Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə43/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   39   40   41   42   43   44   45   46   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Birinci növbə 
— DÜZÜL» 
komandası verir. Bu komanda ilə birinci növbənin dəyişdiriciləri və qarovul nəfərləri 
öz silahlarını götürərək, postların nömrələrinə görə sağdan-sola bir cərgə düzülürlər. Özlərində 
möhürlərin (plombların) izləri olan dəyişdiricilər növbələrinin sağ cinahında dayanırlar. 
Köhnə qarovul dəyişdiriciləri yeni qarovulun müvafiq dəyişdiricilərinin yanında və sağ 
tərəfində dururlar. 
Yeni qarovul rəisi dəyişdiricilərin və qarovul nəfərlərinin öz vəzifələrini bilməsini yoxlayır, 
qarovul nəfərlərinin hər postda silah işlətmə qaydasına xüsusi fikir verərək, xidmətin 
xüsusiyyətlərini onlara başa salır, növbəni qarovul otağından çıxarır və silahları doldurmaq üçün 
meydançaya düzüb: 
«Növbə, sağdan bir-bir — DOLDUR» komandası verir. Bu komanda ilə 
hərbi qulluqçular növbə ilə bir addım qabağa ataraq süngünü taxır və silahı doldururlar, qarovul 
rəisi silahın düzgün doldurulmasını yoxlayır (107-ci maddə). Silahı dolduraraq onların hər biri 
məlumat verir: «Silah doldur
ulub və qoruyucuya qoyulub», onu sərbəst «qayışa» vəziyyətinə 
götürür və geriyə addım atır. 
208. Növbə silahları doldurandan sonra yeni qarovul rəisi 
«Növbə, sağa — DÖN», 
«Postlara addımla — MARŞ» komandaları verir. Hər bir dəyişdirici «Növbə, arxamca — 
MA
RŞ» komandası verir və növbəni postlara aparır. 
Birinci növbə qarovul otağından gedəndən sonra qarovul rəisinin köməkçisi qarovulun şəxsi 
heyətindən ehtiyat qrupları təşkil edir və mühafizə olunan obyektlərə, yaxud qarovul otağına 
basqının dəf olunması və yanğın zamanı onun söndürülməsi haqqında onlara tapşırıq verir. 
209. Növbələr postlara bir-bir kolonla gedir və qayıdırlar. Dəyişdirici kolonun önündə gedir. 
Hərbi hissə (birləşmə) Döyüş Bayrağının və abidələrin yanındakı postlara növbələr sıra 
addımları ilə gedirlər. 
Köhnə qarovulun dəyişdiricisi yeni qarovulun dəyişdiricisinin yanında və sol tərəfində gedir. 
Bütün yeni komandalar yeni dəyişdirici tərəfindən verilir. 
Qarovullarda postların sayı çox olduqda, həmçinin onlar bir-birindən və qarovul otağından 
çox uzaqda yerləşdikdə, növbələr postlara qarnizon rəisinin (hərbi hissə komandirinin) bu 
məqsəd üçün ayırdığı maşınlarla aparılıb-gətirilə bilərlər. 
210. Yeni qarovulun birinci növbəsinin axırıncı qarovul nəfəri posta qoyulduqdan sonra 
köhnə qarovul dəyişdiricisi özü kolonun önündə olmaqla dəyişdirilmiş qarovul nəfərlərini qarovul 
otağına aparır. Yeni qarovul dəyişdiricisi köhnə qarovul dəyişdiricisindən solda yeriyir. 
Bütün komandalar köhnə qarovul dəyişdiricisi tərəfindən verilir. 
211. Qarovul növbələri postlara gedərkən və postlardan gələrkən Azərbaycan Respublikası 
Silahlı Qüvvələrinin Sıra nizamnaməsinə müvafiq əsgəri qaydada salamlaşırlar. 
212. Qarovul dəyişdirildiyi zaman yeni qarovul rəisi köhnə qarovul rəisi ilə birlikdə qarovul 
rəisi üçün təlimatda göstərilən, mühafizə olunan daha vacib obyektlərin vəziyyətini, onların 
işıqlandırılmasını, hasarların, səngərlərin sazlığını, qarovul otağının və hauptvaxtın vəziyyətini 
gəzib gözdən keçirməklə yoxlayır. Bundan sonra ondan siyahı ilə sənədləri, möhürləri və açarları 


ilə birlikdə döyüş sursatı saxlanan yeşikləri, mühafizə olunan obyektləri açmaq üçün icazə 
vərəqələrinin nümunələrini, həmçinin rabitə və siqnalizasiya vasitələrini qəbul edir. 
213. Postlardan qayıdan kimi silahlar 106-cı maddədə göstərilən qaydada boşaldılır. 
Silahları əvvəlcə hər iki qarovulun dəyişdiriciləri boşaldırlar, sonra köhnə qarovul dəyişdiricisi 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin