Kiloqramın etalonunun bu anlayışı hal-hazıra qədər istifadədədir. Kütlənin ölçülməsi vasitələri üçün ilkin dövlət etalonu və yoxlama sxemi dövlət standartları ilə müəyyənləşdirilir. Termodinamik kəmiyyətlər sahəsində aşağıdakılar fəaliyyətdədirlər:
Temperatur vahidi – kelvini müxtəlif diapozonlarda əks etdirən iki ilkin və bir xüsusi etalonlar;
11 dövlət istilik fizikası etalonları. Bunlara istiliyin miqdarı, xüsusi istilik tutumu, istilik keçirmə və s. Etalonlar daxildir. Suyun qaynaması nöqtəsinin xətası 0,002 – 0,010S, buzun ərimə nöqtəsinin xətası isə 0,0002 – 0,0010 S - ə bərabərdir. Suyun, bərk,maye və qazaoxşar fazalarda tarazlıq nöqtəsi olan üçqat nöqtəsi xüsusi qablarda, 0,00020S - dən artıq olmayan xəta ilə əks etdirilə bilər. 1954-cü ildə termodinamik temperatur anlayışına T, yəni bir reper nöqtəsinə suyun üçqat, 273,16 K-ya bərabər nöqtəsinə keçməsi üçün qərar qəbul edildi. Beləliklə termodinamik temperatur vahidi kimi, suyun üçqat nöqtəsinin 1/273,16 hissəsi kimi təyin edilən kelvin qəbul edildi.Selsi dərəcəsinə görə temperatur t, t = T-273,16 K ifadəsi ilə təyin edilir. Bu halda vahid Kelvinə bərabər Selsi dərəcəsidir. 1989-cu ilin sentyabrında termometriya üzrə Məsləhət Komitəsinin 17-ci sessiyasında beynəlxalq təcrübi temperatur şkalası BTŞ-90 qəbul edildi. Temperaturu ölçmək üçün ölçmə vasitələrinin dövlət yoxlama sxemləri standartlarla müəyyənləşdirilir. Elektrik və maqnit kəmiyyətlərinin ölçülməsi sahəsində 32 etalon yaradılmışdır və hazırda istifadə edilir. Onlar, ölçülən kəmiyyətlərin böyük diapozonunu əhatə etməklə bərabər, eyni zamanda onlarla qiqa hersə çatan tezliklərin ölçülməsinin spektrlərini də müəyyənləşdirir. Onların əsasını vahidləri daha dəqiq əks etdirən və digər törəmə vahidlərin ölçülərini müəyyən edən etalonlar təşkil edir. Bunlar EDQ, müqavimət və elektrik tutum vahidlərinin ilkin dövlət etalonlarıdır. Birinci iki etalon yaxın vaxtlarda yaradılmışdır və Cozefsonla, kvant effektlərinə əsaslanmışdır. Son vaxtlara qədər təcrübədə cərəyan şiddətini - amperi cərəyanın ətraf mühitə etdiyi təsirlə müəyyənləşdirirdilər. Məsələn: cərəyan ötürücüdən keçərkən ayrılan istiliyə, yaxud cərəyanın elektrolitdən keçməsi zamanı maddələrin elektrodların üzərinə çökməsinə, maqnitə, yaxud, cərəyan keçirməsinə mexaniki təsirə görə və s. Amperin ilkin dövlət etalonu, Cozefsonun kvant effektinə və maqnit selinin kvantlaşdırılması (Xoll effekti) əsasında hazırlanmış aparatlardan ibarətdir. bunlara gərginlik ölçüsü, elektrik müqaviməti ölçüsü, cərəyanın çox yüksək keçirici komparatoru və cərəyanın nizamlanan mənbəyi daxildir. Yuxarıda göstərilən vasitələr standartlaşdırılmışdır. 1979-cu ildə, XVI çəki və ölçü Baş Konfransında kandellanın dolayı ölçmə yolu ilə əks etdirilən anlayışı qəbul edildi. İşıq vahidlərinin ölçülməsinin vahidliyi standartlarla təmin edilir.