Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə73/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   69   70   71   72   73   74   75   76   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Həbs edilənlərin ad siyahısı 
sıra 
№-si
Hərbi rütbəsi
Adı, atasının 
adı və 
soyadı
Hansı 
kamerada 
saxlanılır
Vaxtı
Həbs edilmişin azad edilməsi 
haqqında hauptvaxt rəisinin (hərbi 
hissə növbətçisinin) imzası
Həbsə qəbul 
edilməsi
Həbsdən azad 
edilməsi
1
2
3
4
5
6
7
Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) _______________________________________ 
(hərbi rütbəsi, imzası)
Qeyd: 
Yeni qarovul rəisi həbs edilənləri qəbul etdikdən sonra siyahıda qeyd edir: 
«Filan tarixdə filan vaxt bu siyahı ilə filan qədər həbs edilən qəbul etdim». Bu 
qeydin altında həm köhnə, həm də yeni qarovul rəisləri imza edirlər. 
Həbs edilənlərə yatmazdan qabaq şinel verilir və ayaqqabısını çıxarmağa icazə verilir
kameralarda temperatur +18o S-
dən aşağı olanda şinel gündüz də verilə bilər. 
Həbs edilmiş zabit və gizirlərə (miçmanlara) kameralarda hərbi kitablarını (əlavənin 31-ci 
bəndi), pul, yazı və tualet ləvazimatını saxlamağa icazə verilir. Yatmazdan qabaq zabit və 
gizirlərə (miçmanlara) yataq ləvazimatı (adyal, 2 döşəkağı, balış, balışüzü və döşək) verilir. 
22. Ümumi kameralarda həbs edilənlərdən təmizliyə və qaydaya cavabdeh olan kamera 
böyüyü təyin edilir. O, həbs edilənləri səhər baxışına, qarovulların dəyişilməsi vaxtı adbaad 
yoxlanışa, axşam yoxlanışına düzür, diqqət yetirir ki, həbs edilənlər vaxtında yatıb-dursunlar, 
divar və pəncərələri xarab etməsinlər, taxtlarda, divarlarda yazı yazmasınlar və işıqları 
söndürsünlər. 
23. Həbs edilənlər işləmədikləri günlərdə, eləcə də təkadamlıq kameralarda saxlananlar hər 
gün çıxarıcıların müşayiəti ilə 50 dəqiqəlik gəzintiyə çıxarılırlar. 
Həbs edilmiş əsgərlər (matroslar) çavuşlardan ayrı çıxarılırlar. 
Həbs edilən əsgər (matros) və çavuşlar səhər və axşam tualeti üçün çıxarıcıların müşayiəti 
ilə, ümumi kameralarda saxlananlar kameralar üzrə, təkadamlıq kameralarda saxlananlar isə 
tək-tək növbə ilə çıxarılırlar. 
Həbs edilənlər təbii ehtiyaclarını yerinə yetirmək üçün çıxarıcının müşayiəti ilə tək-tək, 
yaxud beş nəfərə qədər qruplarla, təkadamlıq kameralarda saxlananlar isə tək-tək çıxarılırlar. 
Çıxarıcılar saatdarlar vasitəsilə çağırılırlar. 
24. Həbs edilən zabitlər və gizirlər (miçmanlar) başqa həbs edilənlərdən ayrı olaraq günün 
nizam qaydaları ilə müəyyən edilmiş vaxtda hər gün 50 dəqiqəlik gəzintiyə — zabitlər gizirlərdən 
(miçmanlardan) ayrı, kiçik zabitlər də baş zabitlərdən ayrı çıxırlar. Zabitlər və gizirlər (miçmanlar) 
gəzintiyə və təbii ehtiyaclarını yerinə yetirməyə qarovul rəisinin icazəsilə sərbəst, çıxarıcısız 
çıxırlar. 
25. Əsgər (matros) və çavuşlar hauptvaxt həyətinə çıxarılarkən, onlara bel qayışları 
verilmir, həbs edilənlər hauptvaxtdan kənara (hamama, işə və s.) getmək üçün forma üzrə 
geyinməlidirlər. 
İntizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) hauptvaxtdan kənarda hərbi hissənin 
içində sıra ilə, hər qrupda 15 nəfərdən çox olmamaqla, bir konvoy nəfərinin müşayiəti ilə gedirlər. 
İntizam qaydasında həbs edilmiş çavuşlar hauptvaxtdan kənarda hərbi hissənin içində 
qarovul rəisi köməkçisinin müşayiəti ilə sıra ilə gedirlər. 


Həbs edilənləri hauptvaxtdan (hərbi hissədən) kənara göndərdikdə, qarnizon hərbi 
komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır. 
Həbs edilmiş gizirləri (miçmanları) və zabitləri qarnizon rəisi, yaxud qarnizon komendantı 
çağırdıqda, eləcə də onlar tibb müəssisəsinə, yaxud hamama göndərildikdə qarovul rəisinin 
icazəsi ilə sərbəst gedirlər. 
26. Həbs edilənləri hauptvaxtdan kənara (hamama, işləməyə və s.) müşayiət etmək üçün 
qarovulun heyətindən konvoy nəfərləri ayrılır. Bunu etmək mümkün olmadıqda, qarnizon hərbi 
komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə əlavə naryad təyin edilir. 
27. Həbs edilənlər işləyərkən konvoy nəfərinin vəzifəsidir: 
həbs edilənlərin mühafizəsi və müşahidə olunması çətinləşirsə, onların eyni zamanda bir 
neçə yerdə işləməsinə yol verməmək;
həbs edilənlərin iş və tənəffüs zamanı kənar şəxslərlə danışmamasına, papiros 
çəkməməsinə və iş yerindən kənara getməməsinə diqqət yetirmək;
iş qurtarandan sonra həbs edilənlərin sərəncamında olduqları şəxslərdən işin yerinə 
yetirilməsi və keyfiyyəti haqqında arayış almaq;
hauptvaxta qayıtdıqda hauptvaxt rəisinə (hərbi hisə növbətçisinə) həbs edilənlərin özlərini 
necə aparmaları haqqında məlumat vermək və işin yerinə yetirilməsi haqqında arayışı təqdim 
etmək.
28. Həbs edilənlər həftədə bir dəfə qarnizon hərbi komendantının (hərbi hissə qərargahı 
rəisinin) müəyyən etdiyi vaxtda hamamda çimməlidirlər. Bu günlərdə həbs edilənlər tibbi 
müayinədən də keçirilirlər. 
Müalicə müəssisəsinə göndərilmiş həbs edilənlər sağaldıqdan sonra öz hərbi hissələrinə 
qayıdırlar, həbs müddətinin qalan hissəsinin çəkilib qurtarması məsələsini həbs elan etmiş şəxs 
həll edir. 
Hauptvaxtda saxlanan həbs edilənlərin üzvləri və başları həmişə səliqə ilə qırxılmış 
olmalıdır. Onların baş və üzlərinin qırxılması qaydasını qarnizon hərbi komendantı (hərbi hissə 
qərargahı rəisi) müəyyən edir. 
29. Həbs edilənlər hauptvaxtda yemək siyahısına onların ərzaq attestatlarına əsasən daxil 
edilirlər. 
Ərzaq payı almağa, yaxud pulsuz yeməyə hüququ olmayan zabitlər və gizirlər (miçmanlar) 
həbs kağızı əsasında pullu yemək siyahısına daxil edilirlər. 
Əgər hauptvaxtda xörək hazırlanmırsa, onun həbs edilənlər üçün gətirilməsi qaydasını 
qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) müəyyən edir. 
H
əbs edilənlər xörəyi kameralarda, yaxud hauptvaxt yeməkxanasında yeyirlər. 
Yeməkxanada xörək ayrı-ayrı vaxtlarda verilir: əsgərlərə (matroslara) ayrılıqda, çavuşlara və 
eləcə də zabitlərə və gizirlərə (miçmanlara) ayrılıqda. 
Təkadamlıq kameralarda saxlananlara xörək kameralarda verilir. 
30. Kameraların və ayaqyoluların gündəlik və ümumi (həftədə bir dəfə) təmizlənməsi, eləcə 
də döşəmələrin yuyulması (sürtülməsi), sobaların qalanması və çıraqların doldurulması qarovul 
rəisi köməkçisinin nəzarəti altında hauptvaxtda saxlananlar tərəfindən yerinə yetirilir. 


Kameraların havası hər gün, həbs edilənlər işləməkdə, yaxud gəzintidə olduqları vaxt 
dəyişdirilir. Hauptvaxt otaqlarında dezinfeksiya ayda iki dəfədən az olmayaraq, ayaqyolularında 
isə həftədə bir dəfə keçirilir. Qaranlıq düşəndə kameralar, koridorlar və ayaqyolular işıqlandırılır. 
Yatmaq vaxtı kameralarda növbətçi işıq olmalıdır. İşıqlandırmaya qarovul rəisinin köməkçisi 
nəzarət edir. 
Qışda kameralarda +18 S-dən az olmayan temperatur olmalıdır. 
31. Həbs edilənlərə həbsdə olarkən aşağıdakılar qadağandır: radioya qulaq asmaq, hər 
hansı oyun oynamaq, musiqi alətlərində çalmaq, mahnı oxumaq, pəncərədən danışmaq, səs 
salmaq, kameralarda qaydanı pozmaq, kiminləsə görüşmək, kimdənsə verilən şeyi qəbul etmək, 
məktub göndərmək və almaq. 
Həbs edilənlərə qəzetlər, nizamnamələr, hərbi ədəbiyyat oxumağa icazə verilir. 
Papiros çəkməyə ancaq zabitlərə və gizirlərə (miçmanlara) bunun üçün ayrılmış xüsusi 
yerlərdə icazə verilir. 
Hər bir hauptvaxtda lazımi miqdarda hərbi ədəbiyyat və nizamnamələr olmalıdır. Hauptvaxt 
hər gün təzə qəzetlərlə təchiz edilməlidir. Həbs edilənlərə hərbi ədəbiyyatı və qəzetləri qarovul 
rəisi verir. 
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin 
hauptvaxtda saxlanılması
32. 
Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual 
Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda 
saxlanılırlar.

Yüklə

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin