Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi


səhifə62/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   58   59   60   61   62   63   64   65   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi
xiii
[13]
333. Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir:
333.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci 
maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi 
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin;
333.2 ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların 
ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş 
ali və baş zabitlərin;
333.3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq 
edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq 
hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin;
333.4. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” 
ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya 
buraxılmış şəxslərin;
333.5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin.
334. Bu Niz
amnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və 
keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir.
335. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimində hərbi ehtiramın 
göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır. Taqım və ondan böyük bölmə 
heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz matəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin 
olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tərkibdə təyin 
edilir:
335.1. əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün - manqa, taqım, yaxud 
bunlara uyğun bölmə;
335.2. zabitləri dəfn etmək üçün – bölük, yaxud buna uyğun bölmə;
335.3. hərbi hissə komandiri vəzifəsində xidmət keçən, habelə ali zabit heyətindən olan və bu 
Nizamnamənin 333.4-cü maddəsində göstərilən şəxsləri dəfn etmək üçün - qarnizon rəisinin 
sərəncamına görə.
336. Fəxri mühafizə dəstəsindən başqa, bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin 
vəfat etdiyi (həlak olduğu) yerin qarnizon rəisinin sərəncamına əsasən aşağıdakı tərkibdə dəfn dəstəsi 
təyin edilir:
336.1. hərbi orkestr;
336.2. cənazəyə fəxri qarovul;
336.3. tabutu (cənazəni) məzara qoymaq üçün çavuşun rəhbərliyi altında 8-10 nəfər silahsız əsgər, 
yaxud matros.
337. Tabutu (cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti ayrılır.
338. Azərbaycan Respublikasının hər bir ordeni bir balışcığa sancılır, medallardan isə hər balışcığa 
bir neçəsi sancıla bilər. Orden və medal sancılmış balışcıqları aparmaq üçün balışcıqların sayına uyğun 
sayda hərbi qulluqçu qarnizon rəisinin əmri ilə təyin olunur. 


339. Tabutun qapağının üstündə mərhumun baş geyimi bərkidilir.
340. Qarnizon hərbi komendantı fəxri mühafizə və dəfn dəstəsinin təyin edildiyi hərbi hissə 
komandirini bu dəstələrin gəlmə yeri, vaxtı və geyim forması haqqında əvvəlcədən xəbərdar edir. Dəfn 
mərasimində iştirak edən generalların, admiralların, zabitlərin, gizirlərin, miçmanların, çavuşların, 
əsgərlərin və matrosların sol qollarında matəm sarğısı olmalıdır.
341. Hərbi ehtiramın göstərilməsi məqsədi ilə cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma 

Yüklə

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin