Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Həbs edilənlərin hauptvaxta qəbulu


səhifə70/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   66   67   68   69   70   71   72   73   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Həbs edilənlərin hauptvaxta qəbulu  
13. Həbs edilənlər qarnizon hauptvaxtına hauptvaxt rəisi, o olmadıqda qarovul rəisi 
tərəfindən, hərbi hissə hauptvaxtına isə hərbi hissə növbətçisi tərəfindən qəbul edilirlər. 
14. Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs edilmiş əsgər (matros) və çavuşları qəbul 
edərkən, onlarda olmalı əşyaların olub-olmadığını yoxlayır, şəxsi axtarış aparır, bel qayışını, 
kamerada saxlamağa icazə verilməyən əşyalarını və qiymətli şeylərini, eləcə də bütün xidməti 


sənədlərini saxlamaq üçün alır, həbs kağızında (cinayət prosesini həyata keçirən orqanın 
qərarında) olan və başqa lazımi məlumatları hauptvaxtda saxlananlar kitabına və həbs 
edilənlərin ad siyahısına yazır. 
Həbs kağızında yazılmış əşyaların qarnizon hauptvaxtına göndərilmiş hərbi qulluqçuların 
üstündə olub-olmamasını hauptvaxt rəisi şəxsən həbs edilənin qəbulu haqqında qəbzin 
arxasında qeyd edir və imzalayır. 
Tapılmış xidmət sənədləri müvafiq komandirə göndərilmək üçün qarnizon hərbi 
komendantına (hərbi hissə qərargahı rəisinə) verilir. 
İntizam qaydasında həbs edilənlər şəxsi sənədlərini özlərində saxlayırlar, yaxud saxlamaq 
üçün hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) təhvil verirlər. 
Hauptvaxt rəisi alınmış və qəbul edilmiş əşyaları, sənədləri və pulun məbləğini həbs 
edilənin yanında hauptvaxtda saxlananlar kitabına yazır və onların qəbulu haqqında ona qəbz 
verir, bundan sonra həbs edilmiş şəxs həbs kağızı ilə kameraya salınmaq üçün qarovul rəisinin 
yanına göndərilir. 
  
 
 


Hauptvaxtda saxlananlar kitabı  
199_____il üçün 
 
 
Sıra
№-si
Vəzifəsi, 
hərbi 
rütbəsi, 

Yüklə

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin