Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti


I FƏSİL. XARİCİ İNVESTİSİYALAR VƏ ONLARIN İQTİSADİYYATDA ROLU



Yüklə 0,66 Mb.
səhifə5/16
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#41017
1   2   3   4   5   6   7   8   9   ...   16
mamverdiyev-Behbud

I FƏSİL. XARİCİ İNVESTİSİYALAR VƏ ONLARIN İQTİSADİYYATDA ROLU

    1. İnvestisiyalar

İnvestisiyalar - gəlir və yaxud sosial səmərə əldə etmək üçün sahibkarlıq və başqa fəaliyyət növləri obyektlərinə qoyulmuş olan maliyyə vəsaitindən, həmçinin, intellektual və maddi sərvətlərdən ibarətdir. Bunlara məqsədli bank əmanətləri, pul vəsaiti, kreditlər, paylar, digər qiymətli kağızlar, səhmlər və s. daxildir. 
İnvestisiya fəaliyyəti dedikdə, investorların investisiya qoyuluşu, onun reallaşdırılması ilə bağlı bütün hərəkətlərin məcmusu başa düşülür. Maliyyə aktivlərinə qoyulan investisiya qoyuluşu qiymətli kağızlara, həmçinin, digər maliyyə aktivlərinə qoyuluşları əks etdirir. Onlar xarici və ölkə maliyyə aktivlərinə investisiyaları birləşdirir. 

İnvestisiya ümumi daxili məhsulun tərkibində bir component kimi çıxış edir və hər bir cəmiyyətdə iqtisadi yüksəlişə və inkişafa nail olmaq və milli sərvətin artırılmasını təmin etmək üçün zəruridir. Belə ki, makroiqtisadi məşğulluq və tarazlığın müəyyən səviyyəsi iqtisadiyyata qoyulan investisiyanın həcmi ilə bağlıdır. Hər bir dövlətin ivestisiya qoyuluşunu artırmağa və bunun da nəticəsində ÜDM və milli gəliri artırmağa çalışır. Cəmiyyət miqyasında iqtisadi inkişafı normal davam etdirmək üçün əldə olunan gəlirin bir qismi yenidən istehsala yönəldilməlidir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ÜDM-da investisiya qoyuluşlarının xüsusi çəkisi 45-55% ətrafında tərəddüd edir. Buna görə də, ölkənin iqtisadi inkişaf səviyyəsi investisiya qoyuluşlarına ayrılan vəsaitlərin xüsusi çəkisi ilə müəyyən olunur. İnvestisiya qoyuluşları çox olan ölkələrdə inkişaf səviyyəsi də yüksək olur. 

Müasir iqtisadi ədəbiyyatlarda investisiya qoyuluşlarının səviyyəsini və həcmini şərtləndirən bir sıra amillər. Müvafiq amillərdən asılı olaraq investisiya qoyuluşlarının çəkisi aşağı və yuxrı ola bilər. Həmin amillərə işsizlik səviyyəsi, istehsalın səviyyəsinin aşağı düşməsi və b. aiddir. Ümumilikdə reallaşdırılan investisiya qoyuluşları istehsalın həcminin artmasını təmin etməlidir. Qeyd edilən məqam investisiya qoyuluşu ilə bağlı tətbiq olunan yeni avadanlıq və texnologiyaların, həm texniki, həm də iqtisadi cəhətdən səmərəli olmasını şərtl əndirir. Bu baxımdan, investisiya qoyuluşları əsas ən aşağıdakı istiqamətlərdə həyata keçirilir: 

- əsas fondların geniş təkrar istehsalına investisiyalar. Bu istiqamətdə reallaşdırılan investisiyalara capital qoyuluşları da deyilir ki, о da özlüyündə bir neçə yerə bölünürü: yeni tikinti xərcləri, bərpa xərcləri və s. 

- dövriyyə fondlarına investisiyalar. Buraya xammal, material və s. istiqamətində yönəldilən vəsaitlər daxildir. 

İnvestisiya xərcləri iqtisadiyyatda capital artımını təmin edən və həmçinin, məhsul bolluğu yaradan xərclərdir. Bununla yanaşı investisiya xərcləri məşğullu və milli gəlirlə birbaşa əlaqədardır. Bu əlaqə düz mütənasibdir. Yəni iqtisadiyyatda investisiya qoyuluşu həyata keçirən zaman məşğullu və milli gəlir səviyyəsi yüksəlir. Yığım isə investisiya artımının tərsidir. 



Yığım əldə olunan mənfəətin bir hissəsinin ehtiyat kimi toplanmasını ifadə edirsə, investisiya əldə olunan vəsaitlərin istehsala qoyulmasını və istifadəsini ifadə edir. Hər bir dövlətdə müxtəlif sosial xarakterli problemlər meydana gəlir. Məşğulluq bu problemlərin içərisində ən qabarıq müşahidə olunanıdır. Belə ki, xüsusilə keçid dövründə bu problem daha kəskin xarakter alır və onun təmini dövlət səviyyəsində zərurətə çevrilir. Bu baxımdan həyata keçirilən investisiya qoyuluşlarının müsbət nəticələrindən biri də məşğulluq probleminin həlli ilə bağlıdır. Başqa sözlə desək, investisiya qoyuluşlarında son məqsəd maksimum mənfəət əldə etməkdirsə, ona nail olmağın başlıca vasitəsi məşğulluq problemini müəyyən mənada tənzimləməkdir.

Daha dəqiq ifadə etmiş olsaq investisiya qoyuluşunun bu problemin həllində rolu ondan ibarətdir ki, həyata keçirilən yeni investisiya qoyuluşları, iş qüvvəsinə olan tələbiləri zəruri hala çevirir. Ancaq bir cəhəti də qeyd etmək lazımdır ki, müəyyən texniki vərdişlərə və qabiliyyətə malik olan əmək qabiliyyətli insanların dövrün tələbinə cavab verə bilməməsi işlə təmin olunmada müəyyən çətinliklər yaradır. Buna baxmayaraq investisiya qoyuluşu son nəticədə məşğulluq probleminin həllinə müsbət təsir göstərir. 

Qeyd etmək lazımdır ki, cəmiyyətin tələbatından asılı olaraq istehsalın getdikcə genişləndirilməsi və iqtisadiyyatda yeni struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya qoyuluşlarının həcmindən xeyli asılıdır. İnvestisiya qoyuluşları sosial-iqtisadi inkişafın əsas makroiqtisadi göstəricilərinin çoxaldılmasına, əhalinin maddi-mənəvi həyatının yaxşılaşdırılmasına ümumilikdə iqtisadiyyatın artım tempinə öz təsirini göstərir. Bu baxımdan ÜDM-un strukturunda aparıcı sahələrin rolu nun getdikcə artırılması məqsədəuyğundur. İnvestisiya qoyuluşunun məqsədlərindən biri də maddi istehsal sahələrində proporsionallığı təmin etməkdən ibarətdir. İnkişaf etmiş dövlətlərin təcrübəsinə əsasən deyə bilərik ki, ÜDM-un təxminən 65 %-dən çoxu sənaye və kənd təsərrüfanın payına düşür.

Respublikamızda isə bu göstəricilər o qədər də qənaətbəxş deyildir. Bu baxımdan ölkədə həyata keçirilən investisiya qoyuluşlarının strukturunda uyğun və müvafiq olaraq dəyişikliklərin aparılması məqsədəuyğun olardı. Belə ki, sənaye istehsalında neft-qaz hasilatı ilə yanaşı olaraq, onun digər sahələrinin, həmçinin aqrar sektorun sürətli inkişafını təmin etmək məqsədilə investisiya qoyuluşlarının yönəldilməsi məqsədəuyğun olardı. İnvestisiya ilə mühüm makroiqtisadi göstərici olan ÜDM arasında da qarşılıqlı əlaqə mövcuddur. (6;45) 

Belə ki, iqtisadi ədəbiyyatlarda tez-tez rast gəlinən investisiya multipikatoru anlayışı, məhz investisiya qoyuluşlarının artımı ilə ÜDM-un artımı arasındakı əlaqəni xarakterizə edir. C.M.Keynsə görə multipikator investisiyanın həcminin dəyişilməsindən asılı olaraq olaraq, ÜDM-in dəyişkənliyini göstərən bir əmsaldır. Yəni, Multupikatpr (M) = ∆ ÜDM/ ∆ İnvestisiya. (3;3) Buradan aydın olur ki, investisiya ilə ÜDM arasında mütənasiblik vardır. Belə ki, investisiyanın artması nəticəsində ÜDM da artır. Yuxarıda qeyd olunanlar bird aha sübut edir ki, investisiya qoyuluşlarının iqtisadi inkişafda rolu danılmazdır. İqtisadiyyatda iqtisadi inkişaf naminə reallaşdırılan investisiyalar dövlətin önəmli hissəsi büdcə hesabına maliyyələşdirildiyind ən, vergi gəlirlərinin artımı investisiya xərclərinin artımı üçün zəmin yaradır. Keçid dövründə baş verən dəyişikliklərə uyğun olaraq sosial infrastrukturun tənzimlənməsində də dövlətin rolu və funksiyası genişdir. Sosial infrastruktir obyektlərinin təkmilləşdirilməsi və onların daha da inkişaf etdirilməsində investisiya qoyuluşlarının rolu texnologiyaların cəlb olunmasında özünü göstərir. Yeni texnologiyalar tətbiq olunan məkanda mahiyyət baxımından yeni olan vərdişlərin əmələ gəlməsi əhalinin intellektual səviyyəsinin yüksəldilməsində müsbət rol oynayır.

Həm də yeni texnologiyaların külli miqdarda vəsait tələb etməsi onların müxtəlif mənbələr hesabına investisiya dormasında reallaşdırılması dövlət üçün daha məqsədəuyğun varianta çevrilmiş olur. Beləliklə, investisiya qoyuluşu iqtisadi, həmçinin, sosial problemlərin həlli tərəfindən də əlverişli bir vasitədir. Bu baxımdan, milli iqtisadiyyatın formalaşmasında və onun inkişafında investisiyalar mühüm rola malikdir. Onların məhdudluğu isə həyata keçirilən investisiya qoyuluşlarından daha səmərəli istifadəni şərtləndirir. 



İnvestisiyanın əsasən aşağıdakı üç növü fərqləndirilir: 

-Real - Birbaşa olaraq müxtəlif şəkildə real kapital alışı anlaşılır. Məsələn, əsas fondların təmir edilməsi, qeyri-maddi aktivlərə olan qoyuluşlar, maddi aktivlərin alışları 

-Maliyyə - dolayı formada kapitalın maliyyə aktivi ilə alışı. Səhm, opsion, istiqraz və digərləri qiymətli kağızlar alqısı ilə əlaqədardır. 
Maliyyə vasitəçilərin xarakterindən asılı şəkildə qiymətli kağızlar bazarlarının üç modeli vardır: 

Qeyri-bank modeli (ABŞ) – burada vasitəçilər qismində qiymətli kağızlara əsasən qeyri - bank təşkilatlar iştirak edirlər;

Bank modeli (Almaniya) – burada vasitəçilər qismində banklar iştirak edir; 

Qarışıq model (Yaponiya) – burada vasitəçilər qismində banklar, həmçinin, qeyri - bank təşkilatları iştirak edirlər. 

-Spekulyativ - Aktivlərin sadəcə mümkün olan qiymət dəyişikliyinə əsasən əldə olunması. Məsələn, valyuta, qiymətli kağız, qiymətli metal alışları 

Müddət baxımından investisiya 2 cür olur: Qısamüddətli (1 ilə qədər) və ortamüddətli (1-3 ilə kimi), uzunmüddətli (3 ildən daha çox) 

Mülkiyyət tərəfdən investisiya resurslarının formaları aşağıdakılardır: 

1. Ozel;

2. Əcnəbi;

3. Dovlət; 

4. Qarışıq 

Təcrübədə investisiyanın cəlb olunması üçün ölkələrdə xüsusi formada iqtisadi zonalar təsis edilir. 

İnvestorlar investisiya fəaliyyətləri zamanında iki başlıca amili nəzərə alırlar: Bunlar aşağıdakılardır:

-Gəlir;

-Risk. 

Birbaşa formada, yüksək riskə sahib investisiya qoyuluşları yüksək mənfəət gətirmək qabiliyyətinə sahibdir. Bunun əks forması da doğrudur. Buna əsasən deyə bilərik ki, investorlar bu və ya başqa yolları seçirlər. 

İnvestisiya qoyuluşlarında meydana çıxan risklər aşağıdakı yeddi mənbədən əmələ gəlir: 

Qanunvericilik, sosial vəziyyət, siyası hakimiyyət, iqtisadi vəziyyət, ictimai təhlükəsizlik, maliyyə fəaliyyəti, ekoloji durum. 

    1. Bazar iqtisadiyyatı şəraitində xarici investisiyalar

Hər bir kapital müəyyən ərazidə öz inkişafının ən pik həddinə çatdığı zaman daha geniş iqtisadi effektivlik və dövriyyə vəd verən xarici ərazilərə doğru meyl edir. Xarici ərazidə kapitalın, yaxud da investisiyanın müəyyən problemləri əmələ gəlir. Xarici investisiya münasibətlərinə xarakterik xüsusiyyət olaraq kapitalın transsərhəd hərəkəti onun ərazisindən çıxması xarici yurisdiksiyada təminatlandırma prosesini tələb edirdi. 

İnvestisiya münasibətləri tarixinin tətbiq edilməsi, inkişafının öyrənilməsi investisiyanın beynəlxalq dərəcədə hüquqi tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə sahibdir. 

Xüsusilə, xarici investisiyaya daha çox zərurət duyan, inkişafda olan ölkələr bu sahədə öz siyasətlərini qurduqları zaman investisiya münasibətlərinin inkişafının ciddi şəkildə araşdırılmasına xüsusi diqqət göstərirlər. Xarici investisiya münasibətlərinin təzahür etməsi XII əsr Avropa ölkələrinin şəhər dövlətlərinə təsadüf olur. 

Xarici investisiya münasibətlərinin sonrakı inkişaf mərhələsi dəniz ticarətinin və yeni maliyyə mühasibat sisteminin, səhmdarlar cəmiyyətinin çiçəklənməsi dövrünə təsadüf edir. 



Hazırki vəziyyətdə İEOÖ-in ən təməl problemlərindən biri iqtisaadi böyüməni təmin etmək üçün lazım olan sərmayə gücünə sahib olmamalarıdır. İqtisadi böyümənin ən önəmli göstəricilərindən biri yatırımlardır. Bu cəhətdən yetərsiz olan ölkələr isə sərmayə ehtiyacını xarici investisiyalarla aradan qaldırmağa çalışırlar. Artıq ikinci dünya müharibəsi illərindən sonra kapital birikiminin davamlı olaraq artması, artıq yeni sahələrə, sektorlara olan marağı artırmışdı. Bunun nəticəsi olaraq isə inkaşaf etməkdə olan ölkələrdə investisiya qoyuliuşları artmağa başlamışdı. 

Müəssisələrin səhmdar cəmiyyətinə çevrilməsi də bu vaxt yaranır. Metropoliyanın iri ticarət kompaniyaları mənsub olduğu dövlətin siyasi formalı rejimini müstəmləkələrə doğru “gətirməyə” başlayırlar. Asılı olan ölkələrin qanunverici orqanlarına təsir göstərməklə daha əlverişli və imtiyazlı investisiya rejimləri qazanırlar. Müstəmləkələr xarici investorlar üçün yetərincə təminat verdiklərinə görə bu vaxt xarici investisiyaların müdafiəsini ehtiva edəcək müstəqil təminat sisteminə də vaciblik yox idi. Müstəmləkə asılılığında olmayan, həmçinin, müstəqil investisiya siyasəti aparan dövlətlərə kapital qoyuluşu vaxtı investorun mənsub olduğu dövlət investoru qeyri-kommersiya riskləriylə əlaqədar daha da geniş investisiya fəaliyyətindən çəkindirirdi. 



Xarici investisiyalar iki qrupa bölünür: 

-Qlobal portfel investisiyaları; 

-Birbaşa xarici kapital investisiyaları 

Bu investisiya növlərini bir‐birindən ayırmaq məqsədilə müxtəlif təsnifatlara toxunulmaqdadır. Bu cür təsnifatlar, ölkə iqtisadiyyatının stabilliyini daha yaxından maraqlandıran zaman baxımından edilə biləcəyi ilə yanaşı, xarici ölkəyə daxil edilən kapitalın sahibliyi tərəfdən də edilə bilər.(8;23) Bu fərqlər kapitalın hüquqi statusuna, keyfiyyətinə, mobilliyə, mənfəət transferinə görə də aparıla bilər.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin