Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda


səhifə76/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   72   73   74   75   76   77   78   79   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda 
ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydası 
1. Ezamiyyət, yaxud məzuniyyət yerinə gəlmiş hər bir hərbi qulluqçu hərbi komendantlıqda 
(onun olmadığı yerlərdə ən yaxın hərbi komissarlıqda) uçota durmalı, getməzdən qabaq isə 
uçotdan çıxmalıdır. 
Qarnizon hərbi komendantlığı, yaxud hərbi komissarlıq hərbi qulluqçunun olacağı yerdən 
10 kilometrd
ən çox uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota dura (uçotdan 
çıxa) bilər. 
Hərbi hissəyə ezam edilmiş hərbi qulluqçular adətən həmin hərbi hissədə uçota dururlar. 
Uçota alındıqda, yaxud uçotdan çıxarıldıqda, ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət 
biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd gəlmə gününün səhərindən gec 
edilməməlidir. Getmə haqqında qeyd isə getmə günündən əvvəlki gün, yaxud getmə günü 
edilməlidir. 
2. Qarnizona gəlmiş generallar (admirallar), polkovniklər (1-ci dərəcəli kapitanlar) gəlmələri 
və getmələri haqqında qarnizon hərbi komendantına, yaxud hərbi komissara telefonla, ya da 
yazılı xəbər verə bilərlər. Onlar gəlmə və getmə tarixlərini qeyd etdirmək üçün ezamiyyət 
vəsiqələrini, yaxud məzuniyyət biletlərini kuryerlə hərbi komendanta (hərbi komissara) göndərə 
bilərlər. 
Məzuniyyətə gəlmiş generallar (admirallar), zabitlər, gizirlər (miçmanlar) və müddətindən 
artıq xidmət hərbi qulluqçularına qarnizon hərbi komendantlığına (hərbi komissarlığa) mülki 
paltarda gəlməyə icazə verilir. 
3. Ezamiyyətdə, yaxud məzuniyyətdə olan bütün hərbi qulluqçular məzuniyyət biletini, 
yaxud ezamiyyət vəsiqəsini həmişə yanında gəzdirməli, rəislərin və böyüklərin tələbi ilə təqdim 
etməlidirlər. Ünvanını dəyişdirdikdə, ezamiyyət, yaxud məzuniyyətin uzadılmasına icazə aldıqda, 
xəstəlik ya da başqa səbəbdən vaxtında gedə bilmədikdə, hərbi qulluqçular dərhal bu barədə 
qarnizon hərbi komendantlığına, hərbi komissarlığa, yaxud yerli icra hakimiyyətinə (uçotda 
durduqları yerə) xəbər verməlidirlər. 
4. Səfərbərlik elan edildikdə, bütün məzuniyyətdə (xəstəliyə görə verilmiş məzuniyyətdən 
başqa) və ezamiyyətdə olan hərbi qulluqçular tez uçotdan çıxıb, xüsusi sərəncam gözləmədən 
öz xidmət yerlərinə qayıtmalıdırlar. Əgər hərbi hissə özünün əvvəlki yerində olmazsa, onda hərbi 
qulluqçu yaxınlıqdakı hərbi komendantlığa, yaxud hərbi komissarlığa gəlməlidir. Xəstəliyinə görə 
məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər; səhhətinə 
görə gəlməyə imkanı olmayanda, tezliklə bu barədə müalicə edən həkimin arayışını da əlavə 
etməklə yazılı xəbər verməlidirlər. 
5. Ezamiyyətə, yaxud məzuniyyətə gəlmiş hərbi qulluqçuların uçotu üçün qarnizon hərbi 
komendantlığında (hərbi komissarlıqda) aşağıdakı formada hərbi qulluqçuların uçotu kitabı 
ap
arılır. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin