Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
eliyev hikmet

III Xidmətin hüquqları 

* nəzarət tədbiri həyata keçirilən zaman təşkilatlarda pul sənədlərini, mühasibat uçotu 

registrlərini,  hesabatları,  planları,  smetaları  və  digər  sənədləri,  habelə  pul  vəsaitlərinin, 

qiymətli  kağızların və material  qiymətlilərinin mövcudluğunu, onların  təyinatı  üzrə düzgün 

istifadəsini yoxlamaq, vəzifələri, maddi-məsul və digər aidiyyatı şəxslərdən yazılı  izahatlar, 

nəzarət tədbirləri ilə zəruri hesab edilən məsələlər üzrə arayış və məlumatlar almaq; 




 

53 


*  nəzarət  tədbirləri  həyata  keçirilən  təşkilatlarla  maliyyə-təsərrüfat  əlaqəsində 

olan  müəssisələrdən  arayışlar,  sənədlərin  əslini  tələb  etmək,  onlardan  surətlər  çıxarmaq  və 

aidiyyatı şəxslərdən izahatlar almaq; 

*  nəzarət  tədbirləri  aparılan  təşkilatların  rəhbərlərindən  əsas  vəsaitlər,  mal-material 

qiymətliləri,  pul  vəsaitləri  və  qarşılıqlı  hesablaşmaların  inventarizasiyasının  aparılmasını 

tələb  etmək,  zərurət  yarandıqda  həmin  inventarizasiyalarda  bilavasitə  iştirak  etmək, 

tədbirlərinə müəyyən olunmuş qaydada ekspertlər, mütəxəssislər və  auditorlar cəlb etmək; 

*  sənədlərin  saxtalaşdırılması,  təhrif  edilməsi  və  başqa  yollarla  mənimsəmə  halları 

aşkar  edilərsə,  müvafiq  qaydada  rəsmiləşdirməklə  həmin  sənədləri  nəzarət  obyektindən 

götürmək; 

*  nəzarət  tədbiri  həyata  keçirilən  təşkilatın  rəhbərlərindən  tədbirin  keçirilməsi  üçün 

lazımi şəraitin yaradılmasını – müvafiq otaqla, texniki avadanlıqlarla, telefonla və dəftərxana 

ləvazimatları ilə, habelə digər zəruri vasitələrlə təmin olunmasını tələb etmək; 

*  müxtəlif  layihələrin  icrası  üçün  dövlət  zəmanəti  ilə  alınmış  və  dövlət  büdcəsinin 

vəsaiti hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsini yoxlamaq; 

*  maliyyə  nəzarəti  tədbirlərinin  həyata  keçirildiyi  dövlət  təşkilatlarında,  büdcə  və 

büdcədənkənar  dövlət  fondlarında  malların  (iş  və  xidmətlərin)  satın  alınmasının 

qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər 

təşkilatlarla,  o  cümlədən  qeyri-hökumət  təşkilatları  ilə  müəyyən  edilmiş  qaydada  maliyyə 

nəzarəti  obyektinin  vəsaitlərinin  xərclənməsi  üzrə  sənədlərin  qarşılıqlı  yoxlanılmasını 

aparmaq; 

*  hüquq-mühafizə  orqanlarına  göndərilən  yoxlama  materialları  üzrə  qəbul  edilmiş 

qərarlardan qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqanlara şikayət etmək. 

Büdcə  haqqında  mövcud qanunvericilik  təkmilləşdirilərək,  büdcələrin  tərtibi,  təsdiqi, 

icrası,  büdcələrarası  münasibətlər,  xəzinədarlıq,  maliyyə  nəzarəti,  dövlətin  borclanması 

məsələləri  və  ümumiyyətlə,  büdcə  ilə  əlaqədar  bütün  sənədlərin  vahid  bir  normativ-hüquqi 

aktda “Büdcə Məcəlləsi”ndə cəmlənməsi məqsədəuyğundur. 

Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycanın  maliyyə  təsisatlarının  beynəlxalq  kapital 

bazarına  qoşulması,  xarici  investorların  ölkə  iqtisadiyyatına  marağının  artırılması, 

respublikada  mövcud  olan  maliyyə  sisteminin  beynəlxalq  standartlara  uyğunlaşdırılması 




 

54 


məqsədilə  maliyyə  nəzarətinin  və  audit  sisteminin  mütərəqqi  tələblər  səviyyəsində 

yenidən qurulması ən aktual problemlər kimi qarşıda durmuşdur. 

Lakin  etiraf  olunmalıdır  ki,  iqtisadi  cinayətlərin  sayı  və  dövlət  vəsaitlərindən 

qanunsuz  istifadə  halları  hələ  də  mövcuddur.  Belə  halların  aradan  qaldırılması  üçün  dövlət 

maliyyə nəzarətinin gücləndirilməsinə böyük zərurət vardır. 

Bu  baxımdan  iqtisadiyyatda  yerinə  yetirilən  maliyyə  əməliyyatlarının  norma  və 

qaydalara  uyğunluğunu,  onların  şəffaflığını  və  dəqiqliyini  təmin  edən  mexanizm  kimi, 

maliyyə nəzarəti və auditin təkmilləşdirilməsi ündə vəzifələrdən birinə çevrilir. 

İqtisadi  islahatların  strateji  əsası  büdcə  gəlirləri  və  xərclərinin  daha  səmərəli  idarə 

olunmasını  mümkün  edən  dövlət  nəzarət  sisteminin  yaradılmasından,  dövlət  xərclərinin 

mövcud  qanunvericiliyə  uyğun  olaraq  maliyyə  nəzarəti  və  audit  təşkilatları  vasitəsilə 

yoxlanılmasından, təhlil edilməsindən, iqtisadiyyatın inkişaf yollarının araşdırılmasından və 

bu sahədə daim mütərəqqi təkliflərin hazırlanmasından ibarət olmalıdır. 

Azərbaycanda 

səmərəli 

fəaliyyət 

göstərəcək 

maliyyə 


nəzarəti 

sisteminin 

yaradılmasının mühüm cəhətlərindən biri bütün sosial-iqtisadi fəaliyyət agentlərinin maliyyə 

təsərrüfat  nəticələrinin  şəffaflığını  təmin  edən  mühasibat  uçotu,  mühasibat  (maliyyə) 

hesabatı və audit standartlarının işlənib hazırlanmasıdır. 

Müasir dövrün tələblərinə uyğun olaraq büdcə vəsaitlərinin xərclənməsi mərkəzləşmiş 

qaydada  –  Baş  Dövlət  Xəzinədarlığı  tərəfindən  həyata  keçirilir  ki,  bu  da  ödənişlər  üzrə 

borcların  əmələ  gəlməsinin  qarşısını  almağa,  büdcə  təşkilatlarını  resursla  müntəzəm  təmin 

etməyə və zəruri dövlət ödənişlərini vaxtında həyata keçirməyə, büdcə vəsaitlərinin səmərəli 

xərclənməsi üzərində əvvəlcədən nəzarəti təmin etməyə imkan verir. 

Malgöndərən (iş, xidmət göstərən) təşkilatlar tərəfindən dövlətə təqdim edilmiş, lakin 

ödənilməmiş  tələblər  yığımı  bir  tətəfdən  ölkədə  ödəmələr  probleminin  yaranmasına,  digər 

tərəfdən  isə dövlət əməliyyatları  üzrə  dövlət əməliyyatları  üzrə  gələcək  xərclərin  artmasına 

gətirib çıxarır ki, bu da milli iqtisadiyyatın inkişafına və səmərəliliyinə mənfi təsir göstərir. 

Bütün   bunlar  və  inkişaf  etmiş  ölkələrin  təcrübəsində  olduğu  kimi  öhdəliklər  mərhələsində 

dövlət xərcləri üzərində nəzarətin aparılmasını zəruri edir. 

Dövlət büdcə xərclərinin icrası prosesində öhdəlik mühüm mərhələ hesab edilir. Belə 

ki, bu  mərhələdə artıq,  hökümət  gələcəkdə ödənişlərin  icrası öhdəliyini  öz  üzərinə  götürür. 




 

55 


İllik  büdcənin  təsdiq  edilməsindən  sonra  öhdəliyin  qəbulu  çox  vacib  mərhələ  hesab 

edilir. Lakin öhdəliyin qəbulu malların (iş və xidmətin) faktiki alınmasına qədər edilməlidir. 

Beləliklə,  bu  mərhələ həqiqi xərclər üzərində  nəzarətin  həyata keçirilməsi üçün  mühüm bir 

mərhələdir. 

Öhdəliklərlə  yanaşı,  maliyyə  planlaşdırılması  hökumətin  maliyyə  ehtiyatlarından 

səmərəli istifadə etməsində  ən  vacib vasitələrdən biridir.  Maliyyə planlaşdırılmasının  vacib 

vəzifəsi xərclərin fasiləsiz maliyyələşdirilməsi, dövlət borclarının azaldılması, təsdiq edilmiş 

büdcə  siyasətinin  dəqiq  reallaşdırılmasıdır.  Maliyyə  planlaşdırılması  nəticəsində  hökumət 

gözlənilən  pul  qıtlığı  və  artıqlığı  haqqında məlumata  malik  olduğuna  görə  xərclərə  nəzarət 

üzrə  tədbirlərin  həyata  keçirilməsi,  gəlirlərin  yığılması  prosesinin  sürətləndirilməsi  və 

borclanma  prosesinin  planlaşdırılması  imkanına  malik  olur.  Əsas  vəzifə  gözlənilən 

ödəmələrin  gecikdirilmədən  vaxtında  icra  edilməsini,  büdcəyə  gözlənilən  daxilolmaların 

dövlət hesabına vaxtında mədaxil olunmasını, banklararası hesablaşmaların nəzərdə tutulmuş 

müddət  ərzində  yerinə  yetirilməsini,  pul  vəsaitinin  minimum  qalığını  və  bu  səviyyədən 

yuxarı investisiya məbləğini təmin etməkdir. 

Dövlət  xərclərinin  idarə  edilməsinin  səmərəliliyinin  artırılması  yollarından  biri  də 

dövlət investisiyalarının dövlət büdcəsində inteqrasiyasıdır. Son dövrlərə qədər bu əməliyyat 

yalnız  büdcə  vasitəsilə  həyata  keçirilən  daxili  investisiyaları  əhatə  edirdi.  Xarici 

mənbələrdən  maliyyələşdirilən  və  dövlət  zəmanəti  ilə  həyata  keçirilən  investisiyalar  isə  bu 

prosesə daxil edilmirdi. 

Dövlət  investisiyalarının  dövlət  xərclərinin  mühüm  komponenti  olduğunu  nəzərə 

alaraq, son illərdə həm daxili mənbələrdən səfərbər edilmiş, həm də xarici mənbələrdən cəlb 

olunmuş  investisiyaların  büdcədə  əks  etdirilməsi  prosesinə  başlanmışdır.  Lakin  bu  proses 

hələ də dövlət zəmanəti ilə həyata keçirilən investisiyaları tam əhatə etmir və digər tərəfdən 

konkret  bir  siyasəti  özündə  əks  etdirmir.  Buna  görə  də  dövlət  tərəfindən,  investisiyaların 

ümumi həcminə qiymət vermək nəzərə alınmaqla, onun əsasında investisiya sahəsində yaxın 

dövr  üçün  dövlətin  maliyyə  sistemini  müəyyənləşdirmək  istiqamətində  müəyyən  işlər 

aparılır. 

Dövlət  investisiyalarının  reallaşdırılması  sahəsində  makroiqtisadi  siyasətin  həyata 

keçirilməsi,  onun  idarə  olunması  üzrə  öhdəliklərin  bölgüsü,  investisiya  planlarının 




 

56 


hazırlanması, 

xərc 


smetalarının 

tərtibi,  həmçinin 

layihələrin 

gerçəkləşdirilməsi 

üzərində  nəzarət  və  onun  səmərəliliyinin  qiymətləndirilməsi  və  sair  bu  kimi  funksiyaları 

həyata keçirən orqanlarına dəqiq müəyyənləşdirilməsi də yaxın dövrün investisiya siyasətinə 

daxil edilmişdir. 

Məlum  olduğu  kimi,  “Dövlət  nəzarəti  sisteminin  təkmilləşdirilməsi  və  sahibkarlığın 

inkişafı  sahəsində  süni  maneələrin  aradan  qaldırılması  haqqında”  Respublika  Prezidentinin 

1999-cu il 7 yanvar tarixli Fərmanı ilə əksər mərkəzi icra hakimiyyəti orqanlarında maliyyə-

təsərrüfat  fəaliyyətinə  nəzarət  edən  orqanlar  ləğv  edilmişdir.  Maliyyə  və  vergi  nəzarəti 

funksiyasının  həyata  keçirilməsi  müvafiq  olaraq,  əsasən  Maliyyə  Nazirliyinə  və  Vergilər 

Nazirliyinə həvalə olunmuşdur. 

 Dövlət  büdcəsindən  maliyyələşdirilən  təşkilatların  maliyyə-təsərrüfat  fəaliyyətinə 

nəzarəti Maliyyə Nazirliyi həyata keçirir. 

Vergilər  Nazirliyi  isə  tabeçiliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq 

Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  bütün  hüquqi  və  fiziki  şəxslər 

tərəfindən vergilərin düzgün hesablanmasının təmin olunması üzrə yoxlamalar aparır. 

Dövlət maliyyə nəzarəti sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun təşkili  ilə 

bağlı  iqtisadi  sahədə  cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi  üçün maliyyə, vergi, 

bank, audit və hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti təmin olunmalıdır. Lakin qeyd 

etmək  lazımdır  ki,  dövlət  orqanları  tərəfindən  yoxlama  və  nəzarət  funksiyalarının  həyata 

keçirilməsi  mexanizminin  müasir  tələblərə  uyğun  təşkili  prosesi  başa  çatmadığına  görə  bu 

sahədə  nəzarət  funksiyasını  yerinə  yetirən  orqanların  fəaliyyətlərində  həll  edilməsi  zəruri 

olan çətinliklər mövcuddur. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin