Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş



Yüklə 39,93 Kb.
səhifə7/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

Vahidin ölçüsünün ötürülməsi:

Yoxlama, ölçmə vasitəsi ilə saxlanılan vahidin ölçüsunun, yoxlama, yaxud kalibrləmə zamanı əks etdirən, yaxud etalonla saxlanılan vahidin ölçüsünə gətirilməsinə deyilir. Vahidin ölçüləri “aşağıdan-yuxarıya”, daha dəqiq ölçmə vasitələrindən, aşağı dəqiqliyə malik ölçmə vasitələrinə ötürülür.



  • Vahid vaxt; Ölçülərini və tezliyi beynəlxalq vahidlər sistemində əks etdirmək üçün təyin edilmiş, tezliyin metroloji sezium reperləri;



  • Vahid vaxt ölçülərini və tezliyi saxlamaq üçün təyin edilmiş, eyni zamanda vaxt şkalasının saxlayıcısı funksiyasını yerinə yetirən tezliyin hidrogen standartı hidrogen reperlərdən istifadə etalonların sabitliyini artırmağa imkan verir. Hal-hazırda 100 saniyədən bir neçə günə (sutkaya) qədər vaxt müddətində bu göstərici (1-5) ∙ 10-14 -dən artıq olmur.



  • Vaxt şkalasının saxlanması üçün təyin edilmiş kvant saatları qrupu. Kvant saatları – vaxtın ölçülməsi üçün istifadə olunan quruluşlardır. Onların tərkibinə tezliyi kvars rezenatorları vasitəsilə sabitləşdirən və tezliyi kvant standartları ilə idarə edən generator daxildir;



  • Tezlik vahidinin ölçülərini optik diapozona ötürmək üçün aparatlar. Onlar sinxronlaşdırılmış lazerlər qrupundan və çox yüksək tezlikli generatorlardan ibarət olurlar;





  • Təminat vasitələri aparatları. Etalonla əks etdirilən vaxt intervallarının qiymətlərinin diapozonu 1 ∙ 10-10 – 1 ∙ 108S, tezliyin qiymətlərinin diapozonu isə 1-1 ∙ 1014 Hs – dir. Vaxt vahidinin əks etdirilməsi ölçmənin nəticələri-nin orta kvadratik sapması ilə təmin edilir və bu üç ay ərzində 1∙10-14 dən, çıxarılmayan sistematik xətalar isə 5∙1014- dən çox olmur. Etalonun tezliyinin qeyri sabitliyi 1000 s-dən 10 günə (sutka) qədər vaxt intervalında 5 ∙ 10-15 saniyəni keçmir.

Metr, etalonun qəbul edilmiş ilk vahidlərindən biridir. Metrik sistem qəbul edilərkən, ilk metr etalonu kimi Paris meridianının uzunluğunun dörddə birinin on milyonda bir hissəsi qəbul edilmişdir. Onun ölçülməsi əsasında 1799-cu ildə uc ölçüsü (Arxiv metri) şəklində platindən metr etalonu hazırlandı. Bu etalon eni 25 mm, qalınlığı 4 mm, kənarları arasındakı məsafə 1 metr olan xətkeş idi. XX əsrin ortalarına qədər qəbul edilmiş etalonun dəfələrlə dəqiqləşdirilməsi aparılmışdır. Məsələn: 1889-cu ildə platin və iridium ərintisindən hazırlanmış, ştrixlənmiş ölçü şəklində olan etalon qəbul edilmişdir. O, uzunluğu 102 sm, eninə kəsikdə forması tərəfləri 20mm-ə bərabər kvadratın içərisinə cızılmış X hərfi şəklində olan, platiniridiumdan hazırlanmış çubuqdur.

Metrin platiniridium prototipi 0,1 – 0,2 mkm-dən artıq dəqiqlyi təmin edə bilmirdi. Uzunluq etalonunun dəqiqliyinin artırılmasına verilən tələblər, həmçinin, təbii və dağılmayan etalonların yaradılmasının vacibliyi, yeni etalonların qəbul edilməsini gündəmə gətirdi. Buna görə 1960-cı ildə uzunluq vahidi etalonu kimi, vakuumda işıq şüalarının dalğa uzunluğunun 1650763,73-nə bərabər olan metr təsdiq edilmişdir və bu kripton – 86 atomunun 2p10 və 5d5 səviyyələri arasındakı keçidə bərabərdir. Bu etalon müəyyən metroloji laboratoriyalarda istifadə oluna bilərdi və onun dəqiqliyi platiniridium etalonundan xeyli yüksək idi. Sonrakı tədqiqatlar daha dəqiq metr etalonu yaratmağa imkan verdi. 1983-cü ildə ölçü və çəkilərin XVII Baş Konfransında uzunluq vahidinin yeni anlayışı işığın vakuumda, saniyənin 299792458 1 hissə- Sində keçdiyi yolun uzunluğu – metr qəbul edildi. Metrin bu anlayışı 1985-ci ilin dekabrında vaxt və tezlik etalonları təsdiq edilikdən sonra qanuni qüvvəyə mindi. Mexanikada digər mühüm əsas kəmiyyət kiloqramdır. Ölçülərin metrik sisteminin təşəkkül tapması dövründə kütlənin vahidi kimi on kub destimetr təmiz suyun ən böyük sıxlığı temperaturunda (40S) kütləsi qəbul edilmişdir. Kiloqramın ilk prototipi tərkibi platin (90%) və iridiumdan (10%) ibarət olan xəlitədən hazırlanmış, diametri və hündürlüyü təqribən eyni olan (30 mm-ə yaxın) silindrdir.




Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin