Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə41/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   37   38   39   40   41   42   43   44   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

DÜZLƏN», «FARAĞAT», 
«Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir. Qarovullar (qarovul) karabinlə 
silahlandıqda isə «Qarovullar — 
DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, qarşıdan) 
qarşılamaq üçün, Qarovula — AL» komandaları verir. Orkestr «Qarşılama marşı» (təbilçilər 
«Səfər marşı») çalır(lar), qarovullar (hərbi hissə) növbətçisi sağ əlini baş geyiminə yapışdıraraq 
sıra addımları ilə rəisə yaxınlaşır, ondan iki-üç addımlıqda dayanıb raport verir, məsələn: 
«Yoldaş polkovnik. Qarovulların (sutkalıq naryadın) dəyişməsi keçirilir. Qarovullar (hərbi 
hissə) növbətçisi mayor Zamanov». Qarovullar (hərbi hissə) növbətçisi raport vermək üçün 
dayandıqda orkestr (təbilçilər) çalmağı kəsirlər. Qarovullar (hərbi hissə) növbətçisi rəisin 
icazəsini aldıqdan sonra: «AZAD», yaxud 
«Ayağa — AL» və sonra «AZAD» komandaları verir 
və öz vəzifəsini yerinə yetirməkdə davam edir. 
Böyük rəisi qarşılamaqdan ötrü dəyişmədə iştirak edən, lakin onun tərkibinə daxil olmayan 
şəxslər orkestrin sağında bir və ya iki cərgədə düzülürlər. 
Qarovulların dəyişilməsi  
204. Yeni qarovul rəisi dəyişmədən sonra dəyişiləcək qarovulun yerləşdiyi yerə gəlib 
qarovulu mühafizə olunan obyektin girəcəyində və ya qarovul otağının qarşısında qarovul rəisi 
üçün təlimatda göstərilən məsafədə saxlayır, özünü dəyişiləcək qarovulun rəisinə təqdim edir və 
ona köhnə parolu bildirir; bundan sonra öz qarovulunu qarovul otağının qarşısındakı 
meydançada üzü ona tərəf düzür. 
205. Köhnə qarovul rəisi ona verilən parolun düzgünlüyünə əmin olduqdan sonra otaqda öz 
köməkçisini və ya dəyişdiricilərdən birini saxlayaraq öz qarovulunu qarovul otağından çıxarır və 
qarovulu meydançada yeni qarovulun qarşısında altı-səkkiz addımlıqda düzür. Düzüldükdən 
sonra qarovul rəisləri yeni qarovul rəisindən başlayaraq növbə ilə «Qarovul — 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin