Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Həbs edilənlərin hauptvaxta göndərilməsi və onların


səhifə69/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   65   66   67   68   69   70   71   72   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Həbs edilənlərin hauptvaxta göndərilməsi və onların
konvoy nəfərləri ilə müşayiət edilməsi 
6. İntizam qaydasında həbs edilmiş hərbi qulluqçular hauptvaxta həbs kağızı ilə 
göndərilirlər. 
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi 
qulluqçular hauptvaxta həmin orqanın qərarı ilə göndərilirlər. 
Hər hansı bir cinayət etməkdə şübhəli olan hərbi qulluqçular hauptvaxta istintaq orqanının, 
yaxud müstəntiqin qərarı ilə göndərilirlər. 
7. İşi məhkəmədə olan, cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya 
həbs edilmiş hərbi qulluqçular hauptvaxta, prokurorluğa, məhkəməyə və s. ştat silahı ilə 
silahlanmış konvoy nəfərlərinin müşayiəti ilə göndərilirlər. 
8. İntizam qaydasında həbs edilmiş 5 nəfərdən artıq əsgəri (matrosu) piyada sırasında 
hauptvaxta göndərmək qadağandır. Həbs edilənlər bir-bir kolonla getməlidirlər. Mühafizə üçün 
b
ir konvoy nəfəri təyin edilir ki, o, həbs edilənlərdən iki-üç addım geridə sağdan (soldan) 
gedərək, silahını «qayışda» vəziyyətində aparmalıdır. Silah ancaq mühafizəni təyin etmiş rəisin 
göstərişi ilə bu Nizamnamənin 106 və 107-ci maddələrinin tələblərinə uyğun doldurulur. 
9. Böyük şəhərlərdə və yaşayış məntəqələrində bazarın içi ilə, küçə səkiləri ilə həbs 
edilənləri müşayiət etmək, eləcə də onları ictimai nəqliyyatda aparmaq qadağandır. 
10. İntizam qaydasında həbs edilmiş çavuşları hauptvaxta göndərmək üçün onlardan 
rütbəsinə görə böyük, yaxud onlara bərabər rütbəli müşayiətçi çavuş təyin edilir. Hər üç, ya daha 
az həbs edilmişə bir nəfər hesabı ilə silahsız müşayiətçi təyin edilir. Müşayiətçi həbs edilmişin 
(edilmişlərin) yanında sağdan (soldan) gedir. 
İntizam qaydasında həbs edilmiş zabitlər və gizirlər (miçmanlar) hauptvaxta özləri gəlirlər. 
Həbs edilmişləri qarnizon hauptvaxtına göndərmək üçün qarnizon hərbi komendantının 
(hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır. 
Avtomob
ildə silahlı müşayiət vaxtı həbs edilənləri üzvləri hərəkətə əks istiqamətdə 
oturdurlar; onlara qalxmaq və hərəkət istiqamətinə tərəf dönmək qadağandır. Silahlı konvoy 
nəfərləri kuzovun qabaq hissəsində elə yerləşirlər ki, həbs edilənləri daim müşahidə edə 
bilsinlər. 
11. Cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş, məhkum olunmuş və 
şəxsiyyəti müəyyən edilənədək tutulub saxlanmış hərbi qulluqçuların silahlı müşayiətini, eləcə də 
konvoyun tərkibini və konvoy nəfərlərinin vəzifələrini qarnizon hərbi komendantı (hərbi hissə 
qərargahı rəisi) hər bir hal üçün ayrıca müəyyən edir. 
12. Konvoy nəfəri bu Nizamnamənin 183-cü maddəsinin göstərişinə əsasən silah tətbiq 
etməlidir. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin