Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə79/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   75   76   77   78   79   80   81   82   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Qarovulun geyim forması 
1. Qarovulun geyim forması şinel (yarımkürk), təmiz və saz paltar dəsti, ayaqqabı, baş 
geyimi, bel qay
ışı və maqazinlər (daraqlar) üçün çantadan ibarətdir. 
Post geyimi qışda kürk və keçə çəkmələr, yay vaxtı başlıqlı plaş, yaxud plaş-örtük işlədilir. 
Kürkdən başqa post geyimi hər post üçün iki dəst olmalıdır və bunların bir dəsti qarovul otağında 
saxlanmalıdır. Bunlardan başqa, qarovul otağında qarovul rəisi, onun köməkçisi və 
dəyişdiricilərin hər biri üçün brezent plaş, yaxud plaş-örtük olmalıdır. 
2. Yayda qarovullar dəyişmə yerinə lülələnib çiyindən asılan şinellərlə (zabitlər, gizir və 
miçmanlardan başqa), havanın temperaturu +10 S-dən az olanda, eləcə də soyuq külək əsəndə 
və yağışda şinelləri geymiş gəlirlər. 
İsti vaxtlarda qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) göstərişi ilə 
qarovullar dəyişmə yerinə şinelsiz gələ bilərlər. 
Şineli geymək qaydası dəyişmədə qarovullar növbətçisi tərəfindən, dəyişmədən sonra öz 
təyinat yerinə gedərkən və xidmət vaxtı isə qarovul rəisi tərəfindən dəyişdirilə bilər. 
3. Yayda soyuq küləkdə və yağış vaxtı növbələr postlara şinellərini geymiş göndərilir. 
H
avanın kölgədə temperaturu +15 S-dən çox olduqda növbələrə şinellərini qarovul otağında 
paltarasılanda qoymağa icazə verilir. 
4. Post kürkü ancaq dəyişilmə vaxtı postda çıxardılır və geyilir. 
5. Yağışlı havada növbələr postlara plaşlarda (plaş örtüklərdə) göndərilir. 
Saatdarlar plaşı (plaş-örtüyü) postda lazım gəldikdə çıxardırlar (geyirlər). 
Keçə çəkmələr qarovul otağında geyilir. Kürk və keçə çəkmələrini bayıra havanın 
temperaturu —5
o
S-
dən və aşağı olduqda və soyuq külək əsdikdə geyməyə icazə verilir. 
6. 
Kürk şinelin üstündən, plaş (plaş-örtük) şinelin, yaxud kitelin üstündən geyilir. Çıxarılmış 
kürk və plaşlar (plaş örtüklər) göbələkvari post örtüyü, yaxud budkada (müşahidə qülləsində) 
asılır. 
7. Qızdırılan daxili postların saatdarları temperatur +18 S-dən aşağı olmadığı bütün 
hallarda şinelsiz olmalıdırlar. Postda olduqları vaxt şinel paltarasılanda, yaxud şkafda asılır. 
8. Plaşlar (plaş-örtüklər) və keçə çəkmələr postlardan qayıdan kimi çıxarılır və qurudulur. 


9 saylı əlavə 
____________________________________________________________________________ 
(hərbi hissə, müəssisə)
_________________№-li Qarovulun döyüş patronları ehtiyatının
Uçotu kitabı 

Yüklə

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin