Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Qarovul, DÜZLƏN», «FARAĞAT», «Sağdan


səhifə65/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   61   62   63   64   65   66   67   68   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Qarovul, DÜZLƏN», «FARAĞAT», «Sağdan 
(soldan) qarşılamaq üçün, qarovula — AL», avtomatları «döşdə» vəziyyətində olan qarovula 
isə «Qarovul — 
DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA)» komandaları verir. 
Fəxri qarovul komandanı yerinə yetirib, əklil gətirmiş nümayəndə heyətini başlarını 
döndərərək, nəzərləri ilə müşayiət edir. 
Orkestr təntənəli matəm melodiyaları ifa edir. Döyüş Bayrağı endirilir. 
355. Nümayəndə heyəti abidəyə (məzara) çatıb əklilləri qoyur və həlak olanların xatirəsini 
bi
r dəqiqəlik sükutla yad edir. Orkestr musiqini kəsir. 
Bir dəqiqəlik sükutdan sonra orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. 
Himn ifa edilib qurtardıqdan sonra əklil qoymuş nümayəndə heyəti abidədən (məzardan) aralanır 
və üzü qarovulun keçəcəyi tərəfə düzülür, fəxri qarovul isə qarovul rəisinin komandası ilə 
yenidən səfər kolonuna düzülür, abidənin (məzarın) və əklil qoymuş nümayəndə heyətinin 
önündən təntənəli marşla keçir. 
356. Əklilləri xarici dövlət və hökumət başçıları, dövlət nümayəndəlikləri, eləcə də müdafiə 
nazirləri və rəsmi hərbi nümayəndələr qoyduqda 352-355-ci maddələrdə göstərilmiş qaydalara 
riayət edilir. Bu halda təntənəli matəm melodiyası ancaq nümayəndə heyətinin başçısı ilə 
razılaşdırılıb ifa olunur. 
Bir dəqiqəlik sükutdan sonra əklil qoyan nümayəndə heyətinin dövlət himni və Azərbaycan 
Respublikasının Dövlət Himni (hərəsindən bir bənd) ifa edilir. 


Başqa xarici nümayəndə heyəti tərəfindən abidə və məzarlara əklillər qoyularkən fəxri 
qarovul və orkestr təyin edilmir. Bu halda abidənin (məzarın) yanına qarnizon rəisinin, yaxud 
komendantın sərəncamı ilə bir-iki cüt saatdar qoyulur və zərurət olduqda, əklilləri onların 
qoyulacağı yerə aparmaq üçün bir zabit və iki nəfər hərbi qulluqçu ayrılır. 
357. Xarici hərbi nümayəndə heyəti abidə və məzarlara əklil qoyarkən, onları Azərbaycan 
Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və hərbi komendant müşayiət edir. 
358. Abidə və məzarlar yanına qoyulmuş saatdarlar əklillər qoyulduqdan sonra qarnizon 
rəisinin müəyyən etdiyi vaxtda götürülürlər. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin