Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş



Yüklə 39,93 Kb.
səhifə9/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

Ölçmənin növləri; Ölçülən kəmiyyətin fiziki xarakteri, ölçmənin tələb edilən dəqiqliyi, ölçmənin vacib olan sürəti, ölçmə şəraiti, rejimi və s. İlə müəyyənləşdirilir. Dolayı ölçmədə fiziki kəmiyyətin axtarılan qiymətini məlum asılılıq əsasında, birbaşa ölçmə zamanı müəyyənləşdirilmiş kəmiyyətdən tapırlar. Məsələn: detalın diametrini, çevrənin iki diametral əks nöqtələri arasındakı məsafə kimi, yaxud bu diametri qövsün uzunluğu və onu çəkən vətərdən asılı olaraq, axırıncıları ölçməklə dolayısı ilə təyin etmək olar.

Məcmui (ümumi, cəm) ölçmə bir neçə eyni adlı kəmiyyətin eyni zamanda ölçülməsi ilə yerinə yetirilir. Məcmui ölçmədə axtarılan kəmiyyət, bu kəmiyyətləri müxtəlif uzlaşmış qiymətlərinin birbaşa ölçülməsi nəticəsində alınmış tənliklər sisteminin həll edilməsi yolu ilə tapılır. Məsələn: M qarqarasının qarşılıqlı induktivliyinin təyin edilməsində iki metodun sahələrin toplanması və çıxılmasından istifadə edilir.

Müştərək ölçmə; elə ölçməyə deyilir ki, burada iki və daha artiq eyni adlı olmayan kəmiyyətlər eyni zamanda (birbaşa, dolayı) ölçülür. Bu ölçmələrin məqsədi kəmiyyətlər arasında funksional əlaqəni təyin etməkdir. Məsələn: keçiricinin R müqavimətinin t qeyd olunmuş temperaturda 𝑅𝑡 = 𝑅0(1 + 𝛼∆𝑡) düsturu ilə ölçülməsi. Burada R0 – məlum t0 temperaturunda (adətən 200C) müqavimət; α0-temperatur əmsalıdır. R0 və α əmsalları daimi kəmiyyətlərdir və Dolayı ölçmə metodu ilə ölçülür; ∆0= 𝑡 – 𝑡0-temperaturlar fərqidir.

T – birbaşa ölçmə metodu ilə ölçülən temperaturun verilmiş qiymətidir. Göstərilən ölçmə metodları ölçmə məsələlərinin nəzəri əsaslandırma üsulu ilə həllini və qəbul edilmiş ölçmə metodikası ilə ölçmə vasitələrindən istifadəni nəzərdə tutur.



Metodika – metodun yüksək səviyyədə reallaşdırılması üçün ölçmənin yerinə yetirilməsi texnologiyasıdır. Birbaşa ölçmə - daha mürəkkəb ölçmələrin əsasıdır. Buna görə də birbaşa ölçmə metodlarına baxmaq daha məqsədə uyğundur.

Standartlara görə aşağıdakı ölçmə metodları fərqləndirilir.



Qiymətini birbaşa, ölçü cihazının hesablama qurğusu vasitəsi iləmüəyyən edirlər. Məsələn: təzyiqin yaylı manometrlərlə, kütlənin tərəzi ilə, elektrik cərəyanının ampermetrlə ölçülməsi.

  • Ölçü (ülgü) ilə müqayisə metodunda, ölçülən kəmiyyəti ölçü (ülgü) ilə əks etdirilən kəmiyyətlə müqayisə edirlər. Məsələn: dəstəkli tərəzilərdə kütlənin çəki daşlarının köməyi ilə tarazlaşdırılması; əvəzləyicilərdə sabit cərəyanının gərginliyin paralel elementin EHQ-si ilə müqayisə etməklə ölçülməsi və s.

  • Tamamlama metodunda, ölçülən kəmiyyətin qiyməti, bu kəmiyyətin ölçüsü ilə o şərtlə tamamlanır ki, müqayisə cihazına onların əvvəlcədən verilmiş qiymətə bərabər qiymətlərinin cəmi təsir etsin.


Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin