaşayış və xidmət tikililəri, əkin sahələri və s. daxil edilməməlidir. 
3. P
ostun ərazisində yerli şəraitdən asılı olaraq saatdar üçün mümkün qədər böyük görmə 
və atəşətutma sahəsi (50 m-dən az olmayan) təmin edilməlidir, bunun üçün postun ətrafındakı 
sahə kollardan təmizlənməli, ağaclar seyrəkləşdirilməli və 2,5 m hündürlüyünə kimi budanmalı, 
ot biçilməli, artıq şeylər yığılmalı, kənar şəxslərin yaxınlaşması qadağan edilmiş məsafə 
saatdarın gecə, gündüz və pis görmə şəraitində yaxşı görə biləcəyi işarələrlə qeyd edilməlidir. 
Saatdarların öz xidmətini maneəsiz, postun sahəsini dolanaraq, yaxud yerindən müşahidə 
etməklə yerinə yetirməsi üçün şərait yaradılmalıdır. 
Ərazisində bir neçə post olan obyektlərdə hər bir postun hüdudu göstəricilərlə işarə olunur. 
4. Mühüm əhəmiyyətli obyektlərin və hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının 
mühafizəsi üçün bayır postlarının yaxınlıqlarında səngərlər qazırlar ki, onlardan postun (qarovul 
binasının) girəcək yolları atəşə tutula bilsin və mümkün qədər qonşu postlarla atəş əlaqəsi təmin 
edilsin. 
5. Postun və mühafizə olunan obyektin ətrafı gecə vaxtı işıqlandırılmalıdır. İşıqlandırma elə 
hazırlanmalıdır ki, saatdar postda durarkən, yaxud hərəkət edərkən həmişə kölgədə olsun. 
6. Post ikitərəfli rabitəsi olan siqnalizasiya ilə təmin olunmalıdır ki, saatdar dərhal (ən azı iki 
nöqtədən) qarovul rəisini, onun köməkçisini, yaxud dəyişdiricini çağıra bilsin. 
7. Daxili postlar, xüsusilə Döyüş Bayrağı yanındakı post 0,7 — 1m hündürlükdə çərçivəli 
arakəsmə ilə ayrılmalı və işıqlandırılmalıdır. 


Müşahidə qülləsi 
Göbələkvari post örtüyü 
Post 
budkası 
a — 
öndən görünüşü; b — yandan və v — arxadan görünüşü. 
8. Hər bir bayır postunda (zərurət olduqda içəri postlarda da) mühafizə olunan anbarlar
saxlanclar və s.-nin bilavasitə yaxınlığında yanğınsöndürmə vasitələri: odsöndürən, qum 
yeşikləri, su çəlləkləri, vedrə və alətlər (bel, balta, ling və s.) olmalıdır. 
9. Bayır postunda post paltarını saxlamaq üçün paltarasılanları olan göbələkvari post 
örtüyü, yaxud budka, içəri postlarda isə şinel üçün şkaf, yaxud paltarasılan olmalıdır. 
Göbələkvari post örtüyü, yaxud post budkası ya mühafizə olunan obyektin, ya da ətraf yerin 
rənginə uyğun boyanmalıdır. 


11 saylı əlavə 

Yüklə

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin