2016-cı il ərzində ölkənin qeyri-neft sahəsinə BXİ ən çoxİsveçrədən daxil olmuşdur: 370.5 mln. dollar miqdarında. Bu həm də 2000-2017-ci illər ərzində İsveçrədən Azərbaycanın qeyri-neft sahəsinə daxil edilən ümumi investisiyanın 60.2%-idir. 2016-cı ildə ölkəmizə daxil edilən Birbaşa Xarici İnvestisiyada Rusiya 363.2 mln. dollar ilə ikinci olmuşdur. 2000-2017-ci illər ərzində Rusiyadan Azərbaycanın qeyri-neft ahəsinə daxil edilən BXİ-nin 71.6%-i son 2 ilin payına düşür.(30)