XIX fəsil.
Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və
abidələrinə əklillər qoyulması
351. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və
abidələrinə Azərbaycan Respublikasının Dövlət bayramları günlərində və Azərbaycan
Respublikası müdafiə nazirinin qərarı ilə başqa günlərdə hərbi hissələrin nümayəndə heyəti
tərəfindən əklillər qoyulur.
352. Bakı şəhərində və «şəhidlər xiyabanı» olan digər yerlərdə dövlət, hökumət və ya hərbi
n
ümayəndə heyəti tərəfindən əklillər qoyulduqda, qarnizon rəisinin sərəncamı ilə qarnizon hərbi
hissələrinin bir və ya bir neçə Döyüş Bayrağı ilə silahlı fəxri qarovul və orkestr təyin edilir.
Fəxri qarovul və orkestr parad, əklil qoymaqda iştirak edən hərbi qulluqçuları isə parad-
bayram geyim formasında olurlar.
353. Abidələrə (məzarlara) əklillər qoymazdan qabaq müəyyən edilmiş vaxtda fəxri
qarovulun tərkibindən oraya bir-iki cüt saatdar qoyulur. Saatdarlar karabinləri «ayaqda»
(avtomatları «döşdə») saxlamaqla «farağat» vəziyyətində dururlar.
Fəxri qarovul (abidənin, yaxud məzarın yerləşməsindən asılı olaraq) abidənin (məzarın)
önündə üzü, yaxud sağ cinahı ona çevrilməklə ikicərgə düzülür, döyüş bayraqları fəxri qarovulun
sağ cinahında qoyulur. Orkestr bayraqlardan sağda düzülür.
354. Əklillə gəlmiş nümayəndə heyəti müəyyən edilmiş yerdə düzülür və fəxri qarovulun
sırası qarşısından keçərək abidəyə (məzara) tərəf gedir. Nümayəndə heyətinin önündə hərbi
komendant, yaxud fəxri qarovulun zabiti gedir. Onun arxasınca iki-üç addımlıqda iki adam bir
əklil tutmaqla əklili gətirənlər və onların arxasınca həmin distansiyada nümayəndə heyəti üç-üç,
dörd-
dörd kolonla gedir. Nümayəndə heyətinin fəxri qarovula çatmasına 40-50 addım qalarkən,
qarovul rəisi karabinlərlə silahlanmış qarovula
Yüklə
Dostları ilə paylaş: