Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi


səhifə88/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   84   85   86   87   88   89   90   91   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi 
vəzifəlilərin cənazəsinin dəfn yerinə gətirilməsi


5.1. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazəsinin dəfn yerinə gətirilməsi 
onların xidmət etdikləri (toplanışa çağırıldıqları) hərbi hissənin nümayəndə heyətinin müşayiəti ilə 24 
(iyirmi dörd) saat ərzində həyata keçirilir. Bu müddət zəruri istintaq hərəkətlərinin keçirilməsi, məhkəmə-
tibbi ekspertizasının aparılması, hava şəraitinin mürəkkəb olması və digər hallar ilə əlaqədar uzadıla bilər. 
5.2. Hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin cənazəsini göndərməzdən əvvəl 
hərbi hissə komandiri cənazəni müşayiət edən nümayəndə heyətinin başçısına aşağıdakıları verir:
5.2.1. bu Qay
daların 4.1-ci maddəsinə uyğun tərtib edilən aktın birinci nüsxəsi ilə birlikdə hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarını, sənədlərini 
və təltiflərini;
5.2.2. ölüm haqqında həkim arayışını və ya ölüm haqqında feldşer arayışını; 
5.2.3. zabitlərin, gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının 
şəxsi vəsiqəsini, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və toplanışa çağırılmış hərbi 
vəzifəlilərin isə hərbi biletini;
5.2.4. hərbi hissə komandirinin hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin 
valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) ünvanlanmış ölüm hadisəsinin 
başvermə tarixini, ilkin səbəblərini, mərhumun hərbi anda sadiq qalmasını, göstərdiyi igidlik və mətinlik 
nümunələrini əks etdirən, baş vermiş ağır itki və faciə ilə əlaqədar dərin hüzn və başsağlığı ifadə edən 
məktubunu.
5.3. Cənazənin dəfn yerinə çatdırılması müvafiq icra hakimiyyəti orqanının sərəncamında olan 
nəqliyyat vasitəsilə həyata keçirilir. 
5.4. Hərbi Dəniz Qüvvələrinin gəmilərində dənizdə səfərdə olarkən vəfat etmiş (həlak olmuş) hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri yalnız sahilə çatdıqdan sonra bu 
Qaydalara uyğun olaraq dəfn edilir. Gəminin sahilə qayıtması mümkün olmadığı hallarda hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri gəmiyə ən yaxın adalardan birində 
əlverişli vaxtadək müvəqqəti məzarlarda dəfn edilir.
5.5. Hərbi qulluqçu və toplanışa çağırılmış hərbi vəzifəli hərbi tibb müəssisələrində və ya yürüş 
zamanı yolda vəfat etdikdə (həlak olduqda), həmin müalicə müəssisəsinin rəisi və ya yürüşə rəhbərlik 
edən vəzifəli şəxs dərhal bu haqda hərbi hissəyə məlumat verir və vəfat etmiş (həlak olmuş) hərbi 
qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfnolunma yerinə çatdırılmasını təmin edir. 
5.6. Hərbi hissə komandiri cənazənin dəfn yerinə vaxtında gətirilməsini və dəfn mərasimində 
nümayəndə heyətinin iştirakını təmin etməlidir.
5.7. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin cənazələri dəfn olunacağı yerə 
çatdırılması üçün tabuta yerləşdirilir. Tabutun üst qapağında vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların 
və toplanışa çağırılmış hərbi vəzifəlilərin soyadı, adı, atasının adı, doğum tarixi və çatdırılacaq ünvan 
göstərilir.
5.8. Həlak olmuş (vəfat etmiş) naməlum hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi 
vəzifəlilərin dəfn edildikləri məzarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən abadlaşdırılır və hər bir 
məzarın üstünə səkkizguşəli ulduzu və ayparası olan sadə məzar daşı (abidə) qoyulur. Məzar daşının 
(abidənin) üz tərəfində “Burada Vətən uğrunda gedən döyüşlərdə həlak olmuş naməlum Azərbaycan 
əsgəri (əsgərləri) dəfn edilib (gün, ay və il)” və ya “Burada Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş 
naməlum Azərbaycan əsgəri (əsgərləri) dəfn edilib (gün, ay və il)” yazıları həkk olunur.
Maddə 6. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin