Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)


səhifə61/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   57   58   59   60   61   62   63   64   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ) komandaları verir, sağ əlini 
baş geyiminə yapışdırır, sıra addımları ilə ona yaxınlaşır və onun iki-üç addımlığında dayanıb 
raport verir, məsələn: «Yoldaş general-leytenant (yaxud səlahiyyətli şəxsin vəzifəsini deyir), 
filankəsə abidənin açılması münasibətilə fəxri qarovul düzülüb. Qarovul rəisi kapitan Hidayətov». 
Raportu qurtardıqda qarovul rəisi sağ əlini baş geyimindən aşağı salmadan sol (sağ) ayağı 
ilə yana bir addım atıb, eyni zamanda sağa (sola) dönür, abidəni açmağa gəlmiş səlahiyyətli 
şəxsi irəli buraxır və ondan bir-iki addım geridə və sıranın kənar tərəfində gedərək, onu müşayiət 
edir. Səlahiyyətli şəxsin göstərişi ilə qarovul rəisi «AZAD» komandası verir və sağ əlini baş 
geyimindən aşağı salıb sırada öz yerində durur. 
Əgər abidəni açmağa gəlmiş səlahiyyətli şəxs hərbi qulluqçudursa, onun salamına fəxri 
qarovul heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə 
müvafiq, mülki şəxsdirsə, onda xüsusi göstərişlə cavab verir. 
Abidənin örtüyünü açmazdan qabaq qarovul rəisi «Qarovul — 
FARAĞAT», «Diqqət — 
MƏRKƏZƏ» əgər qarovul karabinlərlə silahlanıbsa, onda «Qarovul — FARAĞAT», «Diqqət — 
MƏRKƏZƏ, qarovula — AL» komandaları verir. Karabinlərlə silahlanmış qarovul silahı 
«qarovula» götürür, orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. 
Orkestr Himni ifa edib qurtardıqdan sonra qarovul rəisi «AZAD» (karabinlərlə silahlanmışlar 
üçün «Ayağa — AL» və sonra «AZAD») komandaları verir. 
Mitinq qurtardıqdan sonra fəxri qarovul rəisinin komandası ilə qarovul yenidən üç-üç (dörd-
dörd) kolona düzülür və abidənin yanından təntənəli marşla keçir. Fəxri qarovulun saatdarları 
xüsusi göstərişlə götürülür. 
330. Qarnizon rəisinin (birləşmə, hərbi hissə komandirinin) xüsusi sərəncamına görə Döyüş 
Bayrağı (bayraqlar) çıxarılan təntənəli iclaslarda Döyüş Bayrağına (bayraqlara) fəxri qarovul və 
saatdarlar növbəsinin sayından asılı olaraq hər bayrağa iki-üç bayraqdar təyin edilir. 
Fəxri qarovulun saatdarları avtomatları «döşdə» (karabinlər «ayaqda») «farağat» 
vəziyyətində Döyüş Bayrağının (bayraqların) yanında, onun hər iki tərəfində dururlar. 


Döyüş Bayrağını iclas keçiriləcəyi yerə və geriyə — hərbi hissəyə müşayiət etmək üçün 
bayraq taqımı təyin edilir. 
Döyüş Bayrağının çıxarılması və qaytarılması Azərbaycan Respublikası Silahlı 
Qüvv
ələrinin Sıra nizamnaməsinin göstərişlərinə uyğun olaraq yerinə yetirilir. 
331. Dəfn mərasiminə təyin edilmiş fəxri qarovul öz vəzifələrini bu Nizamnamənin XVII 
fəslinin göstərişlərinə uyğun olaraq yerinə yetirir. Ayrı-ayrı hallarda bu qarovul fəxri mühafizə 
dəstəsinə çevrilə bilər. 
332. Fəxri qarovulların saatdarları və bayraqdarları hər 15 dəqiqədən gec olmayaraq 
dəyişdirilirlər. Burada dəyişilmə üçün komanda verilmir və post təhvil verilmir. 
Fəxri qarovulun saatdarları və bayraqdarları əsgəri salam vermirlər. 
 
 


XVIII fəsil. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin