Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universtetin nəzdində Qida Sənayesi Kolleci Sərbəst iş


Ovuc – iki əlin qoşa tutulması zamanı tutduğu maye və quru əşyaların ölçü və çəkisini göstərir. Xışma



Yüklə 39,93 Kb.
səhifə2/10
tarix13.01.2022
ölçüsü39,93 Kb.
#51252
1   2   3   4   5   6   7   8   9   10
xanımmetro

    Bu səhifədəki naviqasiya:
  • Çuval
Ovuc – iki əlin qoşa tutulması zamanı tutduğu maye və quru əşyaların ölçü və çəkisini göstərir.

Xışma (sıxma) – Bir əlin götürdüyü tutumdur.

Kisə, çuval, tuluq, səbət, küpə, qucaq, ətək, qəlib, qaşıq, şələ, sənək, sürü kimi mücərrəd ölçü vahidləri də məişətimizdə işlədilib.



Çuval – evlərdə yun və qəzildən toxunub yanları tikilmiş kisəyə deyilir.

Tuluq – maye halında olan məhsulları saxlamaq və daşımaq üçün istifadə olunub. Qədim zamanlardan su və şərab tuluqlarla daşınardı. 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndəki terminoloji lüğətdə həmin dövrdə Naxçıvan ərazisində işlədilən bəzi ölçü vahidləri haqqında məlumat verilir.

Kile də qədim ölçü vahididir. Mənbələrdə verilən izahda 1 kilenin 20-25 kiloqram olduğu yazılır. Taxıl bitkiləri – buğda, arpa, noxud kile ilə ölçülüb. Vaxtilə Naxçıvanda toplanan pambığın hesabı isə manla aparılıb. Mənbələrdə 1 Naxçıvan manının 13 kiloqram olduğu göstərilib.

Pudhəm çəki, həm də sahə ölçüsüdür. Çəki vahidi olaraq 16, 4 kiloqrama bərabərdir. Sahə ölçüsü olaraq ancaq Naxçıvanda işlədilir, ekvivalenti 1000 kvadratmetrdir. Ümumiyyətlə, bir çox çəki vahidləri həm də sahə ölçü vahidləri kimi işlənir.

Okka (qiyyə) – 1,282 kiloqrama bərabər çəki vahididir. Bizə elə gəlir ki, yuxarıda Koroğlu dastanından misal çəkdiyimiz hoqqa və okka eynidir. Tağar – 150 okkaya (192 kiloqram) bərabər çəki vahididir. Azərbaycan etnoqrafiyasında ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı qeyd edilir. Tağarın Təbrizdə 295 kiloqrama, Şamaxı xanlığında 400 kiloqrama, digər xanlıqlarda 240- 600 kiloqram arasında dəyişdiyi aydın bərabər olduğu haqqında bilgilər vardır. Qədim zamanlardan ölçü vahidi kimi “diş” (sarımsaq), “boyun” (qoşqu heyvanı), “top” (parça, kağız), “baş” (heyvan sayı) işlənir. Bəzən ailə üzvləri də başla sayılır. Bunlardan başqa soğan və sarımsaq da baş sayı ilə hesablanılır.


Yüklə 39,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin