Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə20/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   16   17   18   19   20   21   22   23   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


IV fəsil. 
Qarnizonda patrulluqetmə 
64. Hər bir qarnizonda hərbi qulluqçular arasında qayda-qanunu və yüksək hərbi intizamı 
saxlamaq üçün qarnizon rəisinin əmri ilə küçələrdə və ictimai yerlərdə, dəmiryol stansiyalarında, 
vağzallarda, limanlarda, aeroportlarda, həmçinin qarnizona bitişik yaşayış məntəqələrində 
patrulluqetmə təşkil olunur, bundan ötrü qarnizon hərbi hissələrinin, hərbi məktəblərinin və 
müəssisələrinin tərkibindən patrullar təyin edilirlər. 
Patrullar piyada, motosikllərdə, yaxud avtomaşınlarda ola bilərlər. 
65. Qarnizonda patrulluq etmə qarnizon rəisinin təyin etdiyi günlərdə və saatlarda həyata 
keçirilir. 
Patrullar sutkalıq, yaxud günün və ya gecənin müəyyən vaxtı üçün təyin edilə bilərlər. 
Sutkalıq təyin edilən patrullar hər 4 saatdan bir hərbi komendantlıqda iki saat dincələrək 
növbə ilə patrulluq edirlər. 
66. Qarnizon patrulları qarnizon hərbi komendantına və hərbi komendantın növbətçi 
köməkçisinə (hərbi komendantın növbətçi köməkçisi olmayan yerlərdə qarovullar növbətçisinə) 
tabedirlər. Dəmiryol stansiyalarında, dəniz (çay) limanlarında və aeroportlarda patrulluq etməyə 
təyin olunan patrullar onlardan əlavə, dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), 
aeroportun hərbi komendantına tabedirlər. 
67. Patrul patrul rəisindən və iki-üç patrul nəfərindən ibarətdir. 
Patrula həvalə edilən vəzifələrdən asılı olaraq, ona zabitlərdən, gizirlərdən (miçmanlardan) 
və ya çavuşlardan rəis təyin edilir. 
Bakı qarnizonunda, həmçinin dəmiryol stansiyası (liman, aeroport) rayonunda 
patrulluqetmə üçün təyin edilən patrulun rəisi zabitlərdən təyin edilir. 
Patrul nəfərləri əsgərlərdən (matroslardan) və ya çavuşlardan təyin olunurlar. 
68. Patrul naryadı şəraitdən asılı olaraq silahlı və ya silahsız ola bilər. Zabitlərdən və 
gizirlərdən (miçmanlardan) təyin edilmiş patrul rəisləri bütün hallarda iki dolu maqazini olan 
tapança ilə silahlanırlar. Patrulun qalan şəxsi heyətinin silahlanmasını qarnizon rəisi qarnizon 
üzrə əmrlə müəyyən edir. 
69. Patrulun şəxsi heyətinin sol qolunda qırmızı materialdan sarğı olmalıdır. Bu sarğıya ağ 
boya ilə «PATRUL» sözü yazılır, yaxud ağ materialdan tikilir. Sarğının uzunluğu 30-40 sm, eni 
10 sm olmalıdır. 
Bakı qarnizonu patrullarının geyim formasını Azərbaycan Respublikasının müdafiə naziri 
müəyyən edir. 
70. Patrul naryadı cədvəlini, patrulluqetmə sxemini və patrullar üçün təlimatı qarnizon hərbi 
komendantı tərtib edir və qarnizon rəisi təsdiq edir. 
Patrul naryadı cədvəlində patrulların sayı, tərkibi, silahları, geyim forması, xidmət tarixi və 
patrul təyin olunan hərbi hissə (bölmə) göstərilir. 
Patrul xidməti sxemində patrul nəfərlərinin hərəkət marşrutları, ictimai yerlər (teatrlar, 
mədəniyyət evləri, kinoteatrlar, klublar və s.) kütləvi gəzinti yerləri, hərbi komendantlıqla əlaqə 


saxlamaq üçün telefonlar, həmçinin polis şöbələrinin, sahə polis müvəkkillərinin yerləşdikləri 
yerlər göstərilir. 
Patrullar üçün təlimatda patrulların vəzifələri, onların hər bir hərəkət marşrutunda xidmət 
xüsusiyyətləri, qarnizon hərbi komendantlığı, yaxınlıqdakı polis şöbələri, sahə polis müvəkkilləri 
ilə əlaqə üsulları göstərilir. 
Qarnizonun patrul naryadı cədvəlindən çıxarışlar, yeni ayın başlanmasına 10 gün qalmış 
patrul xidmətinə cəlb edilən bütün hərbi hissələrə göndərilir. 
71. Patrul heyəti naryadın başlanmasına ən geci bir gün qalmış bir qayda olaraq ancaq 
eyni bölmədən təyin edilir. 
Patrul heyətinə intizamlı, tələbkar, yaxşı sıra hazırlığı olan, fiziki cəhətdən sağlam və yaxşı 
xidmət edən hərbi qulluqçular təyin edilirlər. 
Qarnizon patrullarının təyin olunduğu hərbi hissə komandirləri patrulların şəxsi heyətinin 
seçilməsi, onun xidmətə hazırlanması və vaxtında qarnizon hərbi komendantının yanına təlimata 
göndərilməsi üçün məsuliyyət daşıyırlar. 
72. Qarnizon patrulu rəisinə növbəyə başlaması ərəfəsində hərbi hissə qərargahı 
tərəfindən yazılı göstəriş verilir, bu göstəriş əsasında qarnizon hərbi komendantı ona 
patrulluqetmə hüququ haqqında vəsiqə təqdim edir. Vəsiqədə hərəkət marşrutu, patrul 
xidmətinin vaxtı və xüsusi tapşırıqlar göstərilir. 
73. Patrul rəisinin vəzifəsidir: 
təyin olunmuş vaxtda qarnizon hərbi komendantının yanına təlimata gəlmək və zəruri 
sənədləri öyrənmək;
patrulun vəzifələrini bilmək və patrul nəfərlərinin xidmətinə rəhbərlik etmək;
hərbi qulluqçular tərəfindən hərbi intizam tələblərinin yerinə yetirilməsinə və müəyyən 
edilmiş geyim forması qaydalarına əməl edilməsinə diqqət yetirmək;
hərbi rütbəcə özünə bərabər və özündən kiçik olan hərbi qulluqçular hərbi intizamı 
pozduqda, onlara xəbərdarlıq etmək, zəruri hallarda onların sənədlərini yoxlamaq, ehtiyac olarsa 
onları qarnizon hərbi komendantlığına göndərmək;
qayda-
qanunu bərpa etməklə rəislərə və böyüklərə yardım göstərmək və hərbi intizamı 
pozan hərbi qulluqçuları onların tələbi ilə qarnizon hərbi komendantlığına göndərmək;
qarnizon hərbi komendantlığı (qarovullar növbətçisi), həmçinin polis postları ilə əlaqə 
yaratmaq üçün öz marşrutunda telefon olan yerləri bilmək və patrulluqetmə haqqında hərbi 
komendanta və ya onun köməkçisinə (qarovullar növbətçisinə) vaxtaşırı məlumat vermək;
küçələrdə və ictimai yerlərdə mülki şəxslər arasında qayda-qanunun saxlanmasında polis 
işçilərinə zəruri yardım göstərmək;
tutulub saxlanan və qarnizon hərbi komendantlığına göndərilən hərbi qulluqçuların 
siyahısını tərtib etmək (6 saylı əlavə); patrul xidməti qurtardıqdan sonra siyahını qarnizon hərbi 
k
omendantına təqdim etmək, patrul şəxsi heyəti ilə birlikdə öz hərbi hissəsinə qayıtmaq və 
tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə növbətçisinə məlumat vermək.
Hərbi qulluqçu sərxoş halda tutulub saxlandıqda, patrul rəisi ondan heç bir izahat tələb 
etməməlidir. 


74. Patrul nəfərinin vəzifəsidir: 
sayıq xidmət etmək, hərbi qulluqçuların davranışına nəzarət etmək, onlar tərəfindən hərbi 
intizamın və ictimai qaydanın pozulması hallarını gördükdə, bu barədə patrul rəisinə məlumat 
vermək;
patrul rəisinin əmrlərini tez və düzgün yerinə yetirmək, onun icazəsi olmadan heç yerə 
getməmək;
tutulub saxlananlardan patrul rəisinin əmri olmadan heç bir şey qəbul etməmək və onlara 
heç nə verməmək;
tutulub saxlananların xahişləri barəsində patrul rəisinə məlumat vermək;
patrul növbətçiliyini qurtarandan sonra öz bölməsinə qayıtmaq və gəlməsi haqqında 
növbətçiyə məlumat vermək.
75. Patrul şəxsi heyəti xidmət vəzifələrini yerinə yetirərkən, hərbi intizamın saxlanmasında, 
geyim forması, hərbi nəzakət və əsgəri salamlaşma qaydalarının yerinə yetirilməsində nümunəvi 
olmalıdır. Xidmət vaxtı ona kənar şəxslərlə danışmaq və başqa yollarla öz vəzifəsini yerinə 
yetirməkdən yayınmaq qadağandır. 
76. Hərbi rütbəcə özünə bərabər və ya özündən kiçik olan hərbi qulluqçulara müraciət 
etdikdə patrul rəisi onun hərbi rütbəsini və öz vəzifəsini deyərək, zəruri tələbləri irəli sürür
məsələn: 

Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin