Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


Həbs edilənlərin hauptvaxtdan azad edilməsi


səhifə75/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   71   72   73   74   75   76   77   78   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Həbs edilənlərin hauptvaxtdan azad edilməsi 
36. İntizam qaydasında həbs edilmişlər həbs müddəti qurtardıqdan sonra qarnizon 
hauptvaxtından hauptvaxt rəisi, hərbi hissə hauptvaxtından isə hərbi hissə növbətçisi tərəfindən 
azad edilirlər. 
Bayram və seçki günlərindən əvvəlki gün intizam qaydasında həbs edilmişlər qarnizon 
rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə hauptvaxtdan azad edilirlər. 
37. Qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət prosesini həyata keçirən orqan 
tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular qarnizon hərbi komendantı (hərbi hissə 
qərargahı rəisi), yaxud hauptvaxt rəisi tərəfindən cinayət prosesini həyata keçirən həmin orqanın 
müvafiq qərarına əsasən, habelə onların saxlanılma müddəti başa çatdıqda, dərhal 
hauptvaxtdan azad edilirlər. Saxlanılma müddəti başa çatmış şəxslərin azad edilməsi barədə 
cinayət prosesini həyata keçirən müvafiq orqana məlumat verilir. 
Həbs edilənin həbs müddətinin qurtaracağı gündən bir gün qabaq hauptvaxt rəisi qarovul 
rəisinə həbs edilənin qarnizon hauptvaxtından azad edilməsi haqqında kağız göndərir və həbs 
edilənin azadedilmə vaxtı və onun dalınca nümayəndə göndərilməsi haqqında bölmə (hərbi 
hissə) komandirinə xəbər verir.  
Qarnizon hauptvaxtından azadedilmə kağızı  
Qarovul rəisinə  
Həbsdə olan__________________________________________________________________ 
(hərbi rütbəsi,
____________________________________________________________________________ 
adı, atasının adı və soyadı

___________________________________________________________________azad edin. 
(saat, tarix, ay)
Əsas:________________________________________________________________________ 
(həbs kağızı, qərar, hökm)
____________________________________________________________________________ 
Hauptvaxt rəisi________________________________________________________________ 
(hərbi rütbəsi, imzası) 
M.Y. 
«____»__________________199___il 


38. Qarovul rəisi azadetmə kağızını alıb, həbs ediləni azad edir və onu hauptvaxt rəisinin 
yanına göndərir. Hauptvaxt rəisi hauptvaxtda saxlananlar kitabında və həbs edilənlərin ad 
siya
hısında həbs edilənin azad edilməsi vaxtını qeyd edir. Ona hauptvaxtda saxlananlar 
kitabında qol çəkdirməklə şəxsi əşyalarını, pulunu, sənədini, eləcə də azadedilmə vaxtı qeyd 
olunmuş həbs kağızını öz bölmə (hərbi hissə) komandirinə qaytarmaq üçün verir. Şəxsi 
əşyaların, pulun və sənədlərin qəbulu haqqında əvvəllər həbs edilənə verilmiş qəbz ləğv edilir. 
Azadetmə kağızını qarovul rəisi postlar cədvəlinə əlavə edib təhvil verir. 
39. Hərbi hissə hauptvaxtından həbs ediləni azad etmək üçün hərbi hissə növbətçisi həbs 
edilənin həbs müddəti qurtardıqda həbs kağızında azadedilmə haqqında qeyd edib, onu qarovul 
rəisinə göndərir, həbs edilənin bölmə komandirinə xəbər verir. Qarovul rəisi həbs kağızını alıb 
həbs ediləni azad edir, həbs kağızını isə postlar cədvəlinə əlavə edib təhvil verir. 
40. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxsləri azad 
edərkən, hauptvaxt rəisi (hərbi hissə növbətçisi) onlara qarnizon hərbi komendantının (hərbi 
hissə qərargahı rəisinin) imzası ilə azadedilmənin vaxtı və əsası göstərilən arayış verir. 
Hauptvaxt avadanlığı
41. Qarnizon hauptvaxtı iki bölmədən: əsgərlərin (matrosların) və çavuşların saxlandığı 
ümumi bölmədən, eləcə də zabitlərin və gizirlərin (miçmanların) saxlandığı zabitlər bölməsindən 
ibarət olur. 
Zabitlər üçün bölmə ayrı binada, yaxud ümumi bölmə ilə bir binada, lakin ayrı girişi olmaqla 
yerləşə bilər. 
Hauptvaxtın qarovulla bir binada yerləşdiyi halda həbs edilənlərin qarovul otağından 
keçməsinə qəti yol verilməməlidir. 
42. Hauptvaxtın ümumi bölməsində aşağıdakılar olmalıdır: 
intizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) üçün ümumi kameralar;
intizam qaydasında həbs edilmiş çavuşlar üçün ümumi kameralar;
təkadamlıq kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün 
ümumi və təkadamlıq kameralar;
məhkum edilmiş əsgərlər (matroslar) və çavuşlar üçün ümumi kameralar.
Ümumi kameralarda taxtlar, stollar, skamyalar (kətillər), fəvvarəciyi olan içməli su bakı və 
tüpürcəkqabları olmalıdır. 
43
. Hauptvaxtın zabitlər bölməsində aşağıdakılar olmalıdır: 
intizam qaydasında həbs edilmiş gizirlər (miçmanlar), kiçik zabitlər və baş zabitlər üçün ayrı 
ümumi kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün 
ümumi və təkadamlıq kameralar, məhkum edilmiş zabitlər və habelə gizirlər (miçmanlar) üç ayrı 
ümumi kameralar.


Kameralarda yarıyumşaq taxtlar, stollar, kətillər, şəxsi əşyalar və tualet ləvazimatı üçün 
dolabçalar, su qrafini, altlıqlı stəkanlar, paltarasılanlar və tüpürcəkqabı olmalıdır. 
44. Qarnizon hauptvaxtının aşağıdakı otaqları da olmalıdır: 
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər barəsində 
prosessual hərəkətlərin həyata keçirilməsi üçün otaq;
qarovul otağı;
hauptvaxtın ştatda olan heyəti üçün iş otağı;
xörəyi qızdırmaq, yaxud bişirmək üçün mətbəx və onun köməkçi otaqları;
yeməkxana;
həbs edilənlərin şəxsi əşyalarını saxlamaq üçün stellajları (paltarasılanları) olan anbar;
əl-üz yuma otaqları;
daxili y
a da bayır ayaqyoluları.
45. Hauptvaxt rəisinin otağında stol, iki-üç stul (kətil), taxt, paltarasılan, həbs edilənlərdən 
alınmış sənədləri, pul və qiymətli şeyləri saxlamaq üçün dəmir şkaf, yaxud döşəməyə, ya da 
divara bərkidilmiş dəmir üzlüklü yeşik olmalıdır. 
46. Bütün həbs edilənlər kameraları və ümumi istifadə yerlərinin (əlüzyuma, ayaqyolu 
otaqlarının) pəncərələri dəmir barmaqlıqlı, zərurət olduqda içəridən metal tor çəkilmiş olmalıdır. 
Kameraların qapılarında nəzarət pəncərəsi qoyulur. Hauptvaxt koridorlarında tualet və ayaqqabı 
təmizləmək ləvazimatı, eləcə də şinellər və baş geyimlərini saxlamaq üçün qıfıllanan şkaflar 
olmalıdır. Şkafların açarları qarovul rəisində olmalıdır. 
47. Hər bir hauptvaxtın həbs edilənlərin gəzintisi üçün hündürlüyü 2 metrdən az olmayan 
möhkəm hasarlı həyəti olmalıdır. 


5 saylı əlavə 

Yüklə

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin