Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən təsdiq edilmiş və
üstündə imzaların əsli olan icazə vərəqələrinin nümunələri, bu və ya digər saxlancları (anbarları,
parkları) açmağa və ya bunlara buraxılmağa ixtiyarı olan vəzifəli şəxslərin siyahısı və möhürlərin
surğuc surətləri (plombların izləri) olan nümunələr qarovul otaqlarında saxlanılmalıdır (11 saylı
əlavə).
113. Xüsusi şəraitdə hərbi obyektlərin mühafizəsi və müdafiəsi üçün qarovul xidməti
Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən əlavə qaydalarla müəyyən edilir.
Dostları ilə paylaş: