Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə89/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   85   86   87   88   89   90   91   92   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Dəfn mərasiminin keçirilməsi
6.1. Müvafiq icra hakimiyyəti orqanı dəfn mərasiminin keçirilməsi ilə əlaqədar aşağıdakı vəzifələri 
yerinə yetirir:
6.1.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya 
qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yeri və vaxtı müəyyənləşdirir;


6.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək 
tədbirləri razılaşdırır və həyata keçirir, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin 
valideynlərini (yaxın qohumlarını və ya qanuni nümayəndələrini) ətraflı məlumatlandırır;
6.1.3. dəfn və yas mərasimləri ilə əlaqədar zəruri tədbirləri görür, həmin mərasimlərin nəticələri 
barədə müvafiq icra hakimiyyəti orqanına məruzə edir.
6.2. Müvafiq icra hakimiyyəti orqanı Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin 
validey
nlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi 
və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların 
dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş 
hüquq və imtiyazları haqqında dolğun məlumat verir.
Maddə 7. 
Müharibə dövründə və döyüş əməliyyatları zamanı vəfat etmiş (həlak olmuş) hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi 
xüsusiyyətləri
7.1. Müharibə dövründə vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi 
vəzifəlinin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi hərbi hissə komandirinin müraciəti 
əsasında müvafiq icra hakimiyyət orqanı tərəfindən təmin edilir.
7.2. Döyüş əməliyyatları zamanı mövcud şəraitə görə bu Qaydaları yerinə yetirmək və ya hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı 
hallarda, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfninin 
müvəqqəti yeri, o cümlədən dəfn vaxtı hərbi ehtiramın göstərilməsi hərbi hissə komandirinin (təşkilat və 
müəssisə rəisinin) əmri ilə müəyyən edilir. Əmrdə dəfnin həyata keçirilməsi üçün rəhbər və sayı elan 
edilməklə hərbi hissənin (təşkilat və müəssisənin) hərbi qulluqçularından ibarət dəfn qrupu (komandası) 
təyin olunur. 
7.3. Döyüş meydanında həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılması və dəfn yerinə 
ça
tdırılması ən qısa müddət ərzində təşkil olunmalı, qoşunlar həmin ərazidən uzaqlaşdıqdan və ya döyüş 
əməliyyatlarında müəyyən fasilə yarandıqdan sonra həyata keçirilməlidir.



Yüklə

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin