Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş



Yüklə 39,93 Kb.
səhifə10/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

Differensial metodu; ölçülən kəmiyyətlə, ölçü (ülgü) tərəfindən əks etdirilən məlum kəmiyyət arasında olan fərqlə xarakterizə olunur. Bu metod, nisbətən kobud ölçmə vasitələrindən istifadə etməklə yüksək dəqiqliyə malik nəticələr almağa imkan verir.

  • Sifir metodu– differensial metodun oxşarıdır. Burada ölçülən kəmiyyətlə olçü arasında fərq sıfıra gətirilir. Sıfır metodunun üstünlüyü ondan ibarətdir ki, ölçü, ölçülən kəmiyyətdən dəfələrlə kiçik ola bilər. Qollu tərəzinin çiyinlərinin qeyri bərabərliyinə baxaq burada 𝑃1𝑙1 = 𝑃2𝑙2. Elektrotexnikada induktivliyi, həcmi və müqaviməti ölçmək üçün körpülərdən istifadə etməni sıfır metoduna aid etmək olar.



  • Yerdəyişmə metodu– ölçü ilə müqayisə metodudur. Bu metodda ölçülən kəmiyyət, ölçü ilə əks etdirilən məlum kəmiyyətlə əvəz olunur. Məsələn: tərəzinin eyni bir gözündə ölçülən kütlənin və çəki daşının növbə ilə yerləşdirilməsi. Bundan başqa bir sıra standartlaşdırılmamış metodlar da vardır.



  • Qarşıqoyma metodu– Bu metodda ölçülən və ölçü ilə əks etdirilən kəmiyyətlər müqayisə cihazına eyni vaxt təsir edirlər.Məsələn: kütləni bərabərqollu tərəzilərdə ölçərkən, ölçülən kütlənin və tarazlaşdırıcı çəki daşlarının tərəzinin iki gözündə yerləşdirilməsi;



  • Üst-üstə düşmə metodu– Bu metodda müqayisə olunan kəmiyyətlər arasında fərq, şkalaların nişanlarının,yaxud dövri sınaqların üst-üstə düşməsi ilə ölçülür.Məsələn: uzunluğu ştanqenpərgarla ölçərkən, ştangenpərgarın və noniusun şkalalarındakı nişanların, yaxud fırlanma tezliyini stroboskopla ölçərkən fırlanan obyektin üzərindəki nişanın məlum tezliyin işartı vaxtı ilə üst-üstə düşməsi müşahidə olunur.

Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin