1.2.1 Portfel Xarici İnvestisiya Qoyuluşları (Dolayı Yatırımlar)
Qlobal portfel investisiyaları daha qısa müddətli investisiyalar olub, dövriyyə sürəti kifayət qədər çoxdur. Ayrıca birbaşa xarici investisiyanın getdiyi ölkədə uzun müddətli şəkildə qalması, bu investisiyaları uzun müddətli real formalı faiz dərəcələrinə həssas hala çatdırmaqdadır. Lakin, qlobal portfel investisiyaları daha qısa müddətli faiz dərəcələrinin çoxluğundan və ya divident gəlirlərindən pozitiv yöndə təsirlənməkdədir. Qlobal portfel investisiyalarında xarici investorun kapital töhfəsi mövcuddur.
Qlobal portfel investisiyalarında yığım sahibi və hüquqi şəxs olan firma ola biləcəyi kimi, çox gerçək şəxsdir və yaxud da bir şəxsin qərarlarına ifrat şəkildə bağlı olan gerçək şəxs. İnkişaf etməkdə olan dövlət üçün dolaylı, yeni rifah və məşğulluq yaradaraq, həmin ölkənin iqtisadi inkişafına yardımçı ola bilən qlobal portfel investisiya hüquqi statusundakı investisiya fondlarıdır və həmçinin, spekulyativ olan qərarların təməlini təşkil etməkdədir.
Qlobal portfel investisiyaları hüquqi tənzimləmələrdən təsirlənməklə bərabər, bunların ana pul və gəlirlərinin geri ödənmə şərtləri öncədən məlumdur. Çünki bu cür investisiyalar əsasən müddətli əməliyyat sözləşmələri çərçivəsində gerçəkləşdirilməkdədir.
Dostları ilə paylaş: |