DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ) komandaları verir, sağ əlini
baş geyiminə yapışdırır, sıra addımları ilə ona yaxınlaşır və onun iki-üç addımlığında dayanıb
raport verir, məsələn: «Yoldaş general-leytenant (yaxud səlahiyyətli şəxsin vəzifəsini deyir),
filankəsə abidənin açılması münasibətilə fəxri qarovul düzülüb. Qarovul rəisi kapitan Hidayətov».
Raportu qurtardıqda qarovul rəisi sağ əlini baş geyimindən aşağı salmadan sol (sağ) ayağı
ilə yana bir addım atıb, eyni zamanda sağa (sola) dönür, abidəni açmağa gəlmiş səlahiyyətli
şəxsi irəli buraxır və ondan bir-iki addım geridə və sıranın kənar tərəfində gedərək, onu müşayiət
edir. Səlahiyyətli şəxsin göstərişi ilə qarovul rəisi «AZAD» komandası verir və sağ əlini baş
geyimindən aşağı salıb sırada öz yerində durur.
Əgər abidəni açmağa gəlmiş səlahiyyətli şəxs hərbi qulluqçudursa, onun salamına fəxri
qarovul heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə
müvafiq, mülki şəxsdirsə, onda xüsusi göstərişlə cavab verir.
Abidənin örtüyünü açmazdan qabaq qarovul rəisi «Qarovul — FARAĞAT», «Diqqət — MƏRKƏZƏ» əgər qarovul karabinlərlə silahlanıbsa, onda «Qarovul — FARAĞAT», «Diqqət — MƏRKƏZƏ, qarovula — AL» komandaları verir. Karabinlərlə silahlanmış qarovul silahı
«qarovula» götürür, orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir.
Orkestr Himni ifa edib qurtardıqdan sonra qarovul rəisi «AZAD» (karabinlərlə silahlanmışlar
üçün «Ayağa — AL» və sonra «AZAD») komandaları verir.
Mitinq qurtardıqdan sonra fəxri qarovul rəisinin komandası ilə qarovul yenidən üç-üç (dörd-
dörd) kolona düzülür və abidənin yanından təntənəli marşla keçir. Fəxri qarovulun saatdarları
xüsusi göstərişlə götürülür.
330. Qarnizon rəisinin (birləşmə, hərbi hissə komandirinin) xüsusi sərəncamına görə Döyüş
Bayrağı (bayraqlar) çıxarılan təntənəli iclaslarda Döyüş Bayrağına (bayraqlara) fəxri qarovul və
saatdarlar növbəsinin sayından asılı olaraq hər bayrağa iki-üç bayraqdar təyin edilir.
Fəxri qarovulun saatdarları avtomatları «döşdə» (karabinlər «ayaqda») «farağat»
vəziyyətində Döyüş Bayrağının (bayraqların) yanında, onun hər iki tərəfində dururlar.
Döyüş Bayrağını iclas keçiriləcəyi yerə və geriyə — hərbi hissəyə müşayiət etmək üçün
bayraq taqımı təyin edilir.
Döyüş Bayrağının çıxarılması və qaytarılması Azərbaycan Respublikası Silahlı
Qüvv
ələrinin Sıra nizamnaməsinin göstərişlərinə uyğun olaraq yerinə yetirilir.
331. Dəfn mərasiminə təyin edilmiş fəxri qarovul öz vəzifələrini bu Nizamnamənin XVII
fəslinin göstərişlərinə uyğun olaraq yerinə yetirir. Ayrı-ayrı hallarda bu qarovul fəxri mühafizə
dəstəsinə çevrilə bilər.
332. Fəxri qarovulların saatdarları və bayraqdarları hər 15 dəqiqədən gec olmayaraq
dəyişdirilirlər. Burada dəyişilmə üçün komanda verilmir və post təhvil verilmir.
Fəxri qarovulun saatdarları və bayraqdarları əsgəri salam vermirlər.