Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
eliyev hikmet

2.2. 

Kommersiya 

təşkilatlarında  maliyyə nəzarətinin təşkili. 

Müasir  Azərbaycan  iqtisadiyyatında  artıq  sənaye  istehsal  sahəsində  canlanma  nəzərə 

çarpmaqdadır.  Xüsusilə,  bu  meyllər  istehsal  yönümlü  müəssisələrin  fəaliyyətinin  bərpası 

üzrə daha çox həyata keçirilir. Ölkədə aparılan  iqtisadi  islahatlar, özəlləşdirmə prosesi yeni 

təşkilati-hüquqi  formalı  müəssisələrin  meydana  gəlməsinə  əlverişli  zəmin  yaratmaqdadır. 

İqtisadi  inkişaf  prosesində  həyata  keçirilən  liberallaşma  siyasəti  ölkədə  biznesin  inkişafına 

təkan verməklə, xarici investisiyaların axınına təsir göstərmişdir. Məhz, bunun nəticəsidir ki, 

Azərbaycanda  neft  sektoru  ilə  yanaşı,  iqtisadiyyatın  digər  sferalarında  da  daxili  və  xarici 

kapitalın hesabına inkişaf nəzərə çarpmaqdadır. 

Azərbaycanda  xarici  kapitalın  mövcudluğu  sayəsində  inkişaf  etməyə  başlayan 

müəssisələrdən  biri  də    “Qaradağ”  Sement  Açıq  Tipli  Səhmdar  Cəmiyyətidir.  Ölkə 

iqtisadiyyatı  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  bu  istehsal  sahəsinin  inkişafının  tədiqiqi, 

onun  indarəetmə,  daxili  nəzarət,  daxili  audit  sisteminin  müasir  vəziyyətinin 

qiymətlərndirilməsi xüsusi aktuallıq təşkil edir. Müəssisə (şirkət) öz fəaliyyətini Azərbaycan 

Respublikasının  qanunlarına,  qəbul  edilmiş  nizamnaməsinə,  şirkətin  tərəf  və  tabe  olduğu 

müqavilələrə, müvafiq idarəetmə orqanının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlara 

əsasən  həyata  keçirilir.  Müəssisə  ölkə  qanunvericiliyi  ilə  qadağan  edilməyən  fəaliyyət 

növləri,  əsasən  də  zəruri  tikinti  materialları  qəbilindən  olan  sement  və  digər  bu  yönümlü 

məhsulların istehsalı və satışı ilə məşğul olur. Bu proses müəssisədə sıx və əlaqəli idarəetmə 

funksiyalarının yüksək səviyyədə koordinasiyası ilə özünü əks etdirir. 

Müəssisənin idarəetmə orqanı aşağıdakı şəkildə təşkil edilmişdir: 

-  səhmdarların ümumi yığıncağı; 

-  müşahidə şurası; 

-  idarə heyəti; 

-  təftiş komissiyası; 

-  səhmdarların ümumi yığıncağı tərəfindən zərurət yarandıqca ayaradıla bilən digər 

orqanlar. 

Müasir  açıq  tipli  cəmiyyətlərinin  təbiətindən  irəli  gəldiyi  kimi  səhmdarların  ümumi 

yığıncağı müəssisənin ali idarəetmə orqanı kimi çıxış edir. Müşahidə Şurası idarə heyətinin 

gündəlik  fəaliyyətinə  nəzarət  edən  orqan  olaraq,  səhmdarların  ümumi  yığıncaqları 




 

36 


arasındakı 

müddətdə 

müəssisədə 

ali  idarəetmə  orqanı  kimi  fəaliyyət  göstərir. 

Müəssisənin əvvəlki funksional idarəetmə orqanından, sistemindən fərqli olaraq, müasir ali 

idarəetmə  orqanları,  strukturları  sırf  bazar  münasibətləri  prinsiplərinin  tələblərinə 

uyğunlaşaraq,  rəqabət  şəraitində  fəaliyyətin  təşkili,  idarə  edilməsi  və  ona  nəzarətin 

formalaşması  prosesini  daha  ahəngdar  və  yüksək  məsuliyyətsizlik  səviyyəsində  həyata 

keçirir.  Müəssisədə  fəaliyyət  göstərən  idarə  heyəti  cari  fəaliyyəti,  maliyyə-təsərrüfat 

əməliyyatlarını  həyata  keçirən  icraedici  bir  orqan  kimi  müxtəlif  fəaliyyət  prosedurların 

əlaqəliliyini,  biznes  planın  reallaşmasını,  son  məqsədə  nail  olunmasını  daha  geniş 

istiqamətdə təmin edir. 

Müşahidə 

Şurasının 

səlahiyyətlərinin 

əsas 


istiqamətlərini 

aşağıdakı 

kimi 

sistemləşdirmək  mümkündür:  müəssisənin  iş,  biznes  proqramlarının,  büdcə  və  digər 



proqram sənədlərinin, illik hesabatlarının təsdiqi və ümumi yığıncağa təqdimi; müəssisənin 

bütün  fəaliyyət  sahələrinin  inkişafı  ilə  bağlı  tövsiyyələrin  verilməsi;  idarə  heyətinin 

fəaliyyətinə  nəzarət;  idarə  heyətinin  seçilməsi,  dəyişdirilməsi,  baş  direktor  və  direktor 

müavinin 

təyini, 

idarə 


heyətinin 

stimullaşdırılması; 

məsuliyyət 

yükünün 


müəyyənləşdirilməsi  üzrə  tövsiyyətlərin  verilməsi,  müəssisənin  daxili  nizam-intizam 

qaydalarının təsdiqi; fəaliyyətlə bağlı müqavilələrin təsdiqi; fəaliyyətlə bağlı müqavilələrin 

təsdiqi;  işçi  heyəti  üzrə  əmək  müqavilələrinin  təsdiqi;  xarici  maliyyələşdirmə  və  digər 

şirkətlərdə  pay  və  ya  səhmlərin  əldə  edilməsinə  dair  qərarların  təsdiqi;  müəssisənin 

maliyyə-təsərrüfat fəaliyyəti üzrə həyata keçirilən proseslərə nəzarət. 

Müəssisənin  müasir  idarəetmə  və  daxili  nəzarət  sistemini  qiymətləndirdikdə,  onun 

hazıradək keçdiyi formalaşma sisteminə nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir. Bu amil 

sırf  bazar  tələblərinə,  onun dəyişkən təbiətinə  uyğunlaşan müasir  müəssisə  ilə  hələ  köhnə 

idarəçilik  və  daxili  nəzarət  sistemi  şəraitində  öz  inkişafını  müəyyənləşdirən  müəssilər 

arasında nə qədər uyğunsuzluğun olmasını tədqiq etmək baxımından da zəruridir, Qaradağ 

sement zavodunun özəlləşənə və buraya xarici investisiyanın cəlb edilənədək mövcud olan 

idarəetmə  və  daxili  nəzarət    strukturu  səciyyəvi  mərkəzləşmiş  planlı  idarəetmə  sisteminə 

uyğun olub, istər iqtisadi, istərsə də sosial səmərəlilik baxımından özünü doğrultmamışdır. 

Belə  ki,  müəssisənin  əsas  fəaliyyət  məqsədi  yalnız  müəyyən  edilmiş  plan  üzrə  istehsal 

etmək  idi.  Müəssisənin        idarəetmə        sistemi        bilavasitə      səmərəlilik      amili     



 

37 


baxımından 

deyil, 


ümumilikdə 

tipik  sosialist  idarəetmə  prinsipləri  baxımından 

müəyyənləşdirilmişdir.  Məhz,  bu  proses  özünü  müəssisədaxili  nəzarət  sistemində  də 

nümayiş  etdirirdi.  Müəssisənin  idarəetmə  sisteminin  tənzimlənməsində  təyin  olunmuş 

rəhbərlik xüsusi rol oynayır və bu zaman yalnız yuxarı orqanların təsiri mühüm əhəmiyyət 

kəsb  edirdi.  İdarəetmə  sistemi  səmərəlilik  prinsipinə  əsaslanmayan,  çaquli  idarəetmə 

sistemi  üzrə  bərqərar  olmuşdu.  Xüsusilə,  müəssisədə  çox  vaxt  fəaliyyət  baxımından  bir-

birini  təkrarlayan,  lakin konkret məsuliyyət  yükü müəyyən edilməyən  strukturlar  mövcud 

idi. Belə sistem təbii ki, sosialist-planlı idarəetmə sisteminin  təbiətinə uyğun gəlirdi və bu 

sistem  müəssisədə  çalışan  işçi  heyətinin  əməyinin  tam  stimullaşdırılmamasına,  əməyin 

nəticələrinin bölgüsündə sosial ədalətsizliyə səbəb olurdu. 

“Qaradağ”  sement  ATSC-nin  müasir  idarəetmə  strukturu  bazar  münasibətlərinin 

prinsipləri  nəzərə  alınmaqla  qurulmuşdur.  İdarəetmə  sistemi  öz  çevikliyi,  operativliyi  və 

strukturlararası  koordinasiyanın  əlaqəqləndirilməsi  baxımından  da  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Müəssisədə  ümumi  idarəetmə  sistemi  bütün  fəaliyyət  sahələrinin  işinin  təşkilini  və 

tənzimlənməsini  məqsədyönlü  şəkildə  həyata  keçirir.  Müəssisənin  idarəetmə  sisteminin 

təşkilində çevik və operatov idarəetmə üzrə  müasir tələblər nəzərə alınmışdır. Bu mənada 

idaəetmə  sisteminin  müxtəlif  strukturlarla,  bölmələrlə  qarşılıqlı  funksional  fəaliyyətinin 

təmin  olunması,  bu  prosesdə  bilavasitə  müntəzəm  əlaqələrin  formalaşması,  strukturlarla, 

bölmələrlə  koordinasiyanın  sırf  səmərəlilik  amilinə  yönəlməsi  vacib  məsələ  kimi 

səciyyələnir.  İdarəetmə  strukturunun  təşkili  aşağıdakı  amillər  nəzərə  alınmaqla  həyata 

keçirilir: 

-  idarəetmə  strukturu  istifadə  olunan  bütün  resursların,  vəsaitlərin  optimal 

koordinasiyasına  və  nəzarətinə  nail  olunmaqla  fəaliyyətin  iqtisadi  səmərəliliyini  təmin 

etməlidir; 

idarəetmə 



strukturu 

investisiya 

və 

istehsal 



məsrəflərinin 

təsnifatının 

müəyyənləşdirilməsinə  və  xərclərin  hər  bir  bölmələr  üzrə  məqsədəuyğun  bölgüsünün 

formalaşdırılmasına nail olmalıdır. 

Müəssisədə  idarəetmə  sisteminin  formalaşmasında  inkişaf  etmiş  ölkələrin  mütərəqqi 

təcrübəsindən  istifadə  olunması  da  əsas  götürülür.  Belə  ki,  idarəetmə  strukturunun 

təşkilində müvafiq mərhələlər mühüm amil kimi götürülmüşdür: 



 

38 


 

müəssisənin 

fəaliyyətinin 

məqsəd 


və 

vəzifələrinin 

konkretlik baxımından formalaşması; 

 

müəssisədə  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  funksiyaların 



müəyyənləşdirilməsi.  Bu  prosesdə  ümumi  rəhbərlik  (maliyyə,  maliyyə-

nəzarət, idarəetmə və mühasibat uçotu, sistemi və işçi heyətinə rəhbərlik) və 

marketinq,  satış,  istehsal,  planlaşdırma,  maliyyə-iqtisadi  təhlil  funksiyaları 

xüsusi əhəmiyyət kəsb edir. 

 

idarəetmə funksiyalarının qruplaşdırılması və onların qarşılıqlı əlaqəliliyinin 



təmin olunması; 

 

konkret  funksiyaların  həyata  keçirilməsinə  məsuliyyət  daşıyan  struktur 



bölmənin yaradılması; 

 

bütün  növ  fəaliyyətin,  görülən  müəyyənləşdirilməsi,  planlaşdırılması  və 



təhlili; 

 

fəaliyyətin  təkmilləşdirilməsi  və  genişləndirilməsi  ilə  bağlı  işçi  heyətinin 



müəyyənləşdirilməsi və təlimi ilə bağlı proqramların hazırlanması. 

Müəssisədə idarəetmə sisteminin əsas aparıcı həlqələrindən biri olan maliyyə inzibati 

strukturunu  maliyyə-nəzarət sistemi  ilə  təmasda və əlaqəli  tədqiq  etmək məqsədəuyğundur. 

Belə  ki,  bu  iki  mühüm fəaliyyət  sahəsinin  əsas  məqsəd  və  vəzifələri  müəssisənin  maliyyə-

təsərrüfat  fəaliyyətinin  təhlili,  qiymətləndirilməsi  və  onun  səmərəli  təşkili  üzrə  tədbirlərin 

həyata  keçirilməsi,  daxili  ehtiyatlardan,  resurslardan  məqsədyönlü  və  qənaətlə  istifadənin 

təmin  edilməsi,  səmərəli  və  çevik    maliyyə-iqtisadi  nəzarətin  icra  edilməsi,  həyata 

keçirilməsi,  fəaliyyətin  riski  və  böhranlı  sahələrinin  müəyyən  edilməsi,  müəssisədaxili  və 

xarici  əlaqələrin  məqsədəuyğun  təşkilinə  nail  olunması,  investisiya  və  digər  bu  yönümlü 

layihələrinin  cəlbediciliyinin  qiymətləndirilməsi  ilə  bağlı  tədbirlər  həyata  keçirmək,  bu 

istiqamətdə kompleks sistemli təkliflər hazırlamaqdır. 

Müəssisədə belə maliyyə-nəzarət funksiyasını daxili maliyyə, iqtisadi nəzarət sistemi 

kimi  səciyyələnən  daxili  audit  həyata  keçirir.  “Qaradağ”  Sement  ATSC-nin  daxili  audit 

sisteminin müəssisənin fəaliyyətindəki əhəmiyyətini, zərurətini nəzərə alaraq, onun təşkili və 

inkişaf  səviyyəsini  qiymətləndirmək  xüsusilə  zəruridir.  Müəssisənin  daxili  audit  sistemini 



 

39 


mahiyyətinə, 

funksional 

fəaliyyətinə,  təşkilinə  istinad  edərək  onu  iki  istiqamətdə 

sistemləşdirmək məqsədəuyğundur: 

Audit Komissiyası (təftiş komissiyası); 

Daxili auditor (inzibati idarə sistemində fəaliyyət göstərən auditor). 

Audit  Komissiyasının  təşkili,  onun  fəaliyyətinin  tənzimlənməsi  istiqamətləri  təsis 

sənədlərinə,  nizamnaməyə  uyğun  olaraq  konkret  müəyyənləşdirilir.  Bu  qurum  şirkətin  üç 

əsas idarəedici  orqanından biri  olub, onun  məqsədi maliyyə-təsərrüfat  fəaliyyətinin  aşağıda 

göstərilən formalarda nəzarət və auditini həyata keçirməkdədir: 

-  dövlət  orqanlarına  və  ya  ictimaiyyətə  təqdim  edilmiş  maliyyə  hesabatlarını  və 

digər maliyyə məlumatlarını təhlil etmək; 

-  - şirkətin risklərinin idarə edilməsini, nəzarət və idarəetmə üçün yaradılmış sistem 

və proseslərini təhlil etmək və onların diaqnostikasını aparmaq; 

-  şirkətin xarici və daxili audit fəaliyyətlərini təhlil etmək və qiymətləndirmək. 

Şirkətdə daxili audit sisteminin formalaşmasında cari və gündəlik maliyyə-inzibati və 

iqtisadi  nəzarət  funksiyalarını  həyata  keçirən  daxili  auditor  bölməsi  mühüm  rol  oynayır. 

Bölmənin  əsas  səciyyəvi  xüsusiyyəti  onun  idarəetmə  sisteminin  nəzdində  yaradılması  və 

birbaşa  idarə  heyətinə  (baş  direktora)  tabeçiliyidir.  Belə  ki,  qurum  şirkətdə  baş  verən 

fəaliyyət  proseslərini,  əlaqələndirmə  və  informasiya  sistemini  təhlil  edib  qiymətləndirir, 

idarəetmə fəaliyyətinin istehsal fəaliyyəti ilə düzgün və məqsədyönlü təşkilinə şərait yaradır, 

səmərəli  şərait  yaradır,  səmərəli  daxili  iqtisadi-maliyyə  nəzarətinin  təşəkkül  tapmasına 

bilavasitə  təsir  göstərir. Daxili  auditorun  fəaliyyəti  nəticəsində rəhbərlik  (idarə eheyəti,  baş 

direktor) şura (müşahidə şurası) fəaliyyət prosesləri, onun tamlığı haqda düzgün informasiya 

ilə  təmin olunur, müəssisədə  səmərəli  nəzarətin mövcudluğu,  hesabatların dəqiq və düzgün 

hazırlanması,  fəaliyyətin  siyasət  və  qaydalara  uyğunluğunun  təmin  olunması  reallaşır, 

fəaliyyətin genişləndirilməsi ilə bağlı məsləhət yönümlü xidmətlər, funksiya həyata keçirilir. 

Audit  Komitəsindən  fərqli  olaraq,  daxili  auditorun  işi,  fəaliyyəti,  idarəetmə  srtukturunun 

rəhbərliyi (baş direktor) tərəfindən istiqamətləndirir. 

Müəssisədə  maliyyə-iqtisadi  nəzarət  sisteminin,  daxili  audit  strukturunun  belə 

formada  təşkili  bazar  iqtisadiyyatının  təbiətindən  irəli  gəlir.  Səmərəli  maliyyə-iqtisadi  və 



 

40 


perspektiv 

fəaliyyətində 

mənfəətliyin,  səmərəliliyin, rentabelliyin təmin olunmasına 

xidmət edir. 

Azərbaycanda  maliyyə  bazarında iri həcmli  əməliyyatlar  həyata keçirən kommersiya 

təşkilatlarından  biri  də  “Dəmirbank”  Açıq  Səhmdar  Cəmiyyətidir.  “Dəmirbank”  Açıq 

Səhmdar  Cəmiyyəti  kredit  sisteminə  daxil  olur  ki,  bu  sistem  də  ölkənin  iqtisadi  sisteminin 

tərkibindədir. Bu o deməkdir ki, bankların fəaliyyəti və inkişafı sıx şəkildə istehsal, tədavül, 

material  və  qeyri-material  qiymətlilərin  istehlakı  ilə  bağlıdır.  Məhz,  buna  görə  bank 

sektorunun, eləcə də bu kommersiya təşkilatının fəaliyyətinin  təhlili ölkə  iqtisadiyyatı üçün 

xüsusi əhəmiyyət kəsb edir. 

Digər kommersiya bankları kimi “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti 

də “Azərbaycan Respublikasının  Konstitusiyası”  ilə,  “Azərbaycan Respublikasının Mərkəzi 

Bankı  haqqında”,  “Azərbaycan  Respublikasının  banklar  və  bank  fəaliyyəti  haqqında” 

qanunlarla,  digər  qanunvericilik  aktlarl  ilə  və  Mərkəzi  Bankın  normativ  aktları  ilə 

tənzimlənir. 

Bank  ali  idarəetmə  orqanı  olan  Səhmdarların  Ümumi  Yığıncağı,  onun  idarə 

olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işinin 

təşkil edən Audit komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur. 

Müşahidə  şurası  bankın  fəaliyyəti  üzərində  nəzarəti  həyata  keçirir.  Lakin  o,  icra 

səlahiyyətinə  malik  olan  qurum  deyildir.  Bankın  fəaliyyətində  bəzi  məsələlərin  həlli  üçün, 

əgər  həmin  məsələlərin  icra  səlahiyyətlərini  ümumi  yığıncaq  öz  üzərinə  götürməmişsə, 

mütləq  Müşahidə  Şurasının  ya  razılığı,  ya  da  qərarı  olmalıdır.  Müşahidə  şurasının  tərkibi 

Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə, səhmdarlar və ya 

kənar şəxslər sırasından, 3 nəfərdən az olmayaraq tək sayda seçilir. 

Audit  komitəsi  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  4  il  müddətinə  seçilir. 

Onun  tərkibi  ən  azı  3  nəfər  olmaqla  tək  sayda  seçilir.  Komissiyanın  sədrini  Səhmdarların 

Ümumi Yığıncağı seçir. Audit komitəsi bankın fəaliyyətində mühüm əhəmiyyətə malik olan 

bank  qanunvericiliyinə  riayət  olunmasına,  Mərkəzi  Bankın  normativ  aktlarının  icra 

edilməsinə  və  bankın  nizamnaməsinin  icrasına  nəzarət  edir,  həmçinin  paralel  olaraq 

mühasibat nəzarətini həyata keçirir. 

 



 

41 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin