Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Yoldaş polkovnik. Qarovullarda növbətçiliyim zamanı


səhifə19/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   15   16   17   18   19   20   21   22   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Yoldaş polkovnik. Qarovullarda növbətçiliyim zamanı 
hadisə baş verməyib (yaxud baş verib filan-filan). Qarovullar növbətçisi kapitan 
Həsənov»;  


qarovulları yoxlamaq üçün gəlmiş şəxslərin qabaqcadan şəxsi vəsiqələrini və qarovulları 
yoxlamaq hüququ barədə birdəfəlik vəsiqəsini yoxlayaraq, onları müşayiət etmək, yaxud bunun 
üçün öz köməkçisini göndərmək (244-cü maddə);
qarnizonun növbətçi bölməsinin həyəcan və ya çağırış üzrə hərəkətə hazırlığını yoxlamaq.
55. Dəyişmə qurtarandan sonra yeni qarovullar növbətçisi köhnə növbətçidən siyahıda 
göstərilən sənədləri qəbul edir. 
Qarovul rəisləri növbənin dəyişdirilməsi haqqında məlumat verdikdən sonra qarovul 
növbətçiləri qarnizon rəisinə, o olmadıqda isə qarnizon hərbi komendantına növbətçiliyin təhvil-
təslimi haqqında məlumat verirlər, məsələn: 
«Yoldaş general-mayor. Kapitan Həsənov 
qarovul növbətçiliyini təhvil verdi»; «Yoldaş general-mayor. Kapitan Xəlilov qarovul 
növbətçiliyini qəbul etdi». Sonra yeni növbətçi yeni növbəni qəbul edərkən aşkar edilmiş bütün 
çat
ışmazlıqlar haqqında, köhnə növbətçi isə qarovulların xidməti zamanı aşkar edilmiş 
çatışmazlıqlar və onların aradan qaldırılması tədbirləri, həmçinin keçən sutka ərzində baş vermiş 
hadisələr haqqında məlumat verirlər. Məlumatdan sonra yeni növbətçi bu qeydlərlə növbətçilərin 
təhvil-təslim kitabını baxmaq üçün qarnizon hərbi komendantına təqdim edir. 
56. Qarnizon qarovullarının birində hadisə baş verdikdə, qarovullar növbətçisi dərhal hadisə 
yerinə gedir, zərurət olduqda, qarnizon rəisinin və ya hərbi komendantın icazəsi ilə növbətçi 
bölməni və ya onun bir hissəsini, yanğın zamanı isə ondan əlavə, yanğınsöndürmə komandasını 
çağırır. 
Qarovullarda baş vermiş hadisələr və görülmüş tədbirlər haqqında qarovullar növbətçisi 
qarnizon hərbi komendantına, yaxud qarnizon rəisinə dərhal məlumat verir, qarovulun təyin 
olunduğu hərbi hissə komandirinə xəbər verir. 
57. Qarovullar növbətçisi qəflətən xəstələnərsə, vəzifəsinin icrasını müvəqqəti olaraq öz 
köməkçisinə həvalə edir, bu barədə qarnizon hərbi komendantına məlumat verir, sonra isə onun 
göstərişlərinə əsasən hərəkət edir. 
58. Qarovul rəisi qəflətən xəstələndikdə, qarovullar növbətçisi onu hərbi hissəyə, təcili tibbi 
yardım tələb olunduqda isə yaxındakı müalicə müəssisəsinə göndərir. Qarovullar növbətçisi 
qarovul rəisi vəzifəsinin icrasını qarovul rəisinin köməkçisinə (dəyişdiriciyə) həvalə edir və ya 
xəstələnəni əvəz etmək üçün hərbi hissədən yeni qarovul rəisi çağırır, onunla birlikdə qarovul 
otağına gedir və qarovulun qəbuluna rəhbərlik edir. Qarovullar növbətçisi yeni qarovul rəisinə 
qüvvədə olan parolu bildirir və bu hadisə haqqında qarnizon hərbi komendantına dərhal məlumat 
verir. 
59. Ştat üzrə hərbi komendantın növbətçi köməkçiləri vəzifəsinin nəzərdə tutulmadığı 
qarnizonlarda qarnizon patrullarının xidmətinə rəhbərlik üzrə onların vəzifələri qarnizon rəisinin 
əmri ilə qarovullar növbətçisinə həvalə edilir. 
60. Qarovullar növbətçisinin köməkçisi qarovullar növbətçisinə tabedir. 
Qarovullar növbətçisi köməkçisinin vəzifəsidir: 
qarnizon hərbi komendantından göstərişlər almaq üçün təyin olunan vaxtda onun yanına 
gəlmək;
qarovullar naryadı cədvəlini, postların yerləşmə sxemlərini, postlar tabelini, qarovulun 
rəisləri və qarovullar növbətçisi üçün təlimatları öyrənmək;


qarovulları dəyişmə üçün vaxtında sıraya düzmək və onların tərkibini yoxlamaq, qarovul 
rəislərinin hərbi rütbələrini və soyadlarını yazmaq, qarovulların şəxsi heyətinə qarovullar 
növbətçisinin hərbi rütbəsini və soyadını, eləcə də öz soyadını elan etmək;
qarovullar növbətçisinin otağında olan əmlakı və avadanlığı siyahı ilə qəbul etmək;
qarovullar növbətçisinin əmri ilə qarovulların xidmətlərini yoxlamaq, nöqsanların aradan 
qaldırılması üçün tədbirlər görmək və bu barədə qarovullar növbətçisinə məlumat vermək;
qarovullar növbətçisi olmadıqda onun vəzifələrini yerinə yetirmək.
61. Qarovullar növbətçisi və onun köməkçisi qarnizon hərbi komendantlığında, bölmə 
qarovulları növbətçisi və onun köməkçisi isə qarnizon hərbi komendantının göstərişi ilə öz 
bölməsinin qarovullarından birində olmalıdır. 
Qarovullar 
(bölmə qarovulları) növbətçisi və onun köməkçisi onların təyin olunduqları hərbi 
hissənin nəqliyyat vasitələri ilə təmin edilirlər. 
Qarovullar növbətçisi və onun köməkçisi tapança ilə silahlanırlar. 
62. Qarovullar növbətçisinə və onun köməkçisinə növbətçilik zamanı qarnizon rəisinin təyin 
etdiyi vaxtda bir-
birini əvəz etməklə 4 saatdan çox olmayaraq silahını çıxarmadan və 
soyunmadan uzanıb dincəlməyə (yatmağa) icazə verilir. 
63. Daxili qarovullara (gəmi qarovullarına) aid olan qarovullar növbətçisi vəzifəsini hərbi 
hissə (gəmi) növbətçisi, qarovullar növbətçisinin köməkçisi vəzifəsini isə hərbi hissə 
növbətçisinin köməkçisi yerinə yetirir. 
Düşərgə qarovullarına aid olan qarovullar növbətçisi vəzifəsini düşərgə toplanışı növbətçisi 
yerinə yetirir. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin