Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş



Yüklə 39,93 Kb.
səhifə1/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
  1   2   3   4   5   6   7   8   9   10
xanımmetro


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində

Qida Sənayesi Kolleci

Sərbəst iş

Qrup : ƏE-120

Fakültə : Qida ekspertizası

İxtisas : Əmtəəşünaslıq və istehlak mallarının eskpertizası

Fənn : Metrologiya ve metroloji təminat

Mövzu : Ölçü vahidləri

Müəllim :Nəbiyeva Səbinə

Tələbə : Xanım Mustafayeva



QƏDİM ÖLÇÜ VAHİDLƏRİ

Ölçü vasitələri insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Metrik ölçü vahidləri kəşf olunmazdan əvvəl qədimdə insanlar müxtəlif uzunluq ölçü vasitələrindən istifadə ediblər. Nisbətən kiçik ölçü vahidlərindən biri qarış idi. İndinin özündə də çox dəqiqlik tələb olunmayan yerlərdə qarışdan istifadə edilir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir. Bu da təqribən 20 sm-ə bərabərdir. Xalq arasında geniş yayılmış digər ölçü vahidi addım adlanır. Bu vahid normal yerişlə gedən adamın bir addımının uzunluğunu bildirir. Bu isə təxminən 60 sm-ə bərabərdir. Yəqin ki, ağac sözünün mənasını bilirsiniz. Bu söz qədimdə yalnız bitki mənasında deyil, həm də uzunluq ölçü vahidi mənasında işlənib. Nağıllarda bu sözə tez-tez rast gəlmək olar (“Şəhərin iki ağaclığında çadır qurdu”). Bir ağac dedikdə 12000 addım nəzərdə tutulurdu ki, bu da təxminən 7 kilometrə bərabər idi. Qədim dövrdə qulac (“qol” və “aç” sözlərindən əmələ gəlmişdir) deyilən ölçü vahidindən də istifadə olunub. Bu sözə bədii ədəbiyyatda, xüsusilə poeziyada tez-tez rast gəlinir (Qulac qollarımı gərrəm, Meydanda hünər göstərrəm).



Müxtəlif ölçü vahidlərinin nə zaman meydana gəldiyi elmə məlum deyil. Lakin insanların həyat şəraiti ölçü işləri aparılmasını zəruri edirdi. Güman edilir ki, uzunluq ölçü vahidlərindən istifadə tarixi digərlərindən daha qədimdir. Uzunluq ölçülərini təyin etmək üçün insanlar hərəkətləri və ona kömək edən bədən üzvləri ilə bağlı məqamlardan istifadə ediblər. Ölçü vahidlərinin adları da bunu təsdiq edir. Məsələn, addım, qarış, qulac (qolaç), dirsək, ayaq, barmaq, arşın və sair. Bu gün də hər hansı məsafənin ölçülməsində addımdan istifadə edilir. Dilimizdə bu söz tez-tez eşidilir: “Nə var ki, iki addımlıq yoldur”. Bəzi mənbələrdə addımın bir metrə olduğunu qeyd edirlər. Ancaq adətən normal yerişdə hər addım 70 santimetrə bərabər olur. Addıma “qədəm” də deyirlər. Gələn qonağı əzizləyəndə “qədəmlərin mübarək” ifadəsi işlədilir. Qədəm həm də sabit yeriş deməkdir. Xüsusən atlarda “yorğa”, “qədəm” yerişlər fərqləndirilir.

Qulac ölçü vahidindən də geniş istifadə edilib. Bunun mənasının “qolaç” olduğunu söyləyirlər. Yanlara açılmış qolların barmaqlarının ucundan olan məsafədir. Adətən 1,5 metrə bərabər hesab edilir. Həm də “uzun” mənasında işlədilir. Bədii ədəbiyyatda saçın uzunluğuna işarə edilir. Qarış geniş yayılan, qədim olduğu qədər də müasir olan ölçü vahididir. İnsan əlinin açılmış vəziyyətdə baş barmaqla kiçik barmağın ucuna qədər olan məsafəsi qarışdır. Leksionumuzda tez-tez işlədilən bu söz həm də məcazi mənada az miqdarı göstərmək üçün işlənir. “Bir qarış torpaq”, “Bir qarış boyu var” və sair. “Azərbaycan etnoqrafiyası” kitabında (III cild) hələ qədim şumerlərin yaratdıqları “Əkinçinin təqvimi” mətnində “qarış” və “barmağ”ın ölçü vahidi kimi göstərildiyi qeyd olunur. Azərbaycan etnoqrafiyası kitabında da belə bir misal çəkilir: əkinçi elə etməlidir ki, toxumlar torpağa iki barmaq dərinliyində düşsün. Türk sözü olan arşın çox qədimdən işlənən ölçü vahididir və 0,71 metrə bərabərdir. Qatlanmış əl burunun ucunda tutulur. Buradan açılan qolun barmağına qədər olan məsafədir. Müxtəlif adamların qol uzunluğu bərabər olmadığı üçün, “sən öz arşınınla ölçmə” məsəli yaranmışdır.

Ağac orta əsrlərdə geniş işlənən uzunluq ölçü vahididir. 6-7 kilometrə bərabər götürülür. Fərsəng (Fərsəx) 6 kilometrə yaxın ölçü vahididir. Söylənənə görə dəvənin bir saatda getdiyi yoldur. Xalq arasında qədimdə uzunluq ölçü vahidləri ilə yanaşı, təbii ki, çəki və həcm ölçü vahidlərindən də istifadə edilib. Bunların bəziləri müxtəlif tutuma malik əşyaların adı ilə bağlıdır. Tas, çanaq, tənəkə, vedrə, ovuc, xışma (sıxma), kisə, çuval, tuluq kimi ölçü vahidləri də var. Tas dəyirmi dərin qabdır. Uzun illər ölçü qabı kimi istifadə edilib. Bir yanıltmacda “Aşbaz Abbas dur mənə 5 basma tas aş ver”,– deyilir.

Vedrə – əsasən şərab ölçüsü kimi istifadə edilib. Rusiyanın XIX əsrin əvvəlində torpaqlarımızı işğalından sonra bu ifadə yaranıb. Mixail Ballas Qafqaz Statistika İdarəsinin 1895-ci il məlumatına istinadən 1850-1874-cü illərdə 315 min vedrə şərab istehsal edildiyini qeyd edir. M.H. Baharlının “Azərbaycan” kitabında qeyd edilir ki, 21 kiloqram üzümdən 1 vedrə çaxır alınır. 1,5 kiloqram üzümdən orta hesabla 1 litr çaxır alındığını nəzərə alsaq, 1 vedrənin 14-15 litrə bərabər olduğu qənaətinə gəlirik.

Çanaq – ağacdan və saxsıdan olan qabdır. Məişətdə işlədildiyi kimi, ölçü vahidi kimi də işlədilib. Çanağın 12 kiloqram tutumu olduğu söylənilir. Çanaqdan başqa, badya, satıl (uzun qulplu su qabı) sərnic kimi mis qablar son zamanlara qədər məişətimizdə işlədilirdi.


Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin