Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş


Fiziki kəmiyyətin vahidinin əks etdirilməsi



Yüklə 39,93 Kb.
səhifə6/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

Fiziki kəmiyyətin vahidinin əks etdirilməsi ;

Fiziki kəmiyyətin ən yüksək dəqiqliklə dövlət etalonu, yaxud ilkin nümunəvi ölçmə vasitələrinin köməyi ilə maddiləşdirilməsi üçün lazım olan əməliyyatların cəminə deyilir. Fiziki kəmiyyətlərin vahidlərinin əks etdirilməsi, əsas və törəmə kəmiyyətlərin vahidlərinin əks etdirilməsinə ayrılırlar.



Əsas vahidin əks etdirilməsi ;

Vahidin təyininə uyğun, fiziki kəmiyyətin ölçüsünə görə təsbit edilməsi yolu ilə əks etdirilməsinə deyilir. Bu ilkin dövlət etalonlarının köməyi ilə həyata kecirilir. Məsələn: kütlə vahidi 1 kiloqram tərkibi 90 faiz platindən, 10 faiz iridiumdan ibarət olan xəlitədən hazırlanmış, diametri və hündürlüyü təqribən eyni olan (30mm-ə yaxın) silindirdir. Bu silindir Beynəxalqçəki və ölçü bürosunda kiloqramın beynəlxalq etalonu kimi saxlanılır. Başqa ölkələrə paylanılan etalonlar 1kq nominal çəkiyə malikdirlər. Ölkə etalonları müəyyən dövrdən sonra beynəlxalq etalonla tutuşdurulur. Məsələn: 1979-ci il tutuşdurulmasına görə Rusiya Federasiyasının 1 kq-lıq çəki etalonu 1,000000087 kq-a bərabərdir. Törəmə vahidinin əks etdirilməsi-ölçülən kəmiyyətlə funksional əlaqəsi olan başqa kəmiyyətlərin dolayısı ilə ölçülməsi əsasında fiziki kəmiyyətin göstərilən vahidlərdə qiymətlərinin təyin edilməsinə deyilir. Məsələn: qüvvə vahidi-nyutonun əks etdirilməsi mexanikanın məlum F=mg tənliyi əsasında həyata kecirilir. Burada m -kütlə; g - sərbəst düşmə təcilidir.




Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin