Ətraf yaxşı görünəndə ərazi şəraiti imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri və
onların giriş yollarını xüsusi hazırlanmış qüllələrdən müşahidə edə bilərlər.
103. Saatdarlara kömək məqsədilə bütün qarovul otaqlarında oyaq və istirahət edən
növbələrin qarovul nəfərlərindən ehtiyat qrupları təşkil edilir. Döyüş həyəcanı siqnalı zamanı
onlar qarovul rəisinin, onun köməkçisinin və ya dəyişdiricinin komandası altında qayda pozulan
yerə gəlib şəraitə görə hərəkət edirlər. Ehtiyac olduqda, bu qrupları qayda pozulan yerə tez
aparmaq üçün qarovullar nəqliyyatla təchiz edilirlər.
104. Qarovulun tərkibinə daxil olan şəxslər xidmət zamanı nalayiq hərəkət etdikdə, onlara
inzibati cəza qarovul növbəsindən və ya onlar başqa hərbi qulluqçularla əvəz edildikdən sonra
verilir.
Hərbi qulluqçunu nalayiq hərəkətinə görə xidməti davam etdirməyə buraxmaq qeyri-
mümkün olduqda, o, qarovul (h
ərbi hissə, gəmi) növbətçisinin sərəncamına əsasən başqa hərbi
qulluqçu ilə əvəz edilmək üçün silahsız və döyüş sursatsız hərbi hissəyə (bölməyə) göndərilir.
Onu qarovul rəisinin köməkçisi (dəyişdirici) və ya hərbi hissədən (bölmədən) bu məqsəd üçün
çağırılmış şəxs müşayiət edir.
105. Qarovulun şəxsi heyəti qarovul geyim formasında olmalıdır (8 saylı əlavə). Onlar
sərrast atəş üçün sazlanmış avtomat və ya süngülü karabinlə silahlanmalıdırlar. Qarovul rəisləri
özlərinin ştat silahları ilə silahlanırlar.
Qaro
vul döyüş patronları ilə aşağıdakı hesabla təchiz olunur: hər avtomata və tapançaya —
iki dolu maqazin, hər karabinə — daraqlarda 30 patron.
Bundan əlavə, qarnizon rəisinin (hərbi hissə komandirinin) xüsusi sərəncamına əsasən
qarovullar hərəsi 3 dolu maqazinli pulemyotla və qarovulun bütün heyətinin hər bir nəfəri 2 əl
qumbarası ilə silahlana bilər.
106. Silahlar postlara getməzdən əvvəl, məhkəmədə, istintaqda olanların və ya
məhkumların konvoy müşayiəti və qarovulları yoxlayan şəxsləri müşayiət üçün doldurulur,
qarovul otaqlarına qayıdan kimi dərhal boşaldılır və yoxlanılır.
Silahlar qarovul otağının qabağında xüsusi hazırlanmış və işıqlandırılmış, güllətutanı olan
yerdə, növbə maşınla postlara getdiyi halda isə qarovul rəisi üçün təlimatda göstərilən, zərurət
olduqda bu cür hazırlanmış yerlərdə və qarovul rəisinin və ya onun köməkçisinin (dəyişdiricilərin)
komandaları ilə və onların bilavasitə nəzarəti altında doldurulur və boşaldılır. Silah doldurularkən
və boşaldılarkən, onun lüləsi 45-60 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış
binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilir. Qarovul otağının yaxınlığında və
ətrafında yaşayış və köməkçi binalar olduqda silah qarovul otağında güllətutan olan yerdə
doldurulur və boşaldılır.
Silah gəmilərdə yuxarı göyərtədə — xüsusi müəyyən edilmiş yerdə doldurulur və boşaldılır.
Tapançalar patronlar alınandan sonra bölmədə doldurulur və qarovul növbəni qurtarıb
bölməyə qayıdandan sonra orada boşaldılır.
107. Silah müvafiq silahlar üçün atıcılıq işi üzrə təlimatlarda göstərilən qaydalara uyğun
olaraq doldurulur və bu halda
Yüklə
Dostları ilə paylaş: