Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə86/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   82   83   84   85   86   87   88   89   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Ölümün qeydə alınması
2.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin ölüm faktı tibb müəssisəsinin müvafiq 
sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Bu sənəd 
əsasında müvafiq icra hakimiyyəti orqanı ölüm haqqında qeydlər aparır. 
2.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etməsi (həlak olması) hərbi 
xidmət dövründə baş verdikdə, hərbi hissə komandiri ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 1 
(bir) gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ölüm haqqında yazılı formada məlumatı 


verir. Müvafiq icra hakimiyyəti orqanı yazılı formada məlumatı aldığı andan 1 (bir) gün ərzində ölüm 
haqqında məlumatı qeydə alır.
Maddə 3. 
Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər 
barədə məlumatlandırma
3.1. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etməsi (həlak olması) 
haqqında məlumatı əldə etdikdən dərhal sonra hadisənin tarixi və ilkin səbəbləri barədə komanda üzrə 
yuxarı qərargaha və qarnizon rəisinə məruzə etmək, ərazi hərbi prokuroruna və müvafiq icra hakimiyyəti 
orqanına məlumat vermək hərbi hissə komandirinin vəzifəsidir.
3.2. Müvafiq icra hakimiyyəti orqanı hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin vəfat 
etməsi (həlak olması) haqqında hərbi hissə komandiri tərəfindən verilmiş məlumatı dərhal hərbi 
qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinə (yaxın qohumlarına və ya qanuni 
nümayəndələrinə) çatdırır, hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin valideynlərinin 
(yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müraciəti əsasında onların hərbi hissəyə gediş-
gəlişi üçün xərclərin ödənilməsini Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra 
hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına təmin edir.
3.3. Hərbi hissə komandiri vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi 
vəzifəlinin valideynlərinin (yaxın qohumlarının və ya qanuni nümayəndələrinin) müraciəti əsasında 
onların, habelə cinayət təqibini həyata keçirən orqanın əməkdaşlarının meyitə baxışda iştirakı üçün şərait 
yaradır. Meyitlərin tanınması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 240-cı və 
241-
ci maddələri ilə müəyyən edilmiş qaydada aparılır.
3.4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin meyitini 
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 240-cı və 241-ci maddələri ilə müəyyən 
edilmiş qaydada tanımaq mümkün olmadıqda, cinayət təqibini həyata keçirən orqanın qərarı əsasında 
məhkəmə-tibbi ekspertizası aparılır.
Maddə 4. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin