VIII fəsil.
Qarovulların təyin edilməsi və hazırlanması
Qarovulların təyin edilməsi
114. Qarovullar cədvəlinə əsasən (1 saylı əlavə) qarnizon qarovulları
qarnizon hərbi
komendantı, daxili qarovullar isə hərbi hissə qərargahı rəisi tərəfindən təyin edilir.
Qarovullar hər sutkada dəyişdirilməlidir. Bir qayda olaraq eyni hərbi qulluqçular ən çoxu iki
sutkadan bir qarovula təyin edilirlər.
115. Obyektlərin vacibliyini, hasarlanmasını və mümkün qədər az saylı saatdarlarla etibarlı
mühafizəsini nəzərə alaraq, onların mühafizəsini və müdafiəsini təşkil etməkdən ötrü qarnizon
rəisinin (hərbi hissə komandirinin) göstərişinə əsasən qarnizon qarovulları cədvəlini qarnizon
hərbi komendantı, daxili qarovullar cədvəlini isə hərbi hissə qərargahı rəisi tərtib edir. Qarovullar
cədvəlini tərtib etməzdən qabaq ərazidə obyektlərin yerləşmə şəraitini öyrənmək lazımdır.
Ordu və mərkəz tabeliyində və öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi üçün
qarovullar cədvəlini hərbi obyektin (anbarın, bazanın) rəisi tərtib edir.
Azərbaycan Respublikasının Daxili Qoşunlarından olan qarovullar qarnizon qarovulları
cədvəlinə daxil edilmir.
116. Qarovullar cədvəli ilə eyni vaxtda hər bir qarovul üçün postların
yerləşmə sxemi,
postlar tabeli (3 saylı əlavə) və qarovul rəisi üçün təlimat tərtib edilir.
Postların yerləşmə sxemində postların və qadağan zonalarının sərhədləri, hasarın növü,
növbələrin və patrulların postlara minik vasitələrində hərəkət marşrutları, saatdarların gündüz və
gecə vaxtı hərəkət marşrutları, səngərlərin, müşahidə qüllələrinin, siqnalizasiya və
yanğınsöndürmə vasitələrinin, qarovul itləri postlarının yerləri, postlara gələn daha çox təhlükəli
yollar göstərilir.
Postlar tabelində hər postda nəyin mühafizə və müdafiə olunması göstərilir. Tabeldə postun
xüsusiyyətini və postda xidmət aparılmasının konkret
şəraitini nəzərə almaqla, saatdarların
vəzifələri, onlara qüllədən müşahidə aparmasına icazə verilən vaxt, kənar şəxslərin posta
buraxılması qadağan edilmiş ən yaxın məsafə, posta, yaxud qonşu postlara basqın və postdan
yanğın vaxtı saatdarların hərəkətləri, onların hansı hallarda silah
işlətməsinə icazə verildiyi
göstərilir.
Təlimatda qarovula tapşırılmış obyektlərin mühafizəsi və müdafiəsi üzrə qarovul rəisinin
xüsusi vəzifələri, gecə vaxtı və pis hava şəraitində mühafizənin gücləndirilməsi barədə, mühafizə
olunan obyek
tlərə basqın edildikdə, yanğın və təbii fəlakət baş verdikdə, döyüş həyəcanı
siqnalları üzrə qarovulun
hərəkətləri barədə göstərişlər, həmçinin döyüş sursatı saxlanan
yeşiklərin açılması qaydası göstərilir.
Postların yerləşmə sxemi, postlar tabeli və qarovul rəisi üçün təlimat qarnizon rəisi (hərbi
hissə komandiri) tərəfindən təsdiq edilir.
117. Qarnizon qarovullarının, həmçinin hərbi məktəblərin daxili qarovullarının cədvəlləri
Baş Qərargah rəisinin, hərbi hissələrin daxili qarovullarının cədvəli
isə birləşmə komandirinin
təsdiqinə verilir.
Hərbi ali məktəblərin daxili qarovullarının cədvəlləri onların rəisləri tərəfindən təsdiq edilir.
Birlik və yaxud mərkəz tabeliyində olan hərbi hissələrin daxili qarovullar cədvəli, həmçinin
belə tabelikdə olmaqla öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi və müdafiəsi üçün
təyin edilən daxili qarovullar cədvəlləri bilavasitə müvafiq rəislərin təsdiqinə verilir.
Cədvələ qarovul postlarının yerləşmə sxemi əlavə olunur.
118. Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) qarovullar cədvəlinə əsasən
hər ay üçün qarovullar naryadı cədvəlini (2 saylı əlavə) tərtib edir və o, qarnizon rəisi (hərbi hissə
komandiri) tərəfindən təsdiq edilir.
Qarovullar naryadı cədvəlindən çıxarışlar, həmçinin postların yerləşmə sxemləri, postlar
tabelləri və qarovul rəisləri üçün təlimatlar qarnizon xidməti aparmağa cəlb edilən bütün qarnizon
hərbi hissələrinə təzə ayın başlanmasına ən geci 10 sutka qalmış göndərilir.
Hərbi hissə qərargahı təzə ayın başlanmasına 5-6 sutka qalmış qarovulların təyin edildiyi
bölmələrin komandirlərinə onların naryada getmə günlərini və qarovulların tərkibini bildirir.
Qarovullar naryadı cədvəlində, postların yerləşmə sxemində və postlar tabelində edilən hər
hansı bir dəyişikliyi qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) vaxtında hərbi
hissələrə (bölmələrə) bildirir.
119. Qarovul rəisi obyektdə beş və daha artıq post olduqda zabitlərdən, yaxud gizirlərdən
(miçmanlardan), ondan az post olduqda isə, çavuşlardan təyin edilir.
Xüsusi əhəmiyyətli obyekti mühafizə edən qarovul rəisi postların sayından asılı olmayaraq,
zabitlərdən və ya gizirlərdən (miçmanlardan) təyin edilir.
Hərbi məktəblərdə postların sayından asılı olmayaraq, qarovul rəisi yuxarı kurs
kursantlarından təyin edilə bilər.
Qarnizon
hauptvaxtında qarovul rəisi həmişə zabitlərdən təyin edilir.
Qarnizon rəisinin (hərbi hissə komandirinin) qərarı ilə qarovula çavuşlardan qarovul rəisi
köməkçisi təyin oluna bilər. Qarovul rəisi köməkçisinin təyin edilmədiyi halda onun vəzifəsini
birinci d
əyişdirici yerinə yetirir.
Qarovulun tərkibində qarovul itləri postları olduqda it bələdçilərinin başçılarından
qarovul
rəisinin qarovul itləri xidməti üzrə köməkçisi təyin edilir (13 saylı əlavə).
120. Qarovulun heyətinə çavuşlardan, baş əsgərlərdən (baş matroslardan) və ya yaxşı
hazırlıqlı əsgərlərdən (matroslardan) dəyişdiricilər təyin edilir.
Postalrın sayından və yerindən asılı olaraq dəyişdiricilərin miqdarı elə hesablanır ki, hər bir
dəyişdirici postlara beş nəfərdən çox saatdar qoymasın, postlara getməyə, saatdarların
dəyişdirilməsinə və qarovul otağına qayıtmasına bir saatdan çox vaxt sərf edilməsin.
Qarovula bir neçə dəyişdirici təyin edildikdə, onlar birinci dəyişdirici, ikinci dəyişdirici və s.
adlanırlar.
Qarovul ancaq bir postu mühafizə edirsə, dəyişdirici təyin edilmir, onun vəzifəsini qarovul
rəisi yerinə yetirir.
121. Qarovul nəfərləri əsgərlərdən (matroslardan) təyin edilirlər. Əsgərlər (matroslar)
çatışmadıqda müddətli xidmət çavuşları qarovul nəfəri təyin oluna bilərlər. Bu halda postun
(p
ostların) bütün növbələri onlardan təşkil edilir və hərbi rütbəsi
qarovul nəfərinin hərbi
rütbəsindən aşağı olmayan hərbi qulluqçu dəyişdirici təyin edilir.
Qarovul nəfərlərinin sayı həmin qarovul üçün təyin edilmiş postların sayından asılıdır.
Postların sutka ərzində mühafizəsi üçün üç növbəli, postlar ancaq gecə (qaranlıq başlanandan
işıqlanana qədər) və ya bu postun anbarlarının, saxlanclarının bağlanmasından açılmasına
qədər mühafizə olunduqda isə iki növbəli saatdarlar təyin edilirlər.
Çıxarıcılar həbs edilənlərin sayından və hauptvaxtdakı ümumi istifadə yerlərinin harada
yerləşməsindən asılı olaraq 10-15 həbs edilənə bir çıxarıcı təyin edilir.
122. Qarovul heyəti, o cümlədən qarovul rəisi naryadın başlanmasına ən geci bir sutka
qalmış, bir qayda olaraq, eyni bölmədən, nadir hallarda isə eyni hərbi hissədən təyin edilir.
Bütün qarnizon qarovulları, bir qayda olaraq, eyni hərbi hissədən təyin edilirlər.
Dostları ilə paylaş: