Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi


səhifə87/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   83   84   85   86   87   88   89   90   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi 
vəzifəlilərin şəxsi əşyaları
4.1. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o 
cümlədən qiymətli əşyaları, sənədləri və təltifləri yığılaraq qablaşdırılır, hərbi hissənin möhürü ilə 
möhürlənir və bu barədə iki nüsxədən ibarət akt tərtib edilir.
4.2. Aktın ikinci nüsxəsi hərbi hissədə saxlanılmaqla, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların 
və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarının, sənədlərinin və 
təltiflərinin göndərilmə üsulu və vaxtı haqqında müvafiq qeydlər aparılır, vəfat etmiş (həlak olmuş) hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin valideynləri (yaxın qohumları və qanuni 
nümayəndələri) dəfn mərasimində iştirak etdikdə, şəxsi əşyalar bilavasitə onlara təhvil verilir.
4.3. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin 
valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) dəfn mərasimində iştirak etmədikdə, yaxud 
onların yaşayış ünvanları məlum olmadıqda, şəxsi, o cümlədən qiymətli əşyalar, sənədlər və təltiflər aktın 
birinci nüsxəsi ilə birlikdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir, valideynlərin 
(yaxın qohumların və ya qanuni nümayəndələrin) yaşayış ünvanları məlum olduqda isə, onlara poçt 
vasitəsilə göndərilir.
4.4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o 
cümlədən qiymətli əşyalarının, sənədlərinin və təltiflərinin ölüm hadisəsi ilə bağlı aparılan ibtidai 
araşdırma üzrə sübut əhəmiyyətinə malik ola biləcəyinə güman etməyə kifayət qədər əsas olduqda, onlar 
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 242-ci-247-ci maddələrinə əsasən 
götürülür.
Maddə 5. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin