Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş



Yüklə 39,93 Kb.
səhifə5/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

Kandella-işığın, 540∙1012 Hs tezlikdə monoxromatik şüalanma yaradan mənbənin verilmış istiqamətdə elə güçünə deyilir ki, şüalanmanın energetik gücü bu istiqamətdə 1/683 Vt·sr -1 olsun. Aparılan tədqiqatlar göstərir ki, insanın gözü dalğanın uzunluğu 0,555 mkm olduqda ən böyük həssaslığa malik olur və bu 540∙1012 Hs tezliyinə uyğun gəlir. Gözün həssaslığının şüalanma dalğasının uzunluğundan belə asılılığı, mütləq işıq effektivliliyi ilə İfadə edilir. Bu işıq selinin (yəni şüalanmanın güçünün gözlə qiymətləndirilməsi) tam şüalanma selinə (elektromaqnit şüalanmanın tam güçünə) nisbətinə bərabərdir. İşıq effektivliyi, elektrik kəmiyyətlərindən işıq kəmiyyətlərinə keçməyə imkan verən kəmiyyət kimi qəbuledilir. O, lyumen bölünsün vattla ölçülür. Maksimal işıq effektivliyinə dəqiq qiymət verilmışdir, Km=683 Lm/Vt. Beləliklə 0 fundamental sabit dərəcəsinə qaldırılmışdır. Bununla əlaqədar Kandella dolayı ölçmə yolu ilə təyin edilir. Formal olaraq əsas kəmiyyət olsa da, əslində törəmə fiziki kəmiyyət olaraq qalır. Qalan işıq kəmiyyətləri, törəmə işıq kəmiyyətləridir və əvvəlcədən müəyyənləşdirilmiş fiziki kəmiyyətlər vasitəsi ilə ifadə olunur. SI sisteminin axırıncı əsas vahidi mol əvvəl daxil edilmiş altı vahiddən 11 il sonra, 1971-ci ildə XIV çəki və ölçü Baş Konfransında daxil edilmişdir.

Mol - kütləsi 0,0012 kq olan karbon 12-nin tərkibindəki qədər struktur elementləri olan sistemin maddəsinin miqdarıdır. Mol tətbiq edilərkən sturuktur elementlərinin xüsusiyyətləri müəyyənləşdirilməlidir. Onlar, atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər, yaxud hissəciklər qrupu ola bilərlər. Bu vahidin SI sisteminə daxil edilməsi elmi ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdır. Belə ki, mol qəbul edilərkən fiziki kəmiyyətlərin qurulmasının bir sıra prinsiplərinə əməl olunmamışdır. Ilk növbədə, əsas anlayış kimi “maddənin miqdarına” dəqiq və birmənalı təyinat verilməmişdir. Maddənin miqdarı kimi, verilmiş maddənin kütləsi, yaxud struktur vahidlərinin miqdarı başa düşülə bilər. Ikincisi, əsas vahidin təyinatından, ölçmənin köməyi ilə fiziki kəmiyyət haqqında obyektiv miqdarı məlumatın necə alınması aydın deyildir. Bununla əlaqədar molun SI-nin əsas vahidləri arasında yerinə yetirdiyi funksiya sual altında qalır. Istənilən əsas vahid iki əsas funksiyanı yerinə yetirməlidir. Əsas vahid, etalonu əks etdirdiyindən, nənki özünün fiziki kəmiyyətinin, eyni zamanda, vəzninin formalaşdırılmasında iştirak etdiyi törəmə kəmiyyətlərin də ölçü vahidliyini təmin edir. Formal mövqedən baxdıqda, xüsusi kəmiyyətlərin qurulmasında mol onların vəznlərinə daxil olur. Bununla belə xüsusi kəmiyyətləri fiziki kəmiyyətlərin törəmələri ilə eyniləşdirmək olmaz. Xüsusi kəmiyyətlər, uyğun fiziki kəmiyyətlərdən yalnız miqdarca fərqlənir. Onlar, ölçülən xassənin eyni miqdarı aspektini təqdim edir. Fərq yalnız ondadır ki, xüsusi kəmiyyətlər ya kütlə vahidinə, ya həcm vahidinə və yaxud baxılan haldakı kimi mola aid edilir. Buradan məlum olur ki,mol əsas fiziki kəmiyyətin vahidinin mühüm funksiyasını yerinə yetirə bilmir. Mol eyni zamanda maddə miqdarının ölçü vahidliyinin təmin edilməsi funksiyasını da yerinə yetirə bilmir. Bəzi ədəbiyyatlarda molun hesablama vahidi olduğu və onun təsəvvür edilməsi üçün etalonun olmadığı bildirilir . Eyni zamanda molun təyininə uyğun ölçülməsi üçün də hec bir metod və vasitə yoxdur. Bütün bunlar molun fiziki kəmiyyətlərin əsas vahidləri sırasından cıxarılacağına dəlalət edir. SI sisteminə iki əlavə vahid, radian və steradian daxil edilmişdir.

Radian – (latınca radiantis-şüalandıran) müstəvi bucağın ölçü vahididir və uzunluğu radiusa bərabər olan qövsə uyğun bucağa deyilir. Təcrübədə adətən dərəcədən (10=2π/360 Rad=0,017453rad), dəqiqədən (1`=10/60=2,9088∙10-4rad) və saniyədən (1``=1`/60= =4,8481∙10-6 Rad) istifadə edilir. Uyğun olaraq 1rad=570 17` 45``=57,29610 = (3,4378 ∙103 )`=(2,0627 ∙105)``.

Steradian-təpəsi ətrafında bu bucaq xaricinə cəkilmiş steradian radiusunun kvadratına bərabər səth ayıran cism bucağına deyilir və ster ilə işarə edilir. Tam stera 4 φ ster cisim bucağıdır. Vahidlərin bütün sistemlərində müstəvi φ və cismi Ω bucaqları Φ = I/R; Ω = S/R2 tənliklərinin köməyi ilə daxil edilir.

Burada I qövsün, R radiuslu çevrənin üzərində mərkəzi müstəvi bucağın kəsdiyi uzunluqdur; S – mərkəzi cismi bucağın radiusu R olan kürədə kəsdiyi sahədir. Bu anlayışlara uyğun olaraq hər iki bucağın istənilən vahidlər sistemində vəzni yoxdur:

[φ]=L /L; [Ω]=L2/L2




Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin