Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə83/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   79   80   81   82   83   84   85   86   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarovul itləri ilə mühafizə 
Ümumi müd
dəalar  
1. Qarovul itlərindən obyektlərin mühafizəsini əsasən gecə və pis görmə şəraitində (yağış, 
duman və s.) gücləndirmək üçün istifadə edilir. 
2. Qarovulların dəyişməsinə ancaq qarovul rəisinin xidmət itləri üzrə köməkçisi gəlir. 
3. Qarovul itinin post
da olma müddəti sutkada 12 saatdan çox olmamalıdır. Temperatur —
20
o
S və aşağı olduqda itin postda olma müddəti 6 saata qədər azaldılır, bu barədə qarovul rəisi 
qarovul itləri növbəsi jurnalında və postlar cədvəlində qeyd edir. 
4. Obyektin mühafizəsini gücləndirmək üçün iti çıxarmaqdan ötrü xüsusi hazırlanmış yer 
sahəsinə qarovul itinin postu deyilir. 
5. Qarovul itləri postlarının sayını mühafizə olunan obyektin rəisi müəyyən edir. 
Qarovul iti postları ən qorxulu yollarda xarici hasarlardan (postlardan) 80 metrə qədər 
irəlidə elə qoyulur ki, itdən irəlini atəşə tutmaq mümkün olsun. 
6. Qarovul rəisinin qarovul itləri üzrə köməkçisi itləri postlara qarovul rəisinin göstərişi ilə 
qoyur. O, itləri postlara qoyanda qarovul rəisinin köməkçisi, yaxud müvafiq dəyişdirici onu 
müşayiət edir. Hər bir it təlimçisi mütləq buruntaqda və ikidən çox olmayan it aparır. 
Post avadanlığını yoxlayıb sazlığına əmin olduqdan sonra it təlimçisi zənciri itin döş 
halqasına sancır, onun buruntağını və xalta qayışını açır. 
7. İtləri postlara qoyub qurtardıqdan sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi 
qarovul rəisinə bu barədə məlumat verir. 
8. Saatdardan siqnal alanda, yaxud itin hürməsini eşidəndə, qarovul rəisi qarovul itləri üzrə 
köməkçisini və o postun it təlimçisini dərhal posta vəziyyəti aydınlaşdırmağa göndərir. 
9. Hava işıqlaşanda, yaxud görmə şəraiti yaxşılaşandan (yağışdan, dumandan, qardan) 
sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi qarovul rəisi köməkçisinin, yaxud postların 
müvafiq dəyişdiricisinin müşayiəti ilə posta gedir və öz itlərini postlardan götürüb it damına 
aparır. İtlərin postlardan götürülməsi, yaxud dəyişilməsi barədə qarovul rəisi qarovul itləri üzrə 
köməkçisinə göstəriş verir. 
10. Qarovul itlərinin təlimi və saxlanması qaydaları, eləcə də qarovul itləri postlarının 
hazırlanması, qarovul itlərinin postlarda işinin yoxlanması qaydaları xüsusi təlimatlarla müəyyən 
edilir. 
Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifələri
11. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisi baş it təlimçilərindən təyin edilir. O, 
itlərin postlara vaxtında qoyulması və qarovul heyətinin tərkibinə daxil olan qarovul iti 
təlimçilərinin xidməti üçün cavabdehdir. Qarovulun tərkibinə daxil olan it təlimçiləri ona tabedirlər. 
12. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifəsidir: 
qarovul itləri postlarının yerlərini dəqiq bilmək və itlərin postlara qoyulmasına rəhbərlik 
etmək;


qarovul itlərinin təlimçilərini itlərlə postlara yola salanda təlimçilərin öz vəzifələrini bilib-
bi
lmədiklərini və itlərin ləvazimatının sazlığını yoxlamaq;
itlər postlarda olduğu vaxt bir dəfədən az olmayaraq onları yoxlamaq;
qarovul itlərinin növbə jurnalını aparmaq.
Qarovul itləri təlimçisinin vəzifələri
13. Qarovul itləri təlimçisi qarovul itləri postlarının saz saxlanmasına cavabdehdir. O 
qarovul rəisinə və onun qarovul itləri xidməti üzrə köməkçisinə tabedir. 
14. Qarovul itləri təlimçisinin vəzifəsidir: 
qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin icazəsi olmadan öz bölməsindən 
heç 
yerə getməmək;
qarovul itləri postlarının yerlərini və onlarda xidmət şəraitini bilmək;
öz növbəsinin qarovul itlərini tanımaq və onların özlərini postda necə aparmasını bilmək;
qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin əmri ilə itlərin postlarda davranışını, 
eləcə də postların vəziyyətini yoxlamaq;
postlarda aşkar edilmiş nasazlıqların (trosun, zəncirin qırılması, itin dolaşması) dərhal 
aradan qaldırılması üçün ölçü götürmək.


14 saylı əlavə 
(postlar cədvəlinin 1-ci səhifəsi) 
________
__№-li____________________________qarovulunun 
(qarnizon, daxili) 
__________________________________________________________________________________________ 
(il, ay, gün) 
__________________________________________________________________________ 

Yüklə

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin