Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə74/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   70   71   72   73   74   75   76   77   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

xvi
[16]
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular 
intizam qaydasında həbs edilənlərdən və tutulub saxlananlardan ayrı saxlanılırlar. Bununla belə, 
məhkum edilmişlər istintaqda olanlardan ayrı, zabit və gizirlər (miçmanlar) əsgər (matros) və 
çavuşlardan ayrı saxlanılırlar. 
32-
1. Tutulmuş və həbs edilmiş hərbi qulluqçuların hauptvaxtlarda hüquqlarının və qanuni 
mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və onların təcrid 
edilməsinə yönəlmiş qaydaları təmin edən rejim müəyyən edilir. Hauptvaxtda rejim bu əlavə və “Həbs 
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan 
Respublikas
ının Qanunu ilə tənzimlənir.
xvii
[17]
33. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi 
qulluqçulara yatmazdan qabaq şinel, döşək, üzlü balış verilir; onlara müəyyən edilmiş yerlərdə 
papiros çəkməyə icazə verilir. 
Tutulmuş və həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan 
Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və 
azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq 
və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.
xviii
[18]
Hauptvaxtın rəisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və “Həbs yerlərində 
saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müvəqqəti saxlama yerlərinin müdiriyyəti üçün müəyyən edilmiş vəzifələri daşıyır.
xix
[19]
34. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi 
qulluqçuların cəza çəkmə yerlərinə göndərilməsinə qədər saxlanması, mühafizəsi və silahlı 


müşayiəti qaydasını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) cinayət prosesini 
həyata keçirən orqanla razılaşıb müəyyən edir. 
35. Hərbi prokurorlar, onların müavinləri və köməkçiləri qanunların yerinə yetirilməsinə 
nəzarət məqsədi ilə, eləcə də cinayət prosesini həyata keçirən orqanların əməkdaşları xidməti 
vəsiqələrini göstərməklə qarnizon hauptvaxtına onun rəisi (hərbi hissə növbətçisi) tərəfindən 
maneəsiz buraxılırlar. Bu barədə qarnizon hauptvaxt rəisi qarnizon hərbi komendantına, hərbi 
hissə hauptvaxtında isə hərbi hissə növbətçisi hərbi hissə qərargahı rəisinə xəbər verir. 
Göstərilən şəxslər müvəqqəti tutulub saxlanmışların kamerasına da elə bu qayda ilə 
buraxılırlar. 

Yüklə

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin